Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Riçard Trevitik (13 aprel 1771[…], Tregajorran[d], Kornuoll[d] – 22 aprel 1833[…], Dartford[d], Kent qraflığı) — ingilis ixtiraçısı və maşınqayırma mühəndisi ol

Riçard Trevitik

  • Ana Səhifə
  • Vikipediya
  • Riçard Trevitik

Riçard Trevitik (13 aprel 1771[…], Tregajorran[d], Kornuoll[d] – 22 aprel 1833[…], Dartford[d], Kent qraflığı) — ingilis ixtiraçısı və maşınqayırma mühəndisi olmuşdur. O praktikada tətbiq oluna biləcək ilk buxar lokomotivin düzəldilməsi üzrə çalışan pionerlərdən olmuşdur.

Riçard Trevitik
ing. Richard Trevithick
Doğum tarixi 13 aprel 1771(1771-04-13)[…]
Doğum yeri
  • Tregajorran[d], Kornuoll[d]
Vəfat tarixi 22 aprel 1833(1833-04-22)[…] (62 yaşında)
Vəfat yeri
  • Dartford[d], Kent[d], Kent qraflığı, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
  • Kent qraflığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Uşaqlığı

Trevitikin atası mədən işçisi idi. O 5 bacının bir qardaşı kimi dünyaya gəlir. Kemricde mektebe gedir. Uşaqlıqdan idmana daha çox meyil göstərir. Uşaqkən o mədənlərdə tətbiq olunan su nasoslarını işlədən buxar maşınlarına baxarmış. Uzun müddət buxar maşınını düzəltmiş Vilyam Murdox onun qonşusu olmuşdur.

Trevitikin ilk iş yeri dağ mədəni olur. Tezliklə o məsləhətçi vəzifəsinə qədər yüksəlir. O Vatta lizens üçün pul ödəməmək üçün buxar maşınlarının təkmilləşdirilməsi və qurulması ilə məşğul olur. 1797-ci ildə o Ceni Heyli ilə evlənir. Onların altı uşağı olur.

Fəaliyyəti

Trevitik buxar maşınları üzərində işləyərək onların ölçüsünün kiçilməsinə və buxar qazanının gücünün artırılmaısna nail olur. yüksək təzyiqə malik buxar qazanının ixtirası onun ən vacib ixtirası sayılır.

1797-ci ildə Trevitik özünün ilk buxar maşınını düzəldir. Buxarın alınması üçün o közərmiş dəmir parçası götürür və onu alov borusuna daxil edir. 1801-ci ildə Kambornedə təkərlər üzərində hərkət edə bilən maşın düzəldir. Bu küçə buxar lokomotivi o dövrdə məlum olan Kunoun buxar avtomobili ilə yanaşı özü hərkət edən maşın sayılırdı. Bu maşının sürəti 8 km/saat idi.

Trevitikin bu maşında etdiyi yenilikdən biri də yanacaqadn əmələ gələn tüstünün xüsusi boru vasitəsilə xaric edilməsi idi. Bu boru daha çox enerji əldə etməyə imkan verirdi. 1803-cü ildə Trevitik maşınını təkmilləşdirərək özü hərkət edən nəqliyyat vasitəsi düzəldir. "London Steam Carriage" adlanan bu buxar maşınında sərnişinlərin əyləşməsi üçün yer nəzərdə tutulmuşdur. Bu maşın ictimaiyyətin böyük marağına səbəb olsa da, baha başa gəlməsi onun geniş yayılmaısna maneçilik törədirdi.

London Steam Carriage

Trevitik düzəltdiyi lokomotivi bir dəmir istehsal edən zavoda satır. O öz yüksək təzyiqə malik buxar maşınını hərkətli gövdəyə birləşdirərərk lokomotiv düzəldir. Bu lokomotiv 10 t dəmiri 15,7 km məsafəyə dartma qabiliyyətinə malik idi.

Bu lokomotivin işləməsinə baxmayaraq o böyük uğur qazana bilmir. Çünki böyük ağırlığa malik olan bu lokomotiv at arabası üçün düəldilmiş dəmir yoluna uyğunlaşdırılmışdır. Beş aydan sonra bu lokomotivin fəaliyyəti dayandırılır. Maşın stasionar olaraq istifadə edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Riçard Trevitik haqqında məlumat. Riçard Trevitik nədir? Riçard Trevitik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Bayandurlar sülaləsi

  • Mart 01, 2026

    Şəbnəm Fərah

  • Fevral 27, 2026

    Kosovo vilayəti

  • Fevral 27, 2026

    16:9

  • Fevral 27, 2026

    Odessa Universiteti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst