Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailə

Şəbnəm Fərah

  • Ana Səhifə
  • Vikipediya
  • Şəbnəm Fərah

Şəbnəm Fərah – (d. 12 aprel 1972, Yalova), türk musiqiçisi.

Şəbnəm Fərah
Şəbnəm Fərah
Şəbnəm Fərah
Ümumi məlumatlar
Doğum tarixi 12 aprel 1972 (53 yaş)
Doğum yeri Yalova, Türkiyə
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1987-ci ildən
Janrlar hard rock, alternative rock, poprock
Musiqi alətləri Arfa
Albom şirkəti Raks Müzik[d]
Təhsili
  • ÖDTÜ
sebnemferah.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şəbnəm Fərah 12 aprel 1972 də Üsküpdən Yalovaya gələn ailənin 3 qızından ən balacası olaraq Yalovada dünyaya gəldi. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olmuşdur. Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başladı.

İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə aldı. Pegasus adlı qrup il əbir müddət işlədikdən sonra 80-ci illərin başında Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvox u qurdu. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qaldı.

Qrup üzvləri arasında Özləm Tekin kimi adlarından olduğu Volvox 1994 ilində dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verdi. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu "Kadın" çıxdı. Həmin albomda olan "Vazgeçtim Dünyadan" adlı mahnı qısa müddətdə çox böyük uğur qazandı.

İlk klipini albomun çıxış mahnısı olan "Vazgeçtim Dünyadan" a çəkdikdən sonra,albomda olan "Yağmurlar","Bu aşk fazla sana" və "Fırtına adlı mahnılarına da klip çəkdirdi. 1997-ci ilin aprelində İzmir Ege İnstitutunda verdiyi ilk konsertdə çox böyük maraqla qarşılandı.

Albom çalışmasından sonra yurdiçi turneyə çıxan sənətçi bir yandan da bar proqramlarına davam etdi. 1998-də bacısının vəfatı ilə bir müddət aktiv musiqi həyatından uzaq qaldı.Bu uzun səssizliyin sonrasından 1999-cu ildə "Artık kısa cümleler kuruyorum"adlı akbomunu çıxartdı. "Bugün" adlı çıxış mahnısını itirdiyi bacısına həsr etdi.İskəndər Paydaş və Pentagram üzvləri ilə işləyən sənətçi bu albomdan ikinci klipini "Artık kısa cümleler kuruyorum"a çəkdi.

Bir sonrakı albom çalışması zamanı 17 avqust 1999-cu il zəlzələsində atasını itirən sənətçi, albom çalışmalarına qısa bir müddət verdikdən sonra 2001-ci ildə "Perdeler" adlı üçüncü albomunu çıxartdı. Ozan Tügen,Buket Doran,Metin Türkcan,Aykan İlkan və Ceren Tügen dən ibarət olan öz qrupu ilə işləməyə başlayan sənətçi bu albomda yer alan "Perdeler" adlı mahnısını Apocalyptica ilə ifa etdi.

2003-cü ildə "Kelimeler Yetse" adlı albomunu çıxardan sənətçi çıxış mahnısı olaraq "Ben şarkımı söylerken" i seçdi. Albom çalışmalarının yanında duetlərə də yer verdi və Müzeyyen Senar, Polad Bülbüloğlu, Kargo, Teoman, İlgi Özdikmenli, Sezen Aksu, Ogün Şalısoy, Haluk Levent və Bülent Ortaçgil kimi sənətçilərlə işlədi.

2 il hazırlıq müddətindən sonra 2005-ci ildə "Can Kırıkları" adlı 5-ci studiya albomunu çıxartdı. İlk klipi "Can kırıkları" adlı mahnıya çəktikdən sonra "Çakıl Taşları"adlı klipi bütün musiqi kanallarında göstərilməyə başladı. 10 mart 2007-ci il tarixində Bostancı Gösteri Mərkəzində Orhan Şallıel başcılığı altında olan İstanbul Senfoni Projesi Orkestrası ilə verdiyi konsertin DVD-si və Cd-si sənətçinin ilk konsert albomu olaraq çıxdı və konsert albomu 500 min nüsxə ilə satıldı.

Albomları

  • 1996: — "Kadın"
  • 1999: — "Artık Kısa Cümleler Kuruyorum"
  • 2001: — "Perdeler"
  • 2003: — "Kelimeler Yetse"
  • 2005: — "Can Kırıkları"
  • 2007: — "10 Mart 2007 İstanbul Konseri"
  • 2009: — "Benim Adım Orman"
Vikianbarda Şəbnəm Fərah ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəbnəm Fərah haqqında məlumat. Şəbnəm Fərah nədir? Şəbnəm Fərah nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Satılqan Gəray

  • Fevral 27, 2026

    Qırmızı nəhəng

  • Mart 01, 2026

    Gennadi Yanayev

  • Fevral 27, 2026

    Saqqız ağacı

  • Fevral 27, 2026

    Yuliya Domna

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst