Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sistem

Differensial (avtomobil)

  • Ana Səhifə
  • Vikipediya
  • Differensial (avtomobil)

Differensial — ötürmə xüsusi planetar ilişmə olub, ötürmə ədədi i0 = − 1 olan dişli çarx ilişməsidir. Avtomobillərdə mühərrikdən təkərlərə verilən ötürmə sisteminin – transmissiyanın tərkib hissəsidir. Avtomobil əyrixətli yol üzrə hərəkət etdikdə onun arxa təkərləri müxtəlif yol qət edirlər. Bununla onların fırlanma tezliyi də müxtəlif olur. Ona görə də, onların bir-biri ilə sərt birləşdirilməsi mümkün deyil. Avtomobillərin arxa təkərlərinin müxtəlif dövrlər sayında hərəkətini, yəni qeyri sinxronluğunu təmin etmək üçün differensial ötürmədən istifadə edilir. Avtomobilin dönməsi zamanı bu ötürmə arxa təkərlərin sərbəst fırlanmasına imkan verir. Nəticədə təkərlərin lazım olmayan yüklənməsi aradan qaldırılır. Differnsial ötürmə hələ b.e.ə. təxminən 100-cü ildən məlum olmuşdur.

Differensial ötürmə

Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il bundan qabaq sarı mperator, Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265 ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün Hazırlamışır. Ancaq sonralar bu ötürmə az tətbiq olunduğundan yaddan çıxır və renessans dövründə Leonardo da Vinçi tərəfindən yenidən ixtira olunur. İndi avtomobillərdə tətbiq olunan diffrensial ötürmə isə 1827-ci ildə fransız mühəndisi Onésiphore Pecqueur tərəfindən ixtira edilmişdir.

Quruluşu

Hərəkəti valdan bir başa ötürən differensial ötürmə
Valı bloklayan differnsial ötürmə

Differnsial ötürmə prinsip etibarı ilə bir fırlanan çərçivədən (gövdədən) ibarətdir. Bu çərçivənin daxilində iki, dörd, dönəbilən konusformalı dişli çarx yerləşdirilir. Bu tənzimləyici dişli çarxlar eyni zamanda iki böyük böyük konus dişli çarxı ilə əlaqələndirilirlər. Differnsial çərçivəsi konus, silindrik və ya hipoid dişli çarxları ilə hərəkətə gətirililər.


Sağ tərəfdə silindrik dişli çarxla təmin olunmuş differnsial ötürmədə bu ilişmənin sadə izahə verilmişdir. Avtomobil düzxətli hərkət etdikdə val və çərçiivə eyni sürətlə fırlanır. Sağa və ya sola dönmə zamanı isə tənzimləyici dişli çarxlar işə düşürlər. Normal halda avtomobilin mühərrikindən gələn dönmə momenti differnsialın çərçivəsi və val arasında bərabər bölünür. Əgər təkərin birinə düşən yük artarsa (dönmədə) onda tənzimləyici dişli çarxlar təkərin oxunun sürətini azaldır və bu zamna ümumi momentin böyük hissəsi digər təkərə ötürlür. Beləliklə təkərlərin dönmə zamanı müxtəlif, faydalı sürətləri təmin edilir.

Ancaq diffrensial ötürmənin çatışmayan cəhətləri də vardır. Məsələn əgər arxa təkərin biri havada olarsa, və ya da sürüşkən bir mühitə (buz, qar, yağış) düşərsə onda həmin təkər daha sürətlə fırlanmağa başlayır. Çünki, bu zaman digər tərəfdə yük çox olduğundan diffrensial ötürmə "səhv" reaksiya verir. Bunu ötürməyə sərhəd dövrlər sayının verilməsi ilə nisbətən aradan qaldırmaq olur.

Həmçinin bax

Transmissiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Differensial (avtomobil) haqqında məlumat. Differensial (avtomobil) nədir? Differensial (avtomobil) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Frans Hals

  • Fevral 27, 2026

    Qisasçılar (komiks)

  • Fevral 27, 2026

    Homalium

  • Mart 01, 2026

    Atilla Jozef

  • Fevral 27, 2026

    Muradbəyli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst