Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Biheviorizm cərəyanı elmə yeni faktorların – davranış faktorlarının gətirilməsi ilə xarakterizə olunur. Davranış sözü altında insanın psixi fəaliyyətinin xarici

Biheviorizm

  • Ana Səhifə
  • Vikipediya
  • Biheviorizm
Bu məqalə Psixologiyada bir cərəyan haqqındadır. insan davranışını sistemli şəkildə öyrənən elmi sahələrin məcmusu üçün Davranış elmləri səhifəsinə baxın.

Biheviorizm cərəyanı elmə yeni faktorların – davranış faktorlarının gətirilməsi ilə xarakterizə olunur. Davranış sözü altında insanın psixi fəaliyyətinin xarici ifadəsi nəzərdə tutulur.

Mündəricat

Tarixi

Biheviorizm ingiliscə "behavior" davranış deməkdir. Biheviorizmin tarixi XIX əsrin sonu-XX əsrin əvvəllərində Edvard Torndaykın (1874–1949) heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878–1958) hesab olunur.

Mahiyyəti

Bihevioristlərə görə davranış ancaq xarici stimullarla (S) şərtlənən sekretor və əzələ reaksiyalarından (R) təşkil olunmuşdur. Onların fikricə davranışın təhlili ciddi surətdə obyektiv xarakter daşımalıdır.

Bihevioristləri vərdişlərin öyrədilməsi və formalaşması maraqlandırır. Onların fikrincə psixoloq məhz davranışı öyrənməlidir, belə ki, davranış bizim bilavasitə müşahidə edə biləcəyimiz yeganə amildir.

Deməli, biheviorizm ideyasının əsasını davranışın mühümlüyü və şüurun yoxluğu habelə onu öyrənməyin də heç bir əhəmiyyətinin olmaması təşkil edir. Uotson yazırdı: " Biheviorist… şüurun olmasına heç bir sübut tapmır, Cemsin nəzəriyyələrinə baxmayaraq, o yalnız daim genişlənən davranışı sübut olunmuş hesab edir". Uotsona görə, davranış – reaksiyalar sistemidir. Reaksiya – biheviorizmin inkişafı ilə əlaqədar olaraq psixologiyaya daxil edilmiş yeni bir anlamdır. Uotson belə hesab edirdi ki, insanın davranışı hər hansı bir təsir nəticəsində mümkündür. Ona görə, elə bir fəaliyyət yoxdur ki, onun arxasında insanı bu və ya digər hərəkətə təhrik edən stimul (xarici qıcıqlandırıcı) olmasın. Beləliklə məşhur S – R formulu meydana gəldi.

Biheviorizm mexaniki nəzəriyyədir: o, insan davranışını xətti determenizm prinsipləri ilə izah edir, sözdə obyektiv metoddan danışsa da əslində onun mahiyyətini təhrif edirdi. Buna görə də akademik İ. P. Pavlov hələ 30-cu illərin əvvəllərində "Fizioloqun psixoloqa cavabı" əsərində biheviorizmi kəskin tənqid etmişdir. Biheviorizm qısa müddət ərzində Amerikan psixologiyasının əsas cərəyanına çevrildi və Avropa ölkələrinə də yayıldı. Çünki XX yüzilliyin əvvəllərində psixologiyanın nailiyyətlərindən praktik məqsədlərlə istifadə olunması məsələləri kəskin surətdə qarşıda dururdu.

Tənqidi

1959-cu ildə Noam Çomski biheviorizmi və ümumiyyətlə empirizmi tənqid etmişdi. Bu addımı koqnitiv inqilabın başlanğıcı sayılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Biheviorizm haqqında məlumat. Biheviorizm nədir? Biheviorizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 194

  • Fevral 27, 2026

    Etnogenez

  • Fevral 27, 2026

    Uotergeyt qalmaqalı

  • Fevral 27, 2026

    Traktor FK

  • Fevral 27, 2026

    Oblomov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst