Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bir qayda olaraq, müvafiq karbonil birləşmələrlə tarazlıqda (keto-enol tarazlığı) olur. Alifatik enollar üçün keto-enol tarazlığı, demək olar ki, tamamilə karbo

Enollar

  • Ana Səhifə
  • Vikipediya
  • Enollar

Enollar – tərkibində >C=C(OH)– qrupu saxlayan xətti və ya tsiklik quruluşlu üzvi birləşmələr.

Bir qayda olaraq, müvafiq karbonil birləşmələrlə tarazlıqda (keto-enol tarazlığı) olur. Alifatik enollar üçün keto-enol tarazlığı, demək olar ki, tamamilə karbonil birləşmələrə tərəf dəyişir, ən sadə enol hesab edilən vinil spirti isə ümumiyyətlə, sərbəst halda ayrılmamışdır. Enolların karbonil birləşmələrdən əmələ gəlməsi (enollaşması) turşu və qələvi mühitdə az polyar həlledicilərin istifadə edilməsi ilə baş verir. Karbonil birləşmələrin elektronoakseptor əvəzləyicilərinin [CO, C(O)OC2H5, CN, NO2 və b.] β-vəziyyətdə olması və enlların metal ionları (məs., Fe+3) vasitəsilə xelat komplekslərlə əlaqələndirilməsi enollaşmaya kömək edir. Poliflüor ketonlar ən davamlı enollar əmələ gətirir, çünki onların tərkibindəki mütəhərrik α-hidrogen atomlarının olması ketoenol tarazlığının enolların əmələ gəlməsi istiqamətində yerini dəyişməsinə səbəb olur. Enollar habelə metalların enolyatlarını turşulaşdırmaqla, yaxud enolların sadə və mürəkkəb efirlərinin hidrolizindən alınır. Enollar ambident birləşmələrin kimyəvi xassələrinə malikdir; onlar O və ya C atomları üzrə elektrofil reagentlərlə (X+) reaksiyaya girərək tərkibində >C=C(OX)– və >CX–C(O)– qrupları olan müvafiq məhsullar əmələ gətirir. Karbonil birləşmələrin çoxlu sayda reaksiyaları, məs., halogenləşmə, aldol kondensləşməsi, kroton kondensləşməsi enolların alınma mərhələsindən keçməklə gedir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Enollar haqqında məlumat. Enollar nədir? Enollar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 485

  • Fevral 28, 2026

    Səfərli (Başkeçid)

  • Fevral 27, 2026

    8000 (ədəd)

  • Mart 01, 2026

    Qalata körpüsü

  • Fevral 27, 2026

    Anadolu Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst