Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzə

Çapaqcur döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Çapaqcur döyüşü

Çapaqcur döyüşü — 1387-ci ildə Qaraqoyunlu və Teymurilər arasında baş vermiş müharibə.

Çapaqcur döyüşü
Qaraqoyunlu Teymuri savaşları
Tarix 1387
Yeri Çapaqcur
Nəticəsi Mütləq Qaraqoyunlu zəfəri
Münaqişə tərəfləri

Teymurilər

Qaraqoyunlular

Komandan(lar)

Mirzə Miranşah

Qara Məhəmməd

Tərəflərin qüvvəsi

30 000

Bilinmir

İtkilər

ağır

bilinmir

    Mündəricat

    Döyüşdən əvvəlki siyasi şərait

    1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir. Tərəflər arasında baş verən döyüşdə Toxtamış geri çəkilmək məcburiyyətində qalır. Həmin il Qaraqoyunlular üçün Teymur təhlükəsi meydana gəlir. Teymur Qaraqoyunlu sultanı Qara Məhəmmədi xaç qafilələrinə və ticarət karvanlarına basqınlar etməkdə günahlandırır, lakin bu təbii ki, bəhanə idi. Teymurun hücuma keçməsinin əsl səbəbi Şərqi Anadoluda müstəqil bir dövlətin yaranmasının qarşısını almaq və Qaraqoyunlu türkmənlərini özündən aslı vəziyyətə salmaq idi.

    Çapaqcur döyüşü

    Tərəflər Ərzurumda Çapaqcur suyu (Ab-ı Çapaqcur) adlanan ərazidə qarşı-qarşıya gəlir. Burada qərargah qurdudqdan sonra ordudan 3 qoşun ayıraraq Qara Məhəmmədin üzərinə göndərir. Bu qoşunlardan birinə oğlu Miranşah başçılıq edirdi. Müdafiəyə çəkilən Qara Məhəmmədin üzərinə yürüyən Miranşah çoxlu qənimət əldə edir, lakin Qara Məhəmməd tez bir zamanda geri çəkilərək Çapaqçur çevrəsində keçidləri tutmuş, Teymurun ordusunu darmadağın etmişdir. Bu qalibiyyətdən sonra Qara Məhəmməd Məmlüklərin Malatya naibi Mintaşa sığınır. Teymurun bu məğlubiyyəti ilə bağlı Metsoplu Toma yazır:

    " Teymurləng yazda böyük bir ordu ilə Qara Məhəmmədin üzərinə yürüş etdi. O isə bu xəbəri eşidən kimi qaçır. Teymurləng onu izləyərək üstələyir və bir neçə gün sonra Çapaqcur vilayətində ona yetişir. Vəziyyət belə olduqda Qara Məhəmməd öz əsgərlərini Teymurun üzərinə göndərərək onu məğlub edir və onun ordusunun komandanı Lokmakanı da öldürür. Əsgərlərinin isə böyük bir qismini tələf edir. "

    Həmçinin bax

    • Qaraqoyunlular
    • Əmir Teymur

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çapaqcur döyüşü haqqında məlumat. Çapaqcur döyüşü nədir? Çapaqcur döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Katalan atlası

    • Fevral 27, 2026

      Manqıtlar

    • Fevral 27, 2026

      İvano-Frankovsk vilayəti

    • Fevral 27, 2026

      Teoqoniya

    • Fevral 27, 2026

      Bədəlan

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst