Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Toxtamış (1342, Ağ Orda – 1406, Çimgi-Tura[d]; Tatarca:Тухтамыш/Tuqtamış; fars. توقتمش‎‎; qaz. Тоқтамыс;) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və

Toxtamış

  • Ana Səhifə
  • Vikipediya
  • Toxtamış

Toxtamış (1342, Ağ Orda – 1406, Çimgi-Tura[d]; Tatarca:Тухтамыш/Tuqtamış; fars. توقتمش‎‎; qaz. Тоқтамыс;) 1380-96-cı illər arasında Qızıl Orda xanı. Ağ Orda və Göy Orda xanlıqlarını Qızıl Orda dövləti altında birləşdirmişdir. Çingiz xanın ən kiçik nəvəsi Orda xanın soyundan gəlir.

Toxtamış xan
Тохтамышхаан
Qızıl Ordanın XXXII xanı
1380 – 1395
ƏvvəlkiQiyasəddin Xaqanbəy xan/Urus xan
SonrakıTimur Qutluq xan
Şəxsi məlumatlar
Doğum tarixi 1342(1342)
Doğum yeri
  • Ağ Orda
Vəfat tarixi 1406(1406) (63–64 yaşında)
Vəfat yeri
  • Çimgi-Tura[d]
Milliyyəti Monqol
Fəaliyyəti hərbi lider[d]
Atası Tui Xoca[d]
Həyat yoldaşı
  • Toqaybek[d]
Uşaqları
  • Cəlaləddin xan,
  • Kərimberdi xan,
  • Kəbək xan,
  • Canike[d]
Ailəsi Çingizlilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Hakimiyyəti

Cuçi xanin oğullarından Toğay Teymur xan soyundan gələn Manqışlaq hakimi Tuy Xocanın oğludur. Ağ Orda hökmdarı Urus xan atasını öldürdüncə Səmərqəndə gedərək Əmir Teymura sığındı (1375). Teymurdan aldığı dəstəklə 1375-ci ildən başlayaraq öncə Ağ Orda hökmdarı Timur Məliki məğlub edərək hakim oldu. Mamay xanın Kulikovo döyüşündə məğlub olmasından istifadə Toxtamış özünü xan elan edərək Ağ Orda ilə Qızıl Ordanı birləşdirdi. 1382-ci ildə Moskvanı yandıran Toxtamış rusların bir daha güclənməsinin qarşısını aldı. Balxaş gölündən Litvayacan uzanan dövlətin hakimi oldu.

Toxtamış-Teymur savaşları

Bu uğurlardan sonra Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə qovuşdurmaq məqsədiylə Teymura bağlı olan Xarəzmi geri istədi. Bu istəyi onun Teymurla aralarının pisləşməsinə səbəb oldu. 1387-ci ildə 50000 əsgərlə Azərbaycana hücuma keçdi. 200.000 əsirlə geri qayıtdı. 1387-ci ildə, Teymurun çıxdığı qərb səfərindən yararlanaraq onun oğlu Ömər Şeyxi məğlub edib bütün Mavəraünnəhri yağmaladı. Ancaq ağır keçən qışa görə qayıtmağa məcbur oldu. Toxtamış, Məmluk sultanı Bərkuka elçiler göndərərək Teymura qarşı onunla ittifaq bağladı. Əmir Teymur həmin il Qızıl Ordaya hücum edərək Timur Qutluq xanı taxta gətirdi.

Hakimiyyət uğrunda müharibə

Toxtamış xan hakimiyyətə qayıtmaq üçün Vitautasdan kömək aldı. 1399-cu ildə Vorskla çayı döyüşündə məğlub olaraq qaçdı. Timur Qutluq xan və Edigey Qızıl Ordanın hakimiyyətini ələ aldılar. Toxtamış isə 1406-cı ildə öldürüldü. O Monqol yazısı ilə pul buraxan son hökmdardır.

Ailəsi

Toxtamış xan Edigeyin bacısı ilə evlənmişdi. Övladları:

  • Cəlaləddin xan
  • Kərimberdi xan
  • Köbək xan
  • Qədirberdi xan
  • Cabbarberdi xan
  • Seyid Əhməd xan
  • Canikə xanım - Edigey ilə evlənmişdi.
  • Canikə Sulxan xanım
  • Sentyak xan

1380-ci ildə isə Mamay xanın dul arvadı Tulunbəy xanım ilə evlənmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toxtamış haqqında məlumat. Toxtamış nədir? Toxtamış nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qərbi Berlin

  • Fevral 23, 2026

    21 fevral

  • Fevral 23, 2026

    Berber təqvimi

  • Fevral 23, 2026

    Valaxiya

  • Fevral 24, 2026

    Osetinlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst