Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara Məhəmməd bəy (v. aprel 1389) — Baharlılar sülaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu vəya nəvəsi olan Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyun

Qara Məhəmməd

  • Ana Səhifə
  • Vikipediya
  • Qara Məhəmməd

Qara Məhəmməd bəy (v. aprel 1389) — Baharlılar sülaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu vəya nəvəsi olan Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı.

Qara Məhəmməd
II Qaraqoyunlu tayfa ittifaqının bəyi
1380 – aprel 1389
ƏvvəlkiBayram xoca
SonrakıQara Yusif
Şəxsi məlumatlar
Vəfat tarixi aprel 1389(1389-04)
Atası Bayram xoca
Uşaqları
  • Qara Yusif,
  • Yar Əli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İlk illəri

İbn əl-Furat, Əl-Makrizi, İbn Həcər əl-Asqalani kimi Məmlük tarixçilərinə görə Bayram xocanın oğlu idi. Ancaq Həsən bəy Rumlunun Əhsənüt-təvarix əsərində, eləcə də Osmanlı tarixçisi münəccimbaşı Əhməd Dədənin Sahaif’ül Ahbâr əsərində Durmuş/Dursun/Türəmiş bəy onun atası, Bayram xoca isə babası olaraq qeyd olunur. Anasının kimliyi, doğum tarixi və ilk illəri barədə məlumat yoxdur.

Haqqındakı ilk məlumat isə Bayram xocanın idarəsində Ərciş hakimi olması ilə bağlıdır. 1377-ci ilin yazında Sultan Hüseyn Cəlairi vergisini vermədiyi bəhanəsiylə Bayram xocaya qarşı yürüşə çıxdı ancaq Ərciş hakimi olan Qara Məhəmməd sultana tabeliyini bildirdi və vergilərin ödənməsi üçün 2 həftə vaxt istədi. Ancaq bu müddət ərzində vergi toplamaq yerinə müdafiə istehkamlarını gücləndirməsi anlaşıldı və nəticədə Bayram xocanın göndərdiyi dəstək birliklərinə baxmayaraq Cəlairi birlikləri tərəfindən şəhər ələ keçirildi. 50 nəfər türkmən əsir alındı və Ərciş qalası Cəlairi mülkü elan olundu. Hadisədən 20 gün sonra Qara Məhəmməd şəxsən Təbrizə gedərək sultana tabeliyini bildirdi və vergini təslim etdi.

Hakimiyyət illəri

1380-ci ildə Cəlairilərlə mübarizədə məğlub olaraq öldürülən Bayram xocanın yerinə hakimiyyəti ələ alan Qara Məhəmməd 1382-ci ildə Cəlairi səltənətindəki taxt mübarizəsində rol oynadı. Yaranan hakimiyyət boşluğundan istifadə edərək mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd Sultan Hüseyn Cəlairiyə qarşı kürəkəni olan Şahzadə Əhmədi dəstəklədi və 1382-ci ilin aprelində Həftrud döyüşündə Cəlairi birliklərini məğlub eədərk Təbrizi işğal etdi, onu Cəlairi taxtına çıxardı. Bu hadisənin ardından Qara Məhəmməd də Cəlairi şahzadələrindən bir xanımla evləndi.

1384-cü ildə Qara Məhəmməd Mardin hökmdarı Məcdəddin İsaya elçi göndərərək qızıyla evlənmək istədiyini bildirdi. Rədd cavabı almasının ardından bunu bəhanə edən Qara Məhəmməd Mardinə yürüş tərtiblədi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və qızı yerinə öz bacısını Qara Məhəmmədlə evləndirdi. Bununla da tərəflər arasında barışıq yarandı.

1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə göndərək Sultan Bərkukdan Suriyaya köçməyə razılıq aldı. Qara Məhəmməd eyni zamanda iki rəqiblə – Əmir Teymur və Ağqoyunlularla mübarizə aparmalı oldu. Bir az əvvəl Ağqoyunlular tərəfindən məğlub edilmiş Ərzincan hökmdarı Qara Məhəmməddən yardım alaraq onunla ittifaq yaratmış və Ağqoyunluları məğlub etmişdi.

1387-ci ilin baharında Teymur Naxçıvandan Qaraqoyunlular üzərinə hücuma keçdi. Qara Məhəmməd Çapaqcura gəldi və burada sərt keçidləri tutaraq Teymurun qüvvələrini darmadağın etdi. Qara Məhəmmədi ələ keçirə bilməyəcəyini gorən Teymur Muş düzənliyindən çıxaraq, buradakı oymaqları qarət etdi, Hilatı, Vanı ələ keçirib İrana geri döndü.

24 may 1388-ci ildə Qara Məhəmməd və əmrindəki türkmənlər Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil oldular. Burada Məmlük sultanı Sultan Bərkukun adına xütbə oxundu və sikkə kəsildi. Ancaq o günlərdə Qaraqoyunlu tayfaları arasında çaxnaşmalar artmaqda idi və nəticədə Qara Məhəmmədlə oğlu Bayram mirzə 1389-cu ilin aprelində Qara Pir Həsən adlı digər türkmən əmiri tərəfindən qətlə yetirildi.

Ailəsi

2 xanımı, 5 oğlu və 1 qızı olduğu bilinir.

Xanımları

  • ... Xatun (Cəlairi şahzadələrindən biri)
  • ... Xatun (Mardin hakimi Məcdəddin İsa bəyin bacısı)

Övladları

  • Bayram mirzə (ö. aprel 1389)
  • Qara Yusif
  • Xoca Misir
  • Yarəli mirzə
  • Gövhərşad bəyim

Tatar Xatun adlı bu bacısının Mosulun Ağacəri tayfa başçısı ilə evləndiyini və bu nigahdan Həsən bəy adlı bir oğlunun olduğu bilinir.

Həmçinin bax

  • Qaraqoyunlular
  • Qaraqoyunlu dövləti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara Məhəmməd haqqında məlumat. Qara Məhəmməd nədir? Qara Məhəmməd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bundesliqa

  • Fevral 27, 2026

    Ravalpindi

  • Fevral 27, 2026

    .eg

  • Fevral 27, 2026

    Fiat

  • Fevral 23, 2026

    Azərbaycanın sərhədləri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst