Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) — və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyad

Conni Loqan

  • Ana Səhifə
  • Vikipediya
  • Conni Loqan

Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) — və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (1980 və 1987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur.

Conni Loqan
ing. Johnny Logan
Conni Loqan, 2024
Conni Loqan, 2024
Ümumi məlumatlar
Doğum adı Şon Patrik Maykl Şerrard
ing. Seán Patrick Michael Sherrard
Ləqəbləri Conni Loqan
Mr Eurovision
Doğum tarixi 13 may 1954 (71 yaş)
Doğum yeri Avstraliya, Viktoriya, Frankston
Vətəndaşlığı İrlandiya İrlandiya
Milliyyəti İrland
Uşağı 4
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1978 - indiyə kimi
Janr folk musiqi
Musiqi aləti gitara
Səs tembri tenor
johnnylogan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır. Conni Loqan eyni zamanda 1992-ci ildə İrlandiyanı yenidən müsabiqədə təmsil edən Linda Martinə "Why Me?" mahnısını bəstələmiş və Linda həmin mahnı ilə müsabiqədə qələbə qazanmışdır.

Həyatı

Şon Patrik Maykl Şerrard 13 may 1954-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Frankston şəhərində anadan olmuşdur. Onun atası Çarlz Alfonsus Şerrard Şimali İrlandiyanın Derri şəhərində dünyaya göz açmış tenor olub. Şonun üç yaşı olanda ailəsi İrlandiyaya geri dönüb. O 13 yaşından gitarada ifa etməyi öyrənmiş və mahnılar bəstələməyə başlamışdır.

1978-ci ildə müğənni özünə səhnə adı olaraq Conni Loqanı seçmişdir. Bu adı seçərkən Şon cizgi film qəhrəmanlarından biri olan Conni Qitardan ilhamlandığını bildirmişdir. Loqan ilk sinqlını 1978-ci ildə dinləyicilərə təqdim etmişdir. O 1979-cu ildə İrlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turuna "Angie" adlı mahnı ilə qatılmış və üçüncü yerdə qərarlaşmışdır.

Loqan hal-hazırda həyat yoldaşı və üç uşağı ilə birlikdə İrlandiyanın Mit qraflığında yerləşən Aşborn şəhərində yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Conni Loqan haqqında məlumat. Conni Loqan nədir? Conni Loqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Somnolens

  • Fevral 27, 2026

    Süd Yolu

  • Fevral 27, 2026

    Macarıstan şəhərləri

  • Fevral 27, 2026

    Nədim

  • Fevral 28, 2026

    Sankt-Morits

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst