Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nədim (Əhməd Nədim; 1681[…], İstanbul – 28 oktyabr 1730, İstanbul) — Osmanlı şairi. Divan ədəbiyyatı nümunələri yaratmış türk şairidir. Şöhrətini Osmanlı İmperi

Nədim

  • Ana Səhifə
  • Vikipediya
  • Nədim

Nədim (Əhməd Nədim; 1681[…], İstanbul – 28 oktyabr 1730, İstanbul) — Osmanlı şairi. Divan ədəbiyyatı nümunələri yaratmış türk şairidir. Şöhrətini Osmanlı İmperiyasının 1718–1730-cu illərini əhatə edən Lələ dövründə qazanmışdır. Həyatı və əsərləri ilə Lələ dövrünün ruhunun ən mühüm nümayəndəsi hesab olunur.

Nədim
Doğum tarixi 1681(1681)[…]
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 28 oktyabr 1730(1730-10-28) (48–49 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi yüksəklikdən düşmə[d]
Dəfn yeri
  • Qaracaəhməd qəbiristanlığı
Fəaliyyəti şair, yazıçı
Vikimənbənin loqosu Nədim Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

17-ci əsrin sonu 18-ci əsrin əvvəllərində yaşamışdır. Əsl adı “Əhməd” olan Nədim, 1681-ci ildə İstanbulda anadan olmuşdur. Atası Məhməd Əfəndi Sultan İbrahimin hakimiyyəti dövründə qazəsgər vəzifəsində çalışmışdır. Kiçik yaşlarından mədrəsə təhsili alan Nədim burada ərəb və fars dillərini öyrənmiş, daha sonra fiqh təhsili almışdır.

Şair kimi tanınmaq üçün səy göstərən Nədim Osmanlı baş vəzir Çorlulu Kürəkən Əli Paşaya bir neçə qəsidə yazmışdır. Eyni zamanda onu Topqapı sarayına yaxınlaşdıran Çorlulu Əli Paşanın xələfi olan Nevşəhərli Kürəkən İbrahim Paşaya da qəsidələr həsr etmişdir. Lələ dövrünün baş vəziri olan kürəkən İbrahimin himayəsi altında sonradan onu məşhur edəcək əsərlərini və həyat tərzini formalaşdırmışdır. Şair həm həyatı, həm də poeziyası ilə estetik, sənət və əyləncə meyilləri ilə seçilən bu dövrün mühüm nümayəndəsi kimi qəbul edilir. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyil etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.

İzn alub cum'a nemâzına deyû mâderden
Bir gün uğrılayalım çerh-i sitem-perverden
Dolaşub iskeleye doğrı nihân yollardan
Gidelim serv-i revânım yürü Sad'âbâde.


Anasından “cümə namazına gedirik” deyə icazə alıb

Zalim felekten bir gün çalalım.
Issız yollardan iskeleye doğru dolaşıp,
Yürü uzun boylu sevgilim Sadabad'a gidelim.

Ölümü

Nədimin Patrona Xəlil üsyanı zamanı öldüyü məlumdur, lakin ölüm səbəbi ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onun həssas psixoloji quruluşa malik olduğu və vəsvəsə (evham) xəstəliyindən əziyyət çəkdiyi bilinir. Ramiz təzkirəsində Nədimin Patrona Xəlil üsyanından sonra həddindən artıq qorxu və gərginlik səbəbindən vəfat etdiyi qeyd olunur. Kəmiksiz-zadə Səfvətin Nuhbətül-Asar əsərində isə içki vərdişi olduğu üçün öldüyü yazılmışdır. Ən məşhur rəvayət Müstəqimzadənin Mecelletün-Nisab əsərində yer alan məlumatdır, burada onun üsyançılardan qaçarkən Beşiktaşdakı evinin damından yıxılaraq öldüyü bildirilir. Digər bir rəvayətə görə isə kürəkən İbrahim paşa və onun tərəfdarlarına edilən işgəncələrdən dəhşətə gələrək qorxudan vəfat etmişdir.

Osmanlı şairi Nədim 1730-cu ildə İstanbulda vəfat etmiş, Üsküdarda Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur.

Əsərləri və şeir anlayışı

Nədim divan ədəbiyyatının ən mühüm şairlərindən biri kimi qəbul edilsə də, bu yanaşma yalnız son dövrlərdə formalaşmışdır və şair sağlığında o qədər də böyük rəğbət görməmişdir. Məsələn, “Reîs-i Şâirân” (رئيس شاعران) şairlərin başçısı titulu III Əhməd tərəfindən ona deyil, bu gün daha az tanınan Osmanzadə Taibə verilmişdir. Yaşadığı dövrdə ondan daha da məşhur olan başqa şairlər də var idi.

Qəsidələrində, təbrik və xüsusi günlər münasibətilə yazdığı şeirlərində dövrünün Divan poeziyasında rast gəlinən qəlib, təxəyyül və rəmzlərdən istifadə etmişdir. Lakin mahnı və qəzəllərində isə həm dil, həm də məzmun baxımından yenilikçi bir yol tutduğu görünür.

Nədimin məzmun baxımından ən bariz yeniliyi, İstanbul şəhərini vəsf edərkən şeirlərinin açılış bəndində istifadə etməsidir. Məsələn, İstanbul “vəsf” (təsvir) mənasında kürəkən İbrahim Paşaya yazdığı qəsidənin açılış beytində görünür:

Bu şehr-i Sıtanbûl ki bî-misl-ü behâdır
Bir sengine yekpâre Acem mülkü fedâdır

Əvvəlki şairlər mücərrəd ifadələri çox yüksəltsələr də, şair Nədim mahnılarında konkret ifadələrdən istifadə etməkdən çəkinmir və hətta dövrünün məkanına, moda və geyim tərzinə toxunmaqdan da geri qalmır.

Sürmeli gözlü güzel yüzlü gazâlân anda

Zer kemerli beli hancerli cüvânân anda
Bâ-husûs aradığım serv-i hırâmân anda

Nice akmaya gönül su gibi Sa'd-âbâd'a

Şeirlərində adətən zövq və sevgini işləyən şair dövlət başçılarına qəsidələr təqdim etmişdir. O, qəzəllərində tez-tez sevgi və şərab anlayışlarına toxunmuşdur. Dövrünün bütün həyat tərzi, bayramlar, halva söhbətləri, şahzadələrin doğulması, toylar, gözəl tikililər onu təsirləndirir, bu hadisələr ən azından bir “tarix qeydi” aparmağa səbəb olurdu.

Əsərləri “Nədim Divanı” adı altında toplanmışdır. Bu divanın məlum ən qədim tarixli nüsxəsi təxminən islam təqvimi ilə 1149-cu ilə (Miladi təqvim ilə 1737) aiddir və Türk Tarix Qurumunun Kitabxanasında Y.13 arxiv nömrəsi ilə qeydiyyata alınmışdır. Divan ədəbiyyatında mücərrəd sevgili və məkanlar, Nədimin şeirlərində konkret şəkil alır. Yəni sevgilisi insani məhəbbəti əks etdirir və gerçəkdir. Zövq, əyləncə və şərab onun şeirlərinin əsasını təşkil etmişdir. O, soyuq və süni ifadədən uzaq durmuş, demək istədiklərini səmimi şəkildə şeirlərinə əks etdirmişdir. Bunu isə əsasən qəzəlləri ilə ifadə etmişdir.

Böyük şair, divan şeirinin sərt qaydalarına hər kəs kimi əməl etsə də, bəzi yeniliklər etməkdən geri çəkilməmişdir. Bəzi əsərlərində əruz vəzninin əvəzinə heca vəznindən istifadə etmişdir. Əsərləri: Nədim Divanı, Səhayifül-Əxbar (tərcümə), Aynî Tarixi (tərcümə).

Ədəbiyyat

  • Gölpınarlı, Abdülbâkî; ed. (1972 2. bas. 2005) Nedim Divanı. İstanbul: İnkılâp ve Aka Kitabevleri Koll. Şti., ISBN 975-10-2225-8.
  • Macit, Muhsin; Doç. Dr., ed. (1997) Nedim Divani, İstanbul:Akdağ Yayınları, ISBN 975-338-107-7 .
  • Kudret, Cevdet; Nedim. ISBN 975-10-2013-1.
  • Şentürk, Ahmet Atilla. "Nedîm" in Osmanlı Şiiri Antolojisi. pp. 596–607. ISBN 975-08-0163-6.
  • Cengiz, Halil Erdogan, (1972) Divan Şiiri Antolojisi say.591, Ankara: Bilgi Yayinevi
  • Andrews, Walter G. "Nedîm" in Ottoman Lyric Poetry: An Anthology. pp. 253–255. ISBN 0-292-70472-0.
  • Mansel, Philip. Constantinople: City of the World's Desire, 1453–1924. London: Penguin Books, 1997.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nədim haqqında məlumat. Nədim nədir? Nədim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səhləbkimilər

  • Fevral 24, 2026

    Rejissor

  • Fevral 27, 2026

    12 (ədəd)

  • Fevral 27, 2026

    İllüziya

  • Fevral 27, 2026

    Moldaviya knyazlığı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst