Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hilal Nasiri (1903, Təbriz – bilinmir) — azərbaycanlı şair, müəllim, siyasətçi. Xiyabani hərəkatı dövründə Demokrat Firqəsinin ilk təşkilatının katibi olub. Təb

Hilal Nasiri

  • Ana Səhifə
  • Vikipediya
  • Hilal Nasiri

Hilal Nasiri (1903, Təbriz – bilinmir) — azərbaycanlı şair, müəllim, siyasətçi. Xiyabani hərəkatı dövründə Demokrat Firqəsinin ilk təşkilatının katibi olub. Təbrizdə qurulmuş "Azərbaycan Cəmiyyəti" və "Demokratiya ocağı" təşkilatlarının qurucularından biri və Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin üzvü olub.

Hilal Nasiri
Azərbaycan Milli Məclisinə Zəncandan seçilən nümayəndə
12 dekabr 1945 – 12 dekabr 1946
Şəxsi məlumatlar
Doğum tarixi 1903(1903)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi bilinmir
Partiya
  • Azərbaycan cəmiyyəti (1941–1942),
  • Demokratiya ocağı (1943–1944),
  • İran Tudə Partiyası (1944–1945),
  • Azərbaycan Demokrat Firqəsi (1945–1946)
Fəaliyyəti şair, müəllim, yazıçı, siyasətçi

Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Azərbaycan Milli Məclisinə Zəncandan nümayəndə seçilib.

Mündəricat

Həyatı

Hilal Nasiri 1903-cü ildə Təbriz şəhərində anadan olub. İbtidai təhsilini mədrəsdə alıb. Təhsilini başa vurduqdan sonra "İttihadiyyə" və "Rüşdiyyə" məktəblərində bir müddət riyaziyyat fənnindən dərs deyib. Ədəbiyyat və mətbuata olan marağına görə kitab satmağa və çap işləri ilə məşğul olmağa başlayıb. Şeyx Məhəmməd Xiyabani hərəkatında iştirak edib və Demokrat Firqəsinin üzvü və ilk təşkilatının katibi olub.

1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular. 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi. Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı. 1941-ci ildə Təbrizdə, Hacı Əli Şəbüstəri, Əli Maşınçı, İsmayıl Şəms, Sadıq Padiqan və digərləri ilə birlikdə "Azərbaycan Cəmiyyətini" yaradıb. Təbrizdə nəşr olunan Vətən Yolunda qəzetində bir çox şerləri dərc olunub.

1943-cü ildə Xəlil Azərbadqan, Hüseyn Rivzan və digərləri ilə birlikdə "Demokratiya ocağı" adlı təşkilat qurub. 1944-cü ilin sonlarında bu təşkilat Tudə Partiyasının Azərbaycan əyalət təşkilatına birləşdi.

Hilal Nasiri 21 Azər hərəkatında iştirak edib. 1945-ci il sentyabrın 25-də Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsi tərəfindən firqənin 2–4 oktyabr tarixləri arasında keçiriləcək 1-ci qurultayına seçilmiş 59 nəfər nümayəndəsindən biri olub. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Hilal Nasiri də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı. Hilal Nasiri də Milli heyətə seçilən 39 nəfərdən biri olub. 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib. Zəncanda keçirilən seçkilər nəticəsində Hilal Nasiri səs toplayaraq Azərbaycan Milli Məclisinə Zəncandan nümayəndə seçilib.

Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin üzvü və "Azərbaycan ulduzu" qəzetinin redaktoru olub. Yazdığı "Mirzə Tağı xan Əmiri Kəbir", "Nejadi Bəşər" və "Ana Dili" pyeslərini Təbrizdə səhnələşdirib.

1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Bölgədəki bütün demokratlar təqiblərə məruz qaldılar. Bəziləri öldürüldü, bəziləri isə mühacirət etdilər. Hilal Nasirinin sonrakı həyatı haqqında heç bir məlumat yoxdur. Ehtimal olunur ki, o da bir çox ADF üzvü kimi şah ordusunun əsgərləri tərəfindən öldürülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hilal Nasiri haqqında məlumat. Hilal Nasiri nədir? Hilal Nasiri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sabit Orucov

  • Fevral 28, 2026

    Kapoşi sarkoması

  • Fevral 27, 2026

    Ağdamın işğalı

  • Fevral 23, 2026

    3 yanvar

  • Mart 01, 2026

    Murovdağ tuneli

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst