Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbuziya Tofiq (türk. Ebüzziya Tevfik; 17 fevral 1849, İstanbul – 27 yanvar 1913, İstanbul) — Türkiyə jurnalisti, xəttatı, naşiri. 1849-cu ildə İstanbulda doğula

Əbuziya Tofiq

  • Ana Səhifə
  • Vikipediya
  • Əbuziya Tofiq

Əbuziya Tofiq (türk. Ebüzziya Tevfik; 17 fevral 1849, İstanbul – 27 yanvar 1913, İstanbul) — Türkiyə jurnalisti, xəttatı, naşiri. 1849-cu ildə İstanbulda doğulan Əbuziya Tofiq Türkiyədə "mətbəə işini sənət səviyyəsinə yüksəldən insan" kimi tanınır. O zamana qədər davam edən və xalq dilində "Fars çapı" adlandırılan kirli və səliqəsiz çapdan türk mətbəəsini qurtaran məşhur naşir yaşadığı dövrün görkəmli şəxsiyyətlərinin yüzlərlə əsərini yüksək keyfiyyətlə çapdan buraxmışdır. Eyni zamanda, kufi xətti ilə diqqətəlayiq əsərlər yaratmış bir xəttat, Konyada yaşadığı dövrdə yüksək keyfiyyətli xalçalar toxuyan xalçaçı idi. Fransız dilini daha da yaxşı öyrənmək üçün Parisə getmişdi. Bu səfəri ona Qərb dünyası haqqında əsərlər yazdırmışdır.

Əbuziya Tofiq
türk. Ebüzziya Tevfik Bey
Doğum tarixi 17 fevral 1849(1849-02-17)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 27 yanvar 1913(1913-01-27) (63 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Bakırköy qəbiristanlığı[d]
Vətəndaşlığı Osmanlı imperiyası Osmanlı imperiyası
Fəaliyyəti jurnalist, naşir, yazıçı, dövlət qulluqçusu, dramaturq
Əsərlərinin dili Osmanlı türkcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

27 yanvar 1913-cü ildə Heydərpaşaya gedərkən gəminin içində ürək dayanmasından vəfat etmişdir.

Mündəricat

Həyatı

1849-cu ildə İstanbulda dünyaya gələn Tofiqin atası Maliyyə Sərgi Qələmi məmurlarından Konya Qoçhisarlı Həsən Kamil Əfəndi idi. Əsl adı Mehmed Tofiqdir. "Ziyanın atası" mənasını daşıyan "Əbuziya" ləqəbini sürgündə olarkən öz adını istifadə edə bilmədiyi üçün düşünmüşdür.

Cevriyə Kalfa Sıbyan Məktəbini bitirmişdi. Atasını kiçik yaşında itirdikdən sonra təhsilini yarımçıq qoyub Maliyyə Sərgi Qələmində işləməyə başladı. Öz üzərində hər zaman çalışan Tofiq ərəb, fars, fransız dillərini öyrəndi. Məmurluq həyatında qurduğu dostluqlar da onun özünü inkişaf etdirməyində böyük rol oynadı. Bu illərdə özündən 9 yaş böyük Namiq Kamal ilə tanışlığı ömür boyu davam edəcək bir düşüncə, fikir dostluğunun başlanğıcı oldu. Daha sonra Namiq Kamal və İbrahim Şinasinin təsiri ilə Yeni Osmanlılar Cəmiyyətinə üvz oldu.

Şinasinin qurucusu olduğu Təsvir-i Əfkar qəzeti, 1865-ci ildə Şinasi Fransaya getdikdən sonra Namiq Kamal tərəfindən dərc olunmağa başlamışdı. Tofiq bəy, dostu Namiq Kamalın xahişilə Təsvir-i Əfkar qəzetinə məqalələr yazırdı. Tərəqqi, Diogen (jurnal), Xəyal, Haqayikü'l-Vəqayi kimi bir çox qəzet və jurnallarda məqalələrini dərc etdirən Tofiq, məmurluq həyatına Maarif Dairəsində və Ədliyyə Dairəsində davam etmişdi.

Mətbəə sahibi olmağı

Gənc Osmanlıların dəstəkçisi Mustafa Fazil Paşa, Təsvir-i Əfkar qəzetinin çap olunduğu mətbəəni, 1871-ci ildə Şinasi vəfat etdikdən sonra varislərindən satın almış və aralarında Tofiq bəyin də olduğu dörd məşrutiyyətçi gəncə vermişdi. Daha sonra digər üç gənc öz hissələrini Tofiq bəyə verdiyi üçün o, mətbəənin yeganə sahibi olmuşdur.

Əsərləri

Kitabları

  • Əcəl-i Qəza (teatr)
  • Nümunə-i Ədəbiyyat-ı Osmaniyyə (antologiya)
  • Yeni Osmanlılar Tarixi (Tarixi, biooqrafik)
  • Lüğət-i Əbuziya (lüğət/bir cild)

Xətt əsərləri

  • İstanbul Qızıltorpaqdakı Zühtüpaşa Məscidinin kufi xəttilə yazılmış yazısı.
  • İstanbulda Ulduz Sarayı yolu üstündəki Ulduz Həmidiyyə Məscidinin qübbəsindəki kufi xəttilə, mavi rəng üstündə qızılla yazılan "Mülk Surəsi".

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbuziya Tofiq haqqında məlumat. Əbuziya Tofiq nədir? Əbuziya Tofiq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Feodosiya

  • Mart 01, 2026

    Sesil Rods

  • Fevral 28, 2026

    Mitsuru Uşicima

  • Fevral 27, 2026

    Hürufizm

  • Fevral 23, 2026

    Nürnberq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst