Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar k

Andrey Kozlov

  • Ana Səhifə
  • Vikipediya
  • Andrey Kozlov

Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti. "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini. Rusiya Televiziya Akademiyasının akademiki. "Breyn-rinq" proqramının quruluşçu rejissoru və aparıcısı.

Andrey Kozlov
rus. Андрей Козлов
Doğum tarixi 25 dekabr 1960 (65 yaş)
Doğum yeri Luqansk, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ →
Rusiya Rusiya
İxtisası Kimyaçı
Təhsili Donetsk Milli Universiteti
Fəaliyyəti "Nə? Harada? Nə zaman?" oyunçusu, quruluşçu rejissor, teleprodüser və teleaparıcı
Mükafatları 2-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı "Suriyadakı hərbi əməliyyatların iştirakçısı" medalı
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən illəri

1960-ci il dekabrın 25-də Luqanskda anadan olub ("İqra-TV" teleşirkətinin saytında qeyd olunub ki, Almaniyadan SSRİ-yə uçan təyyarədə dünyaya gəlib).

Donetsk universitetinin kimya fakültəsini bitirib. Sonralar Jdanov metallurgiya institutunda dərs deyib. 1990-cı ildən Moskvada yaşayır.

Nə? Harada? Nə zaman?

"Nə? Harada? Nə zaman?" klubuna redaksiyaya məktub yazaraq və seçim turunu keçərək düşüb. Elitar klubda ilk oyununu 1989-cu ildə keçirib. Yalnız komandanın kapitanı qismində çıxış edir. Klubun magistridir (2008-ci ildən). Üçqat "Büllur bayquş" (1992, 1994, 2008) və "Brilyant bayquş" (2008) mükafatlarının, eyni zamanda, "Klubun ən yaxşı kapitanı" (2001) poqonunun sahibidir. 27 dekabr 2008-ci ildə, mövsümün final oyununda "Superblits" raundunun hər üç sualına düzgün cavab verərək "Volkswagen Phaeton" avtomobilini qazanıb.

2014-cü il martın 15-də "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti seçilib (bu postda Natalya Stetsenkonu əvəzləyib).

Televiziya karyerası

1990-cı ildən televiziyada işləyir.

Quruluşçu rejissor olduğu proqramlar:

  • "İlk baxışdan məhəbbət" (1991—1993)
  • "Breyn-rinq" (1993—2013); yaradıcı qrupun tərkibində 2010-cu ilin TEFİ mükafatı laureatı.
  • "Verilişlər proqramı"
  • "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
  • "Mədəni inqilab" (2001—2017); yaradıcı qrupun tərkibində 2002 və 2006-cı ilin TEFİ mükafatı laureatı.
  • "XX əsrin mahnıları"
  • "Mənim evim, mənim şəhərim, mənim ölkəm"
  • "Həyat gözəldir"
  • "Böyük şəhərdə adam"
  • "Biz və elm. Elm və biz"

Aparıcı olduğu proqramlar:

  • "Breyn-rinq" (1991—2013 — Rusiya televiziyasında; hazırda — Azərbaycanda beynəlxalq televiziya turniri)
  • "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
  • "Verilişlər proqramı"
  • "Mənim evim, mənim şəhərim, mənim ölkəm"

"İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavinidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Kozlov haqqında məlumat. Andrey Kozlov nədir? Andrey Kozlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Gəmiqayırma sənayesi

  • Mart 01, 2026

    Gövhər Həsənzadə

  • Fevral 27, 2026

    Frank

  • Fevral 27, 2026

    Arazbar (Ağcabədi)

  • Fevral 27, 2026

    Majino xətti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst