Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba

Kuba

  • Ana Səhifə
  • Vikipediya
  • Kuba

Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlantik okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yukatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominikan Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominikan Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır.

Kuba Respublikası
República de Cuba  (İspan)
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"¡Patria o Muerte, Venceremos!" (İspan)
Vətən və ya ölüm, qalib gələcəyik!
Himn: La Bayamesa
(ing. "The Bayamo Song")
Müstəqillik
 • Müstəqilliyin elan edilməsi 10 oktyabr 1868
 • Müstəqillik müharibəsi 24 fevral 1895
 • Tanınması (İspaniyadan ABŞ-yə təhvil verildi) 10 dekabr 1898
 • Respublika elan olundu (ABŞ-dən müstəqillik) 20 may 1902
 • Kuba inqilabı 26 iyul 1953 – 1 yanvar 1959
Rəsmi dili İspan
Etnik qrupları
  • 64.1% Ağ dərili
  • 26.6% Qarışıq
  • 9.3% Qaradərili
(2012)
Paytaxt Havana
23°08′ şm. e. 82°23′ q. u.HGYO
Ən böyük şəhəri paytaxtı
İdarəetmə forması Unitar Marksist–Leninist təkpartiyalı sosialist respublika
Kommunist Partiyasının birinci katibi Migel Dias-Kanel
Prezident Migel Dias-Kanel
Vitse-prezident Salvador Valdes Mesa
Sahəsi Dünyada 104-cü
 • Ümumi 109,884 km²
 • Su sahəsi (%) 0.94
 • Əhali
  • 10.985.974 nəf. (2023)
 • Siyahıyaalma (2018) ▼ 11,209,628 nəf.
 • Sıxlıq 102.1 nəf./km² (114-cü)
ÜDM (AQP)
 • Ümumi (2015) US$ 254.865 milyard dollar
 • Adambaşına US$ 22,237 dollar
ÜDM (nominal)
 • Ümumi (2017) US$ 96.851 billion dollar  (63-cü)
 • Adambaşına US$ 8,433 dollar  (76-cı)
İİİ (2018) 0.778 (artış; 72-ci)
Demonim Kubalı
Valyuta Kuba pesosu (CUP)
İnternet domeni .cu
ISO kodu CU
Telefon kodu +53
Saat qurşaqları KV -5
Yay vaxtı: KYV -4
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Kuba

28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspan-ABŞ müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.

Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.

Mündəricat

Tarixi

Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan Xristofor Kolumb olmuşdur. 1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada 7 yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hündu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.

Faydalı qazıntıları

Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur.. Nikel istehsalı 1959-cu il inqilabından sonra SSRİ ilə birlikdə şaxta avadanlıqlarının modernləşdirilməsindən və dağ-mədən kombinatının yaradılmasından sonra əhəmiyyətli dərəcədə artmışdır.. Müasir dövrdə Kuba nikel istehsalına görə dünyada birinci yeri tutur.

Kuba zəngin kobalt ehtiyatlarına malikdir, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur..

Kuba həmçinin iri mis filizi (Oryente və Pinar-del-Rio əyalətlərində), marqan filizi (Oryente əyalətində), xromit (Kamaquey əyalətində), kaolin (Pinos adasında), dəmir filizi, asbest, daş duz və fosfor yataqlarına malikdir.

1984-cü ildə ölkənin qərbində neft və təbii qaz yataqları aşkar edilmişdir..

2006-cı ildən adanın şimalında, Florida sahillərindən bir qədər aralı məsafədə yeni neft-qaz yataqlarının mənimsənilməsinə başlanılmışdır.

Bəzi məlumatlara görə Kubada neft ehtiyatları 5 milyard barreldən, qaz ehtiyatları isə 300 milyard kub metrdən çoxdur. 2010-cu ildə təsdiq edilmiş məlumatlara görə Kubada neft ehtiyatları 178,9 mln. barrel, təbii qaz ehtiyatları isə 70,9 milyard kub metrdir.

Mədəniyyəti

Kuba mədəniyyəti dünyanın müxtəlif bölgələrindən gətirilmiş etnik mədəniyyətin qarışığından ibarətdir. XVI əsrdən başlayaraq Kuba plantasiyalarında işləmək üçün gətirilən qullar sonradan ağ dərili kolonistlər və yerli xalq ilə qaynayıb-qarışaraq müasir kubalıların bir xalq kimi yaranmasına səbəb olmuşdur. Burada aborigenlərin, ispanların, afrikalıların, sonradan gəlmiş qərbi avropalıların və çinlilərin gətirdiyi mədəniyyət müasir Kuba mədəniyyətini formalaşdırmışdır.

İnzibati ərazi bölgüsü

Kuba federasiyadır. Ölkə ərazisi 14 əyalətə və bir xüsusi bələdiyyəyə — Huventud adasına bölünür.

  1. Huventud adası (isp. Isla de la Juventud)
  2. Pinar-del-Rio (isp. Pinar del Rio)
  3. Artemisa (isp. Artemisa)
  4. Mayabeke (isp. Mayabeque)
  5. Havana (isp. Ciudad de La Habana)
  6. Matansas (isp. Matanzas)
  7. Syenfueqos (isp. Cienfuegos)
  8. Vilya-Klara (isp. Villa Clara)
  1. Sankti-Spiritus (isp. Sancti Spiritus)
  2. Syeqo-de-Avila (isp. Ciego de Avila)
  3. Kamaquey (isp. Camagüey)
  4. Las-Tunas (isp. Las Tunas)
  5. Qranma (isp. Granma)
  6. Olqin (isp. Holguin)
  7. Santyaqo-de-Kuba (isp. Santiago de Cuba)
  8. Quantanamo (isp. Guantanamo)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kuba haqqında məlumat. Kuba nədir? Kuba nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bərbərlər

  • Fevral 23, 2026

    Kondensasiya

  • Fevral 24, 2026

    4 dekabr

  • Fevral 24, 2026

    Eno

  • Fevral 23, 2026

    18 oktyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst