Robert de Klermon (fr. Robert du Clermont; təq. 1256[…] – 7 fevral 1317) — Fransa kralı IX Lüdovikin oğlu, Burbon sülaləsinin banisi.
| Robert de Klermon | |
|---|---|
| fr. Robert du Clermont | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | təq. 1256[…] |
| Vəfat tarixi | 7 fevral 1317 (60–61 yaşında) |
| Atası | IX Lüdovik |
| Anası | Provanslı Marqarita |
| Həyat yoldaşı | Burqundiyalı Beatris |
| Uşağı | I Lüdovik |
| Ailəsi | Kapetinqlər sülaləsi, Burbonlar |
Həyatı
Robert 1256-cı ildə Fransa kralı IX Lüdovik və onun xanımı Provanslı Marqaritanın ən kiçik oğlu olaraq dünyaya gəlib. Uşaqlıq illəriylə bağlı yetərli məlumat olmasa da, azyaşlı ikən yaşadığı bədbəxt hadisə əsnasında aldığı zədəylə ömürlük şikəst qaldığı məlumdur. Bu səbəblə həyatda ikən aktiv siyasi fəaliiyəti olmamışdır.
Buna baxmayaraq, 1272-ci ildə dövrün nüfuzlu ailələrindən olan Burqundiya hersoqu IV Hüqonun nəvəsi Beatrisayla evləndirildi. Onun məhz bu evlilikdən dünyaya gələn böyük oğlu Lüdovik, 1589-cu ildə taxta çıxan IV Henrinin ulu babasıdır. Beləcə, onun törəmələri özündən 9 nəsil sonra taxta çıxdı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransalı Robert haqqında məlumat. Fransalı Robert nədir? Fransalı Robert nə deməkdir?
