Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vedeno (çeç. Ведана) — Çeçenistan Respublikasında, Vedeno rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Vedeno rayonunun və Vedeno kənd sovetliyinin mərkəz

Vedeno

  • Ana Səhifə
  • Vikipediya
  • Vedeno

Vedeno (çeç. Ведана) — Çeçenistan Respublikasında, Vedeno rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Vedeno rayonunun və Vedeno kənd sovetliyinin mərkəzidir. Vedeno kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.

Vedeno
Ведана
42°57′41″ şm. e. 46°06′13″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 940
Mərkəzin hündürlüyü 717 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 4.303 nəf. (2021)
Rəsmi dili
  • Çeçen dili,
  • rus dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366330
Xəritəni göstər/gizlə
Vedeno xəritədə
Vedeno
Vedeno
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Kənd Vedemo rayonunun mərkəzində, Xulxulau və Axkiçu çayları arasında yerləşir. Qroznı şəhərindən 67 km cənub-şərqdədir.

Kənd faktiki olaraq şimal-qərbdə Zelamxin-Kotar, cənub-şərqdə isə Dışne-Vedemo kəndlərinə birləşmişdir. Yaxınlığında yerləşən digər yaşayış məntəqələri: cənub-qərbdə Neftyanka, qərbdə Eşilxatoy, şimal-şərqdə Ersenoy.

Kənd ərazisi dəniz səviyyətindən ortalama olaraq 722 metr yüksəklikdə yerləşir. Kəndin cənub hissəsindən Xoroç silsiləsi keçir.

Baş Qafqaz silsiləsinin yaxınlığına görə iqlim rütubətli və mülayimdir. Havanın orta illik tremperaturu +9.0°С təşkil edir. İyul ayının orta temperaturu +21.5°С, yanvar ayının orta temperaturu isə -4.0°С-dir. Orta illik yağıntının miqdarı 600 mm-dir.

Tarixi

Teodor Qorşelt. Vedeniya kəndinin mühasirəsi (1859)

XIX əsrin ortalarında Şimali Qafqaz imamlığının sonuncu paytaxtı olmuşdur — 1829—1859-ci illərdə Dağıstan və Çeçenistan ərazisində mövcud olmuş teokratik islam dövləti.

1 aprel 1859-cu ildə Qafqaz müharibəsinin gedişində kənd rus qoşunları tərəfindən ələ keçirilmişdir. Bundan sonra kənddə Vedemo qalası inşa edilmişdir.

1919-cu ilin sentyabr ayından 1920-ci ilin mart ayına qədər mövcud olmuş Şimali Qafqaz Əmirliyinin mərkəzi olmuşdur. Bir islam dövləti olan əmirlik, Çeçenistan, Qərbi Dağıstan ərazisində avar əsili Uzun Hacı tərəfindən qurulmuş və Anton Denikin ordusubna qarşı vuruşmuşdur. Vedenoda əmirlik üçün pullar dərc edilirdi. Pul üçün müxtəlif növ kağızdan istifadə edilirdi.

Çeçen və İnquş MSSR-ndan çeçen və inquşların Mərkəzi Asiyaya deportasiyası zamanı Vedeno qorunub saxlanılan nadir kəndlərdən biri olmuşdur. Bununla belə RSFSR Ali Sovetinin 7 iyun 1994-cü il qərarına əsasən ÇİMSSR ərazisinə daxil olan Vedeno rayonu ərazisində Dağıstan MSSR Vedeno rayonu təşkil edilir.

Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpasından sonra rayon yenidən respublikanın tərkibinə qatılır.

Birinci Çeçenistan müharibəsi zamanı Vedeno 3 iyun 1995-ci ildə ruslar tərəfindən ələ keçirilir və kompaniyanın sonlarına qədər əldə saxlanılır.

İkinci çeçen müharibəsində, 17 noyabr 1999-cu ildə Vedemoda rus qounları Vedenoi uğrunda gedən döyüşlərdə ağır itki vermişdir. nəticədə 12 nəfər ölmüş və 2 nəfər əsir götürülmüşdür. Vedeno yenidən 2000-ci ilin 11 yanvar tarixində ələ keçirilmişdir.

2001-ci ilin avqustunda mücahidlər kənddə müntəzəm rus qoşunları ilə toqquşdu və bu zaman hərbi komendantın ofisinə hücum edildi..

Əhali

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 2257 70,84 %
ruslar 323 10,14 %
avarlar 140 4,40 %
ləzgilər 106 3,33 %
tabasaranlılar 58 1,83 %
qumuqlar 54 1,69 %
digərləri 234 7,34 %
bildirməyənlər 14 0,44 %
ümumi 3186 100,00 %

Fauna

1999-cu ildə rayon ərazisində, Vedeno kəndionin yaxınlığında rus herpotoloqlar, Qafqaz kərtənkələsinin yerli yarımnövünü aşkarlayırlar. Yarımnövün adı kəndin adı ilə Darevskia caucasica vedenica (Darevsky & Roitberg 1999) olaraq adlandırılır

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vedeno haqqında məlumat. Vedeno nədir? Vedeno nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Göy gurultusu

  • Fevral 27, 2026

    Ağ şam

  • Fevral 27, 2026

    Yəhya

  • Fevral 27, 2026

    Nəhənglər (mifologiya)

  • Mart 01, 2026

    Şarl Mişel

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst