Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bled gölü (sloven. Blejsko jezero) — Alp dağlarının ətəyində dəniz səviyyəsindən 475 km yüksəklikdə yerləşir. Ümumi 1,45 km² sahəyə malik olan bu gölün uzunluğu

Bled gölü

  • Ana Səhifə
  • Vikipediya
  • Bled gölü

Bled gölü (sloven. Blejsko jezero) — Alp dağlarının ətəyində dəniz səviyyəsindən 475 km yüksəklikdə yerləşir. Ümumi 1,45 km² sahəyə malik olan bu gölün uzunluğu 2,1 km, eni isə 1,4 km-dir. Maksimum dərinliyi 30 m-dir. Göl, Lyublyana Beynəlxalq Hava Limanından 35 km və paytaxt Lyublyana şəhərindən 55 km məsafədə yerləşir. Gölün ətrafını bir saata gəzmək mümkündür. Dağlar və meşələrlə əhatələnən bu göl gözəl mənzərəyə malikdir. Gölün üzərində Bled adası (Sloven. Blejski otok). yerləşir. Bu göl beynəlxalq Akademik avarçəkmə müsabiqəsinin (1966, 1979, 1989, 2011) keçirildiyi bir məkandır.

Bled gölü
Blejsko jezero
Ümumi məlumatlar
Mütləq hündürlüyü 475 m
Eni 1.380 m
Uzunluğu
  • 2.120 m
Sahəsi
  • 1,45 km²
Dərin yeri 30,6 m
Yerləşməsi
46°21′52″ şm. e. 14°05′41″ ş. u.HGYO
Ölkə
  •  Sloveniya
Bled gölü xəritədə
Bled gölü
Bled gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Bled gölü buzlaşma dövründə yaranmış bir göldür. Bu səbəbdən Bled adasında həmin dövrdən əvvələ aid insan izləri aşkar edilməyib. Bu göl buzlaq və tektonik tipli göllərə aid edilir. Göl ilk əvvəl daha böyük idi və ondan 30 km aralıda olan Bohinj vadisinə doğru axırdı. Gölü əhatə edən yüksək dağlar soyuq havanın axmasına imkan vermir və vadidə xüsusi mikroiqlim yaranmasına səbəb olur. İyul və avqust aylarında gölün temperaturu 25 ° C-ə qədər yüksəlir. Göldə 19 balıq növü müəyyən edilmişdir.

Bled adası

Gölün mərkəzində kiçik Bled adası yerləşir. Adada bir neçə tikili vardır ki, bunlardan ən çox ziyarət edilən məkanlardan biri də Məryəm kilsəsidir. Bled adasına getmək üçün "pletna" adlanan 20 sərnişin oturacağından ibarət ənənəvi taxta qayıqdan istifadə edilir.

Bled qalası

Sloveniyanın ən qədim qalalarından olan Bled qalası gölün şimal sahilində yerləşir. XI əsrə təsadüf edən qala 130 metrlik qayaların üzərində inşa edilmişdir.

Mətbəxi

Sloveniyanın şirniyyat mətbəxi Habsburq dövrünə təsadüf etsə də, hazırkı "rəsmi" resept 1953-cü ildə Hotel Park's şirniyyat evinin köhnə meneceri Ištvan Lukačević tərəfindən yaradılmışdır. Burada hər il şirniyyat festivalı keçirilir. Məkana məxsus məşhur şirniyyat "kremsnita" (Sloven:kremna rezina və ya kremšnita) kremli tortudur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bled gölü haqqında məlumat. Bled gölü nədir? Bled gölü nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hokkey

  • Fevral 27, 2026

    İdarə

  • Fevral 27, 2026

    Volter Mondeyl

  • Fevral 27, 2026

    Avrora

  • Fevral 27, 2026

    Karl Qulbrandsen

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst