Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü

Yaquar (heyvan)

  • Ana Səhifə
  • Vikipediya
  • Yaquar (heyvan)

Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.

Yaquar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
Pişikkimilər
Fəsilə:
Pişiklər
Yarımfəsilə:
Böyük pişiklər
Cins:
Panter
Növ:
Yaquar
Beynəlxalq elmi adı
  • Panthera onca L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180593
NCBI  9690
EOL  328606
FW  
Yaquarlar (Panthera onca) cütlüyü

Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güclü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır.

Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır. Seçdiyi habitat cəngəllik olsa da, meşəlik ərazidən açıq əraziyə qədər müxtəlif sahələrdə yaşayır. Ümumiyyətlə, su kənarlarında olurlar və pələng kimi üzməyi sevən pişiklərdəndirlər.

Yaquar, ümumiyyətlə, tək gəzən, ovunu izləyib pusquya salan bir ovçudur. Eyni zamanda ekosistemi tarazlıqda saxlamaq və öz şikarlarının sayını idarə altında tutmaq mövzusunda əhəmiyyətli rol oynayan ovçudur.

Qüvvətli çənəsi sayəsində zirehli sürünənlərin qabıqlarını deşə və məməlilər arasında çox yayılmamış olan öldürmə üsulllarından birini istifadə edə bilir. Kəlləni iki qulağın arasından dişləyərək beyinə ölümcül zərbə endirir.

Mündəricat

Etimologiya

"Yaquar" sözünün etimologiyası tam olaraq müəyyən deyil. Bəzi mənbələr Cənubi Amerika Tupi dilindən Portuqal dilinə keçdiyini ifadə edir.

Digər mənbələr bu sözün Quarani dilinə aid olduğunu müdafiə edir. Tupi dilindəki xüsusi və tam ad yaquaradır və eyni zamanda bütün ətyeyən heyvanları təyin etmək üçün də istifadə edilir.

Birləşmiş halda olan jaguareté sözcüyündəki -eté "gerçək" mənasına gəlir. Guarani dilindəki yaguareté sözü də "gerçək yırtıcı heyvan", "it gövdəli", ya da "cırıcı it" deyə fərqli tərcümələrə malikdir.

İlk etimoloji hesabatlara görə yaquara sözcüyü "ovunu bir dəfəyə öldürən heyvan" mənasına gəlir və bu məlumat bir çox qaynaqda vardır. Çox qaynaqlar böyük ehtimalla səhv olan bu məlumatlardan istifadə edir. Ancaq bu məlumatın doğru olmadığı düşünülür. Bir çox Orta və Cənub Amerika ölkələrində bu pişiyə əl tigre ("pələng") deyilir.

Panthera onca elmi adının ilk qisiminin Yunan dilində pan- ("bütün") və ther ("heyvan") sözlərindən törədildiyi deyilsə də, bu xalq arasında yayılmış, doğru olmayan bir etimoloji şərhdir. Panthera böyük ehtimalla Şərq Asiya qaynaqlıdır və "sarımtıl rəngli heyvan" ya da "ağımtıl sarı" mənalarına gəlir.

Onca sözünün, heyvanın güclü pəncələri səbəbiylə "çəngəl" ya da "qan tərəfindən" olduğu deyilsə də ən doğru etimoloji şərh sadəcə, heyvanın Portuqaliya dilində adı olan onçadan (on-sa) gəldiyidir.

Yarımnövləri

  • Panthera onca onca
  • Panthera onca arizonensis
  • Panthera onca centralis
  • Panthera onca goldmani
  • Panthera onca hernandesii
  • Panthera onca palustris
  • Panthera onca paraguensis
  • Panthera onca veracrucis

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaquar (heyvan) haqqında məlumat. Yaquar (heyvan) nədir? Yaquar (heyvan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hind quşu

  • Fevral 26, 2026

    Həcc surəsi

  • Fevral 25, 2026

    Ceykob Zuma

  • Fevral 27, 2026

    Maniyafobiya

  • Fevral 27, 2026

    Radio rabitə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst