Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Doktor Dum (ing. Doctor Doom) və ya əsl adı ilə Viktor fon Dum (ing. Victor Von Doom) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma supe

Doktor Dum

  • Ana Səhifə
  • Vikipediya
  • Doktor Dum

Doktor Dum (ing. Doctor Doom) və ya əsl adı ilə Viktor fon Dum (ing. Victor Von Doom) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma supercinayətkar. Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur. Doktor Dum Fantastik dördlüyün əzəli düşməni və Latveriya adlı uydurma dövlətin lideridir. Fantastik dördlüklə yanaşı, Qisasçılar, Hörümçək-adam, Qara pantera və digər superqəhrəmanlarla da qarşı-qarşıya gəlmişdir.

Doktor Dum
ing. Doctor Doom
Doktor Dum
Doktor Dum
Nəşriyyat Marvel Comics
Yayım tarixi Doktor Dum kimi:
"The Fantastic Four" #5 (iyul 1962)
Dəmir adam kimi:
"Infamous Iron Man" #1 (oktyabr 2016)
Yaradıcı(lar) Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı Viktor fon Dum
Cinsiyyəti kişi[d]
Boyu 1,82 m
Çəkisi 102 kq
Göz rəngi qəhvəyi[d]
Saç rəngi qəhvəyi saç[d]
Növü insan
Komiks bioqrafiyası
Üzvlükləri Future Foundation
Təəccübləndirici Qisasçılar
Qisasçılar
İntriqaçılar
İntellegensiya
Ali sehrbazlar
Partnyorları
  • Qırmızı cadugər
Düşmənləri Qalaktus, Görünməz qadın
Ləqəbləri Rabum Alal
Bədnam Dəmir adam
Gücləri Dahilik səviyyəsində intellekt
Elmi dahi
Güclü sehrbaz

"Wizard" jurnalı "Bütün dövrlərin ən böyük 101 supercinayətkarı" siyahısında Doktor Dumu 4-cü yerdə göstərmişdir. IGN-in "Bütün dövrlərin Top-100 komiks supercinayətkarı" siyahısında isə 3-cü yerdə peyda olmuşdur.

Doktor Dum bir çox videooyun, televiziya verilişində və filmdə peyda olmuşdur. 1994-cü ildə istehsalı buraxılmamış "Fantastik dördlük" filmində Doktor Dumu Cozef Kalp canlandırmışdır. 2005-ci il istehsalı "Fantastik dördlük" və 2007-ci il istehsalı sikveli "Fantastik dördlük: Gümüş sörfçünün yüksəlişi" filmlərində Doktor Dum rolunu Culian Makhemon oynamışdır. 2015-ci il rebootunda isə personajı Tobi Kebbell canlandırmışdır.

Mündəricat

Nəşrolunma tarixi

Doktor Dumun ilk dəfə göründüyü "Fantastic Four" komiksinin 5-ci sayı.

Doktor Dum Sten Li və Cek Körbi tərəfindən yaradılmış, ilk dəfə "Fantastic Four" komiksinin 5-ci sayında (iyul 1962) peyda olmuşdur.

Bioqrafiya

Viktor fon Dum Latveriyalı rumın ailəsində anadan olmuşdur. Anası Sintiya fon Dum o hələ uşaq ikən Mefisto tərəfindən öldürülmüşdür. Atası Verner fon Dum isə həkim idi. Latveriyanı idarə edən Baronun həyat yoldaşı xəstələnəndə atası çağırılır, lakin Baronun həyat yoldaşı öləndə günahı atasının üzərinə atır. Atası və balaca Viktor qaçırlar. Tezliklə Latveriyaya qayıdan Viktor qisas almağa söz verir. Texnologiya və sehrdən istifadə edərək müxtəlif cihazlar düzəldir. Onun bu bacarığı İmperiya Ştat Universitetinin diqqətini çəkir və ABŞ-də təhsil almağa dəvət edilir. Viktor Latveriyanı tərk edib ABŞ-yə köçür.

ABŞ-də otaq yoldaşı və gələcək rəqibi Rid Riçardsla qarşılaşır, lakin Viktorun ondan xoşu gəlmir və başqa otaq yoldaşı istəyir. Viktor anası ilə danışmaq üçün ölülərlə kommunikasiya qurmağa yarayan cihaz hazırlayır, lakin Riçards onu maşınla bağlı xəbərdar edir. Maşın partlayır və Viktorun üzünün bir hissəsini yararsız hala salır. Bundan sonra o, dünya səyahətinə çıxır, lakin təyyarəsi Tibet yaxınlığında qəzaya uğrayır. Tibet rahibləri tərəfindən xilas edilən Viktor burada sehr öyrənir, özünə zireh və maska düzəldir və Doktor Dum adını götürür. Baş verənlərə görə Rid Riçardsın Fantastik dördlüyündən qisas almağa söz verir. İnqilab edərək Latveriyada hakimiyyəti də ələ keçirir.

Güclər və bacarıqlar

Viktor fon Dum universial insan və elm dahisidir. Marvel kainatındakı ən dahi şəxslərdən biridir. Hətta Rid Riçardsın bacarmadığını edərək Ben Qrimi Şeydən sağaltmışdı.

Doktor Dum Tibet rahiblərindən öyrəndiyi biliklər sayəsində sehrbazlıq güclərinə də malikdir. Sevgilisi Morqana le Fey sayəsində bu güclərini daha da gücləndirmişdir. Enerji şüaları buraxa, qoruyucu qalxanlar yarada, demonik bədheybətlər çağıra bilir. Ali sehrbaz adını daşıyan Doktor Strenc hətta bir dəfə bildirmişdi ki, Doktor Dum da Ali sehrbaz adına layiqdir.

Doktor Dum texnoloji biliklərindən istifadə edərək digər personajların güclərini oğurlaya və yamsılaya bilir. Məsələn, bir dəfə Gümüş sörfçünün güclərini oğurlaya bilmişdir. Doktor Dum bəzi maşınlar üzərində (xüsusilə Dumbotlar) texnopatik kontrola malikdir. Geyindiyi möhkəm zireh güclərini daha da gücləndirərək düşmənlərindən qoruyur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Doktor Dum haqqında məlumat. Doktor Dum nədir? Doktor Dum nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Banqladeş takası

  • Fevral 24, 2026

    İosif Stalin

  • Fevral 27, 2026

    Azad Nəbiyev

  • Fevral 27, 2026

    Azərbaycan–Polşa münasibətləri

  • Fevral 27, 2026

    Xavi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst