Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan

Adi susamuru

  • Ana Səhifə
  • Vikipediya
  • Adi susamuru

Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü.

Adi susamuru
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
İtkimilər
İnfradəstə:
Arctoidea
Fəsiləüstü:
Musteloidea
Fəsilə:
Dələlər
Yarımfəsilə:
Susamurları
Cins:
Susamuru
Növ:
Adi susamuru
Beynəlxalq elmi adı
  • Lutra lutra L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  621916
NCBI  9657
EOL  46559121
FW  

Mündəricat

Qısa təsviri

Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır. Qarın hissəsində olan xəzin rəngi bel hissəsindən bir qədər açıqdır.

Yayılması

Avropa, Asiya (Ərəbistan yarımadası və Uzaq Şimaldan başqa), Amerika, Şimali Afrikada geniş yayılmışdır. Yayılmanın yuxarı həddi dəniz səviyyəsindən 2000 m hündürlükdədir.

Azərbaycanda ən sıx yayıldığı ərazilər Lənkəran Təbii Vilayəti və Qanıxçay (Alazançay) vadisidir. Böyük və Kiçik Qafqazın ətəklərində, Kür və Araz çayları boyunca da rast gəlinir.

Yaşayış yeri və həyat tərzi

Su ətrafında yaşayan heyvandır. Əsas yaşayış yerləri – orta dağ çayları, insanların az rast gəldiyi və balıq resursları zəngin olan yerlərdir. Təmiz, şəffaf və soyuq olan nohurlara (girdabı, dəhnəsi olan iti axınlı çaylar, sıx otluqla örtülmüş hissələr, çətin gedilə bilən sahillər, kifayət qədər qida bazası və gizli yerləri olan göllər və ya limanlar) üstünlük verir. Alatoran və gecə vaxtları fəal olurlar. Qida mənbələrinə — çəkikimilər (Cyprinidae), qızılbalıqkimilər (Salmanidae), tikanlı balıqlar (Gasterosteidae), xanıbalığıkimilər (Percidae) fəsilələrindən olan balıqlar, azsayda qurbağalar, su-bataqlıq quşlarının və çay ördəklərinin balaları, su siçovulu, həşərat və böcəklərin sürfələri, şirinsu xərçəngləri və molyuskalar daxildir. Ən çox cütləşmə dövrü fevral-aprel aylarında baş verir. Yetkinlik dövrü 3 yaşına təsadüf edir.

Sayı

1980-ci ildə təxmin olunan sayı 1500-ü təşkil edirdi. Hazırda aşkar olunmuş populyasiya sayı 1000-ə yaxındır.

Məhdudlaşdırıcı amillər

Sahilyanı təbii biotopların zəifləməsi, çaylarda hidroloji rejimin pisləşməsi, kənd təsərrüfatıda suya tələbatın artması, çayların su rejiminin dəyişməsi, su anbarlarının çirklənməsi nəticəsində balıqların sayının azalması, brakonyerlik, çaylar və göllər boyu ağaclar və kol bitkilərinin yox edilməsi, çaylaqlarda mal-qaranın otarılması əsas məhdudlaşdırıcı amillərdir. Son illərdə yenotların geniş şəkildə yayılması ciddi məhdudlaşdırıcı amil kimi göstərilə bilər. Belə ki, yenotlar çay samurlarının əsas rəqibdir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

İUCN siyahısına salınmışdır. Biotoplarını əhatə edən bütün qoruqlar və eləcə də yasaqlıqlarda mühafizə olunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Çaylardan meliorativ baxımdan düzgün istifadə edilməsi, çay və göllərin sahili boyunca meşələrin qırılmasına nəzarət vacibdir.

Yarımnövləri

  • Qafqaz susamuru (Lutra lutra meridionalis)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adi susamuru haqqında məlumat. Adi susamuru nədir? Adi susamuru nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vardan Stepanyan

  • Fevral 27, 2026

    Çjuanqlar

  • Mart 01, 2026

    Litçfild

  • Fevral 27, 2026

    Ümid Özdağ

  • Fevral 25, 2026

    Qranada

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst