Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladiqafqaz (rus. Владикавказ, 20 iyul 1990-cı ilə qədər Orconikidze (Орджоникидзе), inquş Буро, oset. Дзӕуджыхъӕу, noq. Капкай; tarixi Azərbaycandilli mənbələr

Vladikavkaz

  • Ana Səhifə
  • Vikipediya
  • Vladikavkaz

Vladiqafqaz (rus. Владикавказ, 20 iyul 1990-cı ilə qədər Orconikidze (Орджоникидзе), inquş Буро, oset. Дзӕуджыхъӕу, noq. Капкай; tarixi Azərbaycandilli mənbələrdə Vələdiqafqaz az.-əski. ولادى قفقاز‎) — Şimali Osetiyanın paytaxtı, Rusiyanın cənubunda şəhər. 2015-ci ilə görə əhalisi 308.190 nəfərdir.

Vladiqafqaz
Владикавказ
Дзӕуджыхъӕу
Gerb
Gerb
43°02′24″ şm. e. 44°40′39″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1784
Sahəsi
  • 291 km²
Mərkəzin hündürlüyü 692 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 303.597 nəf. (2020)
Rəsmi dili
  • Osetin dili,
  • rus dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 8672
Poçt indeksi 362000–362999
Digər
vladikavkaz-osetia.ru
Xəritəni göstər/gizlə
Vladiqafqaz xəritədə
Vladiqafqaz
Vladiqafqaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Vladiqafqaz adı Pavel Potemkinin burada tikdirdiyi qalaya verdiyi rus dilində Vladey Kavkazom (rus. Владей Кавказом) adından qaynaqlanır. Bu barədə general Potemkin qalanın əsasının qoyulduğu 25 aprel 1784-cü ildə yazdığı raportda bildirir. Şəhər 1931–1944 və 1954–1990 illərdə Orconikidze, 1944–1954-cü illərdə isə Caucikau adlandırılıb.

Coğrafiyası

Şəhər Şimali Qafqazda, Terek çayının hər iki sahilində, Dəryal dərəsindən 30 km aralı yerləşir. Vladiqafqazdan Gürcüstan hərbi yolu başlanğıcını götürür.

İqlimi mülayimdir. Qışı sakit, yayı uzun lakin yağıntılı keçir. Yanvarın orta temperaturu −1,9 °C, iyul ayının orta tempraturu +20,7 °C təşkil edir.

Tarixi

Vladiqafqazın əsası qala kimi 1784-cü ildə Gürcüstan hərbi yolunun tikintisi və Rusiya imperiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatının imzalanması ilə əlaqədar Dəryal dərəsində tikilib. Rəsmi versiyaya əsasən qala inquş kəndi olan Zaur vəya Zaurkovun ərazisində salınıb. Başqa məlumatlara görə bu yerdə Kapkay adlı osetin kəndi yerləşirdi, lakin bu məlumat həqiqətə uyğun olmadığına görə təsdiqini tapmayıb. 1860-cı ildən etibarən şəhər statusunu alıb. 1863-cü ildən 1920-ci ilə qədər Rusiya imperiyasının Terek vilayətinin mərkəzi olub. XX əsrin əvvəllərində Vladiqafqaz bolşevik inqilabi hərəkatının mərkəzlərindən biri olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladikavkaz haqqında məlumat. Vladikavkaz nədir? Vladikavkaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yozef Şumpeter

  • Fevral 27, 2026

    Surrey

  • Fevral 25, 2026

    Ramiz Rövşən

  • Mart 01, 2026

    Tutinamə

  • Fevral 27, 2026

    Maka Çiçiua

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst