Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə.

Georgiyevsk traktatı

  • Ana Səhifə
  • Vikipediya
  • Georgiyevsk traktatı

Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə.

Georgiyevsk müqaviləsi
Kartli və Kaxetiya Çarı II İraklinin Georgiyevski müqaviləsinin ratifikasiyası. 24 iyul 1783
Kartli və Kaxetiya Çarı II İraklinin Georgiyevski müqaviləsinin ratifikasiyası. 24 iyul 1783
Müqavilənin tipi Anlaşma müqaviləsi
İmzalanma tarixi 24 iyul 1783
İmzalanma yeri Georgiyevsk, Rusiya Federasiyası
Qüvvəyə minməsi 1784-ci il
Qüvvədən düşməsi 12 aprel 1802
İmzalayanlar İoane Muxran və Qarsevan Çavçavadze
General P.P Potiomkin
Tərəflər Kartli-Kaxetiya Çarlığı
Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vikimənbənin loqosu Georgiyevsk müqaviləsi Vikimənbədə

Mündəricat

XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət

XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyil edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyil getdikcə güclənməyə başladı. I Pyotrun 1722-1723-cü illərdə Xəzər dənizi sahillərinə işğalçı yürüşləri zamanı Kartli çarı VI Vaxtanq Gəncə yaxınlığında ruslarla birləşməyə hazırlaşırdı, lakin bu niyyət həyata keçmədi. Nadir şahın ölümündən sonra (1747) Azərbaycan xanlıqları kimi gürcü çarlıqları da müstəqil oldu. Kartli və Kaxeti çarlıqları 1762-ci ildə II İraklinin hakimiyyəti altında birləşdirildi. Bu dövrdə Rusiyanın Şərqdə işğalçılıq siyasəti daha da fəallaşdı. Nadir şahdan sonra İran zəiflədiyindən Rusiya üçün ciddi təhlükə törətmirdi. Osmanlı dövlətinin vəziyyəti isə mürəkkəb idi. Rusiya Osmanlılarla 1735-1739-cu illər müharibəsində qalib gələrək Belqrad sülh müqaviləsi, 1768-1774-cü illər müharibəsində isə Kiçik Qaynarca sülh müqaviləsi bağlayaraq Qara dəniz sahillərində və Şimali Qafqazda mövqelərini möhkəmləndirdi.

Gürcüstan 1768-1774-cü illər rus-türk müharibəsi zamanı Rusiyanın fəal müttəfiqi kimi çıxış edirdi. Elə bu dövrdə II İrakli II Yekaterinaya ölkəsinin Rusiyanın himahəsinə qəbul edilməsi barədə müraciət etsə də, təklif cavabsız qalmışdı. Müharibədən sonra vəziyyət dəyişdi. Rusiya Gürcüstanla danışıqları davam etdirməyə başladı. General Potyomkin (1739-1791) protektoratlığın şərtləri barədə danışıqlar üçün İraklinin yanına nümayəndələr göndərdi. II İrakli də 1782-ci ilin dekabrında Peterburqa öz elçilərini göndərdi. Müqavilənin şərtləri haqqında danışıqlar başa çatdıqdan sonra 1783-cü il 24 iyulda Georgievsk qalasında imzalandı. Burada Rusiyanı general P.S.Potyomkin, II İraklini isə İ.K.Muxran-Batoni və G.R.Çarçavadze təmsil edirdilər.

Müqavilənin şərtləri

Müqavilə 13 əsas, 4 separat artikul, II İraklinin Rusiya təbəəliyinə keçərkən qəbul etməli olduğu andın mətni və gürcü çarlarının taxta çıxmaq qaydasını müəyyən edən xüsusi maddədən ibarət idi. II İrakli müqaviləni 1784-cü il 24 yanvarda ratifikasiya etdi. Sənədə əsasən, gürcü çarlığının tərkibindəki Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və s.) da Rusiyanın nəzarətinə keçdi. Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik də götürmüşdü.

Georgiyevsk müqaviləsi və Azərbaycan

Qarabağ xanlığının vəziri, məşhur Azərbaycan şairi Molla Pənah Vaqif də Georgievsk müqaviləsinin bağlanması münasibətilə Tiflisdə keçirilən tədbirlərdə iştirak etmişdir. 1783-cü il Georgievsk müqaviləsi Rusiya ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərə də təsir göstərdi. Rusiyanın 1805-ci ildə Qarabağ, Şəki və Şamaxı xanlıqları ilə bağladığı müqavilələrdə bu hiss edilməkdədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Georgiyevsk traktatı haqqında məlumat. Georgiyevsk traktatı nədir? Georgiyevsk traktatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbussüud Əfəndi

  • Fevral 27, 2026

    Balaklava

  • Fevral 24, 2026

    ISESCO

  • Fevral 27, 2026

    Zəm-zəm

  • Fevral 27, 2026

    Ernest Rezerford

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst