Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yozef Aloiz Şumpeter (ing. Joseph Aloïs Schumpeter; 8 fevral 1883[…] – 8 yanvar 1950[…]) — amerikalı və avstriyalı siyasi iqtisadiyyatçı, Avstriya Maliyyə Nazir

Yozef Şumpeter

  • Ana Səhifə
  • Vikipediya
  • Yozef Şumpeter

Yozef Aloiz Şumpeter (ing. Joseph Aloïs Schumpeter; 8 fevral 1883[…] – 8 yanvar 1950[…]) — amerikalı və avstriyalı siyasi iqtisadiyyatçı, Avstriya Maliyyə Naziri.

Yozef Şumpeter
alm. Joseph Schumpeter‎
Doğum adı Joseph Alois Schumpeter
Doğum tarixi 8 fevral 1883(1883-02-08)[…]
Vəfat tarixi 8 yanvar 1950(1950-01-08)[…] (66 yaşında)
Vəfat səbəbi ürək dayanması[d]
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • Bonn Universiteti,
  • Harvard Universiteti,
  • Qrats Universiteti,
  • Çernovtsı Universiteti[d]
Təhsili
  • Vyana Universiteti
Elmi rəhbərləri Oygen fon Bem-Baverk, Fridrix fon Vizer
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1933)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yozef Aloiz Şumpeter 8 fevral 1883-cü ildə Avstriyada anadan olmuşdur. 1930-cu illərdə ABŞ-yə mühacirətə getmişdi və həyatının sonuna kimi Harvard Universitetinin professoru olmuşdur. 1901-1906-cı illərdə Vyana Universitetində təhsil almışdır.

Fəaliyyəti

1909-1911-ci illərdə Çemovitsk Universitetində professor, 1919-1920-ci illərdə Avstriyanın maliyyə naziri, Reyn və Harvard Universitetlərinin professoru, 1940-1941-ci illərdə İqtisadi cəmiyyətin prezidenti, 1948-ci ildə Amerika İqtisadçılar Assosiasiyasının prezidenti olmuşdur.

Şumpeter XX əsr iqtisad elminin dahilərindən biridir. Onun iqtisadi proseslərə möhtəşəm baxışı Adam Smit və Karl Marksın baxışları ilə müqayisə oluna bilər. Şumpeterin əsərləri mövzu dairəsinə görə xeyli genişliyi ilə fərqlənir. O, artım konyunkturası problemlərini, iqtisadi təlimlər tarixini və iqtisadi sistemləri tədqiq etmişdir.

Şumpeter öz əsərlərində iqtisadi həyatın bütövlüyünü və qarşılıqlı əlaqəsini göstərməyə cəhd edirdi. İqtisadi dinamika və tsikllər konsepsiyası ona məxsusdur və burada sahibkarlıq funksiyası mərkəzi yer tutur. 28 yaşında yazdığı “İqtisadi inkişaf nəzəriyyəsi” (1912) kitabında o, K.Marksın təsvir etdiyi parazit həyat tərzinə uyğunlaşmış xəsis kapitalistin əvəzinə dinamik və yeniliklərə meyilli yeni bir sahibkarı ön plana çəkdi. Belə sahibkar texniki tərəqqi prosesinə, kapitaldan istifadənin səmərəliliyinə, mənfəətin əldə olunmasına çalışır.

Şumpeterə görə, məhz sahibkarlar istehsal amillərindən istifadə yeni kombinasiyalarını ixtira edərək iqtisadiyyatın artımını və təsərrüfat metamorfozlarını doğurur. O, iqtisadi prosesdə ən mühüm rol kimi öz-özlüyündə təkcə artımı yox, həm də xeyli dərəcədə sərbəst yaradıcılıq prosesində köhnənin yeni ilə əvəz edilməsinə gətirib çıxaran dəyişiklikləri və innovasiyalan ayırırdı. Şumpeter institusional dəyişikliklər və texnoloji innovasiyalar əsasında əldə olunan iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi səmərəli rəqabət nəzəriyyəsini işləyib hazırlamışdır. O, iqtisadi artımın tsiklliyini qanunauyğunluqlar kimi nəzərdən keçirirdi. Hərçənd ki, onun məntiqinə uyğun olaraq böhranlar labüd deyil. Onlar yüksəlişin qanunauyğun surətdə dayanmasına hay-küylə cavab verməsi nəticəsində yaranır. Tsikllər nəzəriyyəsində kreditə mühüm rol ayrılır. Kredit iqtisadi dövriyyəyə əlavə resursların və elmi yeniliklərin cəlb edilməsi imkanını yaradır. Tədqiqatlar nəticəsində Şumpeter belə bir nəticəyə gəlmişdi ki, xüsusi sahibkarlıq kapitalizminin dövlətin tənzimlədiyi iqtisadi inkişaf sisteminə transformasiya olunması labüddür.

1919-cu ildə qısa müddətlik Avstriya Maliyyə Naziri vəzifəsini tutmuşdur. 1932-ci ildə karyerasının sonuna qədər fəaliyyət göstərəcəyi Harvard Universitetində professor olmuş və ABŞ vətəndaşı olmuşdur.

Şumpeter 20-ci əsrin ən vacib iqtisadçılarından biri kimi qəbul edilir və iqtisadiyyatda "yaradıcı yıxım" termini ilə məşhurlaşmışdır.

İndi onun adına muzey olan Şumpeterin Trşeştidə anadan olduğu ev.

Xatirəsi

  • 1986-cı ildə alimin şərəfinə “Yozef Şumpeterin beynəlxalq cəmiyyəti”, 2001-ci ildə Berlində Şumpeter İnstitutu yaradılmışdır. Alimin şəxsi kitabxanasının bir qismi Tokionun Xitotsubasi Universitetində saxlanılır.
  • 2004-cü ildə Çex Respublikasının Prezidenti Vatslav Klaus, iqtisadçının anadan olduğu evdə (Trşeşt şəhərində) Şumpeter Muzeyini açdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yozef Şumpeter haqqında məlumat. Yozef Şumpeter nədir? Yozef Şumpeter nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Avstriya qraflığı

  • Fevral 27, 2026

    1996-cı il

  • Fevral 27, 2026

    Fonem

  • Fevral 23, 2026

    Kəbə

  • Fevral 27, 2026

    İbrani dili

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst