Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xirnik, kaki xurması (yap. 柿; lat. Diospyros kaki), yapon xurması, Çin xurması, Türkiyədə isə Trabzon xurması (türk. Trabzon hurması) və ya cənnət xurması (türk

Xirnik

  • Ana Səhifə
  • Vikipediya
  • Xirnik

Xirnik, kaki xurması (yap. 柿; lat. Diospyros kaki), yapon xurması, Çin xurması, Türkiyədə isə Trabzon xurması (türk. Trabzon hurması) və ya cənnət xurması (türk. cennet hurması) - xurma cinsinə aid bitki növü. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik.

Xirnik
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Dəstə:
Erikaçiçəklilər
Fəsilə:
Ebenakimilər
Cins:
Xurma
???:
Xirnik
Beynəlxalq elmi adı
  • Diospyros kaki L.f., 1782
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  505970
NCBI  35925
EOL  483960
Xirnik

The Chinese character for "persimmon"
Çin
Çincə: 柿(子)
Transkripsiya
Putunxua
- pinyin: shì(zi)
- Ueyda-Caylza: shih4(-tzŭ5)
Min dili
- tayvanca POJ: Khī(-a)
Yue (kantonca)
- yutpxin: Ci5
Yaponiya
kanci: 柿
Transliterasiya
- romaci: kaki
Koreya
hanqıl: 감
Transliterasiya
- yeni
  romanizasiya:
gam
- Makkyun —
Rayşauer:
kam

Xirnik qədim  tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali  və Cənubi Amerikada, Afrikada,  Britaniya adalarında və Asiyada geniş yayılmışdır.

Mündəricat

Etimologiya

Azərbaycan dilindəki xirnik sözü fars mənşəlidir. Ya xırn (dovşan) sözü ilə kiçiltmə bildirən -ək şəkilçisinin birləşməsidir (yəni, balaca dovşan, dovşancık); ya da fars mənşəli xurma sözünün, türk mənşəli ək (əkin et) sözü ilə birləşməsidir.

Müxtəlif dillərində xirniyə həmçinin yapon alması və şərq alması deyilir. Mandarin dilində 柿 şi kimi oxunurş Yapon dilində isə 柿 kancisi kaki kimi oxunur. Bu söz yapon dilindən bir sıra dillərə keçib, o cümlədə malay dilində pisang kaki, portuqal dilində caqui, itaıyan dilində isə cachi sözü var.

Növləri

Ebanaceae Vent. fəsilənin 7 cinsi və 290 növü məlumdur, o cümlədən xirnik. Bu cins və növlər əsasən Cənub-Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır. Bunların əksəriyyəti həmişəyaşıl bitkilər olmaqla, tropik ölkələrdə yayılmışdır. Cinsin yalnız az bir qismi subtropik bölgədə yayılıb. Bunlardan Şərq xirniyi (D. kaki L.), Qafqaz xirniyi (D. Lotus L.), Virgin xirniyi  (D.virginiona  L.), Çin xirniyi (D. sinensis  L.) və s. göstərmək olar.

Azərbaycan Respublikasında az və ya çox miqdarda bu növlərdən  qeyd edilən dördü - Qafqaz xirniyi, Virgin xirniyi, Şərq xirniyi və Çin xirniyi becərilir. Geniş yayılan və təsərrüfat əhəmiyyətli olanları isə ilk üç növdür. 

Şərq xirniyi  təsərrüfat üçün  yüksək rentabelli  bitkidir. Becərilmə texnologiyası nisbətən asan, xəstəlik və ziyanvericiləri az, böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bitki yüksək məhsuldar olduğundan (potensial məhsuldarlığı 90-120 t), təsərrüfatın rentabelli işləməsini təmin edir.

Yayımlaması və becərməsi

Xirnik Çində becərilən ən qədim bitkilərdən biridir (artıq təxm. 2000 il ərzində becərilir). Ehtimal ki, Avropaya o, ilk dəfə XVI əsrdə portuqal gəmilərində gətirilmişdi.

Xirnik Albaniya (əsasən Elbasan bölgəsi), Bulqarıstan (Bolqarıstan Frakiyası və Bulqarıstan Qara Dəniz sahili), Türkiyə (Qara Dəniz, Hatay, Antalya), ABŞ (Florida və Kaliforniya ştatları) və s. bölgələrdə becərilir.

Təsviri

Xirniyin yarpaqları aşağı əyilir. Onun hündürlüyü 25 futa (7 metr 62 sm.) çata bilər.

Çiçəyi

Çiçəkləmə dövrü 10-20 gün davam edir. Meyvələri yarpaqları töküldükdən sonra oktyabrın ortalarından başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetişdikdə qaralır. Içərisində 2-5 ədəd yastı çəyirdəkli olur. Çəyirdəksiz formalarına Zaqatala rayonunun bağlarında rast gəlinir, həm də bunlar xırda olur.

Meyvəsi

Tam və kəsilmiş xirnik meyvəsi

Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pektinli və aşılayıcı maddə, limon turşusu, karotin (provitamin A) və 3-53 mq% C vitamini vardır. Xırnik təzə və qurudulmuş halda yeyilir. Ondan bəkməz (doşab) bişirilir. Şərbət, cem, jele, likör və kvas da hazırlanır. Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan toxuculuq sənayesi üçün məkik hazırlanır. Xalq təbabətində xırnik müxtəlif mədə xəstəliklərində tətbiq edilir. Öz xassələrinə görə həzm pozğunluqlarında pəhrizi məhsul kimi işlədilir.

İstehlakı

Xirnik adətən olduğu kimi, pişməmiş yeyilir. Onun yarpaqları isə çay hazırlamaq üçün istifadə etmək olar. Özəlliklə Koreyada bunun üçün xirnik yarpaları may və ya iyun aylarında yığılır. Yaponiyanın Nara prefekturasına aid olan suşi növü skumbriyadan hazırlanır və xirniyin yarpaqına bükülüb, bir neçə gün ərzində fermentasiya olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xirnik haqqında məlumat. Xirnik nədir? Xirnik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leonid Vaynşteyn

  • Mart 01, 2026

    Tremolo

  • Fevral 26, 2026

    Donetsk vilayəti

  • Fevral 23, 2026

    19 iyul

  • Fevral 23, 2026

    Həqiqi ədədlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst