Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Leonid Vaynşteyn (tam adı: Leonid Moiseyeviç Vaynşteyn; 20 aprel 1945, Bakı – 20 iyun 1994, Bakı) — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (

Leonid Vaynşteyn

  • Ana Səhifə
  • Vikipediya
  • Leonid Vaynşteyn

Leonid Vaynşteyn (tam adı: Leonid Moiseyeviç Vaynşteyn; 20 aprel 1945, Bakı – 20 iyun 1994, Bakı) — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987).

Leonid Vaynşteyn
Leonid Moiseyeviç Vaynşteyn
Ümumi məlumatlar
Doğum tarixi 20 aprel 1945
Doğum yeri Bakı, SSRİ
Vəfat tarixi 20 iyun 1994 (49 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı
  • Timur Vaynşteyn
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987

Mündəricat

Həyatı

Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını 1968-ci ildə professor Qara Qarayevin sinfi üzrə bitirmişdir. Müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasının və Asəf Zeynallı adına Musiqi Texnikumunun bəstəkarlıq kafedralarında dosent, elecə də Azərbaycan Dövlət Rus Dram Teatrında musiqi tərtibatçısı vəzifələrində çalışmışdır. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatr-səhnə və simfonik musiqiyə üstünlük vermişdir. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənmişdir.

Əsas əsərləri: "İlham" baleti, "Səhranın bəyaz günəşi" rok-operası, üşaqlar üçün "Çəkməli pişik", "Zoluşka" operaları, Böyük simfonik orkestr üçün 6 simfoniya, Violino Konserti, simli orkestr üçün Konsert, simli kvartet; orqan üçün "Memorial" triptixi (Xocalı soyqırımına ithaf), qarışıq xor ilə BSO üçün "Azərbaycan-60" kantatası (R.Zəkanın şeirlərinə, F.Qarayevlə birlikdə); solist, kişi xoru və BSO üçün "Dənizə dönmək istərəm" oratoriyası (Nazim Hikmətin şeirlərinə), "Dəniz, səma və məhəbbət" vokal silsiləsi (Nəbi Xəzrinin şeirlərinə), teatr, kinofilmlər üçün musiqi, estrada pyesləri, romans və mahnılar. Son əsərlərindən biri "Sənin baharın gələcək Azərbaycan!" ("Твоя весна придёт Азербайджан!") romansı olmuşdur.

Leonid Vaynşteyn 1994-cü ildə Bakıda vəfat etmişdir.

Ailəsi

Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Əbdürrəhman Vəzirovun bacısı Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.

Filmoqrafiya

  • Ad günü (film, 1992) (cizgi filmi)
  • Dostuma məktub (film, 1992)
  • Əgər bir yerdəyiksə (film, 1975)
  • Gəmi saatının sirri (film, 1983)
  • Gənc qadının kişisi (film, 1988)
  • Həqiqətin özü (film, 2008)
  • Kürən (film, 1989)
  • On yeddi yaşlı oğlan (film, 1985)
  • Şahzadə qız (film, 1991)
  • Unudulmuş qəhrəman (film, 2005)
  • Yaramaz kral (film, 1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leonid Vaynşteyn haqqında məlumat. Leonid Vaynşteyn nədir? Leonid Vaynşteyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksandr Makovelski

  • Fevral 27, 2026

    Abdulla Sur

  • Fevral 27, 2026

    J-Hope

  • Fevral 27, 2026

    ÜİLKGİ

  • Fevral 27, 2026

    Zakir Fərəcov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst