Əlşəy rayonu (başq. Әлшәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
| Rayon | |||||
| Əlşəy rayonu | |||||
|---|---|---|---|---|---|
| Әлшәй районы | |||||
| |||||
| |||||
| 54°01′00″ şm. e. 54°57′22″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 31 yanvar 1935 | ||||
| Sahəsi | 2411,42 km² | ||||
| Hündürlük | 110 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
Rayonun inzibati mərkəzi Raevski kəndidir.
Coğrafi yerləşməsi
Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.
Tarix
Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir.
Əhali
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %.
İnzibati-ətazi vahidləri
Əlşəy rayonunda 3 şəhər tipli qəsəbə (Raevski, Aksiyanovo, Şafranovo) və 122 kənd var. 2005-ci ildən rayonda 20 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir
İqtisadiyyat
Əlşəy rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Bu işi «Aksakovneft» İB həyata keçirir. Burada Süd, Yem, Şəkər, Tərəvəz konservi, Yerli Tikinti materialları, Dəmirbeton zavodları fəaliyyət göstərir. 5 kalxoz, 6 sovxoz, 37 fermer təsərrüfatına sahibdir. Kənd təsərrüfatının atçılıq və arıçılıq sahərəri inkişaf etmişdir.
Sosial sfera
Rayon ərazisində 62 ümumtəhsil mərkəzi, 22 orta məktəb; Əlşəy Kənd Təsərrüfatı Teknikumu, Raevskoe və Şafranovskoe peşəkar Uçilişi, 33 kütləvi kitabxana, 43 klub, 6 xəstəxana, A. P. Çexov adına və «Şafronova» müalicəvi mərkəzi fəaliyyət göstərir. Burada tatar, rus və başqırd dillərində «Pobeda» «Alışeevski xəbərləri» qəzet buraxılır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlşəy rayonu haqqında məlumat. Əlşəy rayonu nədir? Əlşəy rayonu nə deməkdir?
