Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İrland mənşəli Amerika aktyoru Coşua Daniel Hartnett 21 iyul 1978-ci ildə San-Fransisko şəhərinin Minnesota ştatındakı Sent-Pol şəhərində, hippi fəlsəfəsi və mə

Coş Hartnett

  • Ana Səhifə
  • Vikipediya
  • Coş Hartnett

Coş Hartnett (ing. Josh Hartnett, 21 iyul, 1978, Minnesota, ABŞ) — amerikalı aktyor və prodüser.

Coş Hartnett
ing. Josh Hartnett
Doğum tarixi 21 iyul 1978 (47 yaş)
Doğum yeri San-Fransisko, Kaliforniya, ABŞ
Uşağı 3
Fəaliyyəti aktyor, prodüser
Fəaliyyət illəri 1997-indiyədək
Təhsili
  • SUNY Purchase[d]
IMDb ID0001326
joshhartnett.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İrland mənşəli Amerika aktyoru Coşua Daniel Hartnett 21 iyul 1978-ci ildə San-Fransisko şəhərinin Minnesota ştatındakı Sent-Pol şəhərində, hippi fəlsəfəsi və mədəniyyətinə pərəstiş edən bir ailədə dünyaya göz açıb. Yeniyetməlik illərində Coş futbolla ciddi maraqlanır və bu idman növünə vaxt sərf edirdi. Lakin sol dizindən aldığı zədə onun futbol xəyallarına son qoyur. 1996-cı ildə Minneapolis şəhərində məktəbi bitirən Coş, Nyu-York ştatındakı Perçes Universitetinə daxil olur. Ancaq bir il sonra Coş təhsilini yarımçıq qoymalı olur.

Karyera

1997-ci ildə onun televiziyadakı karyerası başlayır. Coş Hartnettə teleseriala çəkilməyi təklif edirlər. Aktyor kimi ilk rolu aviaşirkətdə kuryer obrazı olub. 1998-ci ildə böyük ekrandakı ilk ən uğurlu layihəsində iştirak edənədək Coş əsasən reklam çarxlarına çəkilir. 1999-cu ildə o, "Hellovin: 20 il sonra" (1998) filmində yaratdığı Con Teyt obrazına görə MTV kanalından "Kişi obrazlar arasından ilin sıçrayışı", 2002-ci ildə isə həmin kanaldan "Pyörl-Harbor" (2001) filmində canlandırdığı kapitan Denni Uoker xarakterinə görə "Ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafatlar qazanır. 2001-ci ildə çəkildiyi daha bir ekran əsəri - "Qara qırğının enişi" filmindəki serjant Mett Eversmann obrazı da aktyorun məşhurlaşmasında az rol oynamır. Coş Hartnett musiqinin caz və blüz cərəyanlarının vurğunudur. Eyni zamanda o, təsviri incəsəntlə də maraqlanır. Vegetarian həyatı yaşayan Coş yoqa ilə məşğul olur. Onun sevimli yazıçısı Fyodor Dostoyevskidir. Coş Hartnett və Elden Henson "Roulette Entertainmant" adlanan müştərək studiya qurublar. Son zamanlaradək aktyorun Skarlet Yohanssonla görüşdüyü bildirilirdi. Onlar "Qara səhləb çiçəyi" (2006) filminin çəkilişləri zamanı tanış olublar. Ancaq bəzi mənbələrə görə, indi Coş Hartnett müğənni Rihanna ilə görüşür.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1998Hellovin: 20 ildən sonraHalloween: 20 Years LaterCon Teyt
1998FakültəThe FacultyZik Tayler
1999Bakirə intihar edənlərThe Virgin SuicidesTrip Fonteyn
2001Şəhər və kəndTown & CountryTom Stoddard
2001Pyörl-HarborPearl Harborkapitan Denni Uoker
200240 gün və 40 gecə40 Days and 40 NightsMett Sallivan
2005Günahlar şəhəriSin Cityinsan
2006Slevinin xoşbəxt rəqəmiLucky Number SlevinSlevin Kelevra
2006Qara səhləb çiçəyiThe Black DahliaBaki
2007Gecənin 30 günü30 Days of NightEben Oleson
2008AvqustAugustTom Sterlinq
2009Mən yağışla gələcəyəmI Come with the RainKlayn
2010Qız bara girirGirl Walks Into a BarSem
2013ÖzünəməxsusluqSingularityCeyms Stüart
20176 fut dərinlikdə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Coş Hartnett haqqında məlumat. Coş Hartnett nədir? Coş Hartnett nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kuzunqışlaq

  • Fevral 24, 2026

    Əsginas

  • Fevral 26, 2026

    Aleutlar

  • Fevral 27, 2026

    Məzhəb

  • Fevral 27, 2026

    Kuçan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst