Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə,

Epik-lirik janr

  • Ana Səhifə
  • Vikipediya
  • Epik-lirik janr

Epik-lirik janr — Ədəbiyyatşünaslıqda buna qarışıq janr (epik və lirik) da deyilir.

Məzmun

Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir.

Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur. Hadisələrin epik təsviri üstünlük təşkil edən əsər epik-lirik əsər adlanır. Məsələn, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması epik-lirik əsərdir.

Əsərdə lirika təhkiyəyə nisbətən üstünlük təşkil etdikdə o lirik-epik əsər adlanır. Məsələn, Mirzə Fətəli Axundovun "Puşkinin ölümü haqqında şərq poeması", Səməd Vurğunun "Bəsti" əsərlərində lirika, sənətkarın hiss-həyacanlarının, duyğularının ifadəsi daha qüvvətli olduğundan, onlar lirik-epik poemalardır.

Şifahi xalq yaradıcılığı janrlarından olan dastan da özünəxas xüsusiyyətləri etibarilə epik-lirik növə daxildir.

Həmçinin bax

  • Epik növ
  • Lirik növ
  • Poema
  • Məsnəvi

Ədəbiyyat

  • Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002. səh.93-94

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Epik-lirik janr haqqında məlumat. Epik-lirik janr nədir? Epik-lirik janr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    24 iyul

  • Fevral 27, 2026

    Svinq

  • Fevral 27, 2026

    Sarbonna Universiteti

  • Fevral 27, 2026

    Yava dənizi

  • Fevral 27, 2026

    Finkenşteyn müqaviləsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst