Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vur

Svinq

  • Ana Səhifə
  • Vikipediya
  • Svinq

Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır.

Swing
Mənbəsi 1920-ci illər caz musiqisi
Yarandığı dövr 1930
Törəmə formalar New jack swing
Birləşmə formalar Electro swing
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur. Swing bir çox səbələrdən asılı olaraq İkinci Dünya Müharibəsindən sonra populyarlığını itirməyə başladı. Swing özündən sonra gələn pop, bebop və jump blyuz kimi tərzlərə də təsir göstərmişdir. Musiqi 1950–60-cı illərin sonunda Count Basie və Duke Ellinqtonun orkestraları, eyni zamanda Frenk Sinatra və Net Kinq Kol kimi vokalistlər sayəsində yenidən məşhurlaşmışdır. 

Swing digər janrlar ilə miks edilərək, yeni tərzlərini yaratmışdır. Kantri musiqisində,Cimmi Rodcers, Mun Mullikan və Bob Uillis kimi sənətçilər blyuz ilə yanaşı swing'in bir çox elementlərini təqdim edərək western swing adlı yeni janr yaratmışdılar. Gypsy swing Venuti və Lanq kimi musiqiçilərin caz violençel swing'ini daha da irəli aparmasıyla yaranan janr idi. Swing'in dirçəlişi 1960-cı illərin sonundan 2000-cı illərə qədər davam etmişdir. 1980-lərin sonunda (1990-ın əvvəlinə qədər) daha müasir olan və Teddi Rayli tərəfindən önə çıxarılan new jack swing adlı janr yaranmışdır. 90-ların sonu və yeni əsrin əvvəllərində Squirrel Nut Zippers, Brian Setzer, Biq Bəd Vudu Dədddi və Lavey Smis'in öncülük etdiyi yeni bir swing dirçəliş dalğası baş vermişdir. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Svinq haqqında məlumat. Svinq nədir? Svinq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Moskva

  • Fevral 27, 2026

    Mezolit dövrü

  • Fevral 27, 2026

    Bingöl

  • Fevral 27, 2026

    Emili Dikinson

  • Fevral 27, 2026

    Nəvaz Şərif

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst