Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sarbonna (fr. la Sorbonne) — tarixi memarlıq abidəsi, Paris Universitetinin mərkəzi. Parisin Latın məhəlləsində yerləşir, şəhərin mülkiyyəti hesab edilir.

Sarbonna Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Sarbonna Universiteti

Sarbonna (fr. la Sorbonne) — tarixi memarlıq abidəsi, Paris Universitetinin mərkəzi. Parisin Latın məhəlləsində yerləşir, şəhərin mülkiyyəti hesab edilir.

Sarbonna meydanı (Place de la Sorbonne).

Sarbonna adı kral IX Lüdovikin keşişi olan ilahiyyatçı Rober de Sorbonun adından götürülüb. O, XIII əsrdə Kollej Sarbonna adlı ilahiyyat kollecinin əsasını qoydu, sonradan bu təhsil ocağı Paris universitetinə daxil edildi. Sonradan Sarbonna termini universitetə də aid edilməyə başlandı.

Sent-Ursulanın kappelası

Mündəricat

Tarixi

Sarbonna tarixi XII əsrdən əvvəl başlayır, lakin məhz 1215-ci ildə bir neçə kilsə məktəbləri birləşib Avropada ilk universitetlərdən biri olan Paris Universitetini formalaşdırdılar. Öncəliklə burada 4 fakültə üzrə dərslər deyilirdi: incəsənət, kilsə hüququ, tibb və ilahiyyat. XIII əsrdə universitet artıq Avropada ən iri universitetlərdən biri sayılırdı. 1229—1231-ci illərdə tələbələrin etdiyi etirazlar sayəsində universitet yerli muxtariyyət hüququnu qazandı və bilavasitə papanın tabesi altına keçdi.

1257-ci ildə IX Lüdovikin keşişi olan ilahiyyatçı Rober de Sorbon Parisdə kasıb ailələrdən olan uşaqlar üçün ilahiyyat kollecini açdı, 50 ildən sonra kollecin məşhurluğu Avropanın bir çox ilahiyyat məktəblərini kölgədə qoydu.

XIV əsrdə Sarbonna məktəbinin nüfuzu və əzəmətinin artırılması üçün əlverişli hadisələr baş verdi, belə ki Qərb kilsəsinin böyük parçalanması Romanın əhəmiyyətini tamamilə nüfuzdan saldı və beləcə ehkamların mühafizəsini öz üzərinə götürəcək ali və mötəbər təşkilata ehtiyac yarandı, bu təşkilat isə Sarbonna oldu. 1393-cü ildə Sarbonnanın 54 doktoru krala kilsə parçalanmasını dayandıracaq ideyalar verməli idilər. Onlar da Sarbonnanı dini və dünyəvi şəxslərin bir-biri ilə olduğu problemləri həll edəcək bir qurum kimi təqdim etdilər və bu təklif yerinə yetirildi.

1554-cü ildə kollej Sarbonna adını aldı və tədricən Paris universitetinin ilahiyyat fakültəsi ilə birləşdirildi.

XVII əsrdə Sarbonna adı bütün Paris universitetinə aid edilməyə başlandı.

1790-cı ildə kollej Sarbonna ilahiyyat məktəbi fəaliyyətini dayandırdı. 1808-ci ildə Napoleonun dekreti ilə Sarbonnanın binaları Paris şəhərinin universitetinin ixtiyarına verildi.

Yeni tarixdə

1968-ci ildə Sarbonna "yeni solcular"ın ideyaları altında "Qırmızı may" kimi məhşurlaşan tələbə çıxışlarının əsas mərkəzlərindən biri olmuşdur.

1970-ci ildə Sarbonna və ya Paris Universiteti tədris istiqamətləri üzrə fərqlənən və Parisin 3 akademiyasına aid 13 universitetə bölündü. Bu universitetlərin dördü əsasən Sarbonnanın tarixi binalarında yerləşir, qalanları isə Paris və onun ətrafında olan digər məhəllələrdə.

Ədəbiyyat

  • Тарле Е. В. Сорбонна // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Ср. Franklin, «La Sorbonne» (1875);
  • Méric, «La Sorbonne et son fondateur» (1888);
  • Rashdall, «A history of the universities in the middle ages» (Л.,1895, т. 2: «Paris»).
Vikianbarda Sarbonna ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarbonna Universiteti haqqında məlumat. Sarbonna Universiteti nədir? Sarbonna Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Olaf Şolts

  • Fevral 27, 2026

    Gizli səsvermə

  • Fevral 27, 2026

    Satirlər

  • Fevral 27, 2026

    Əqrəb

  • Fevral 27, 2026

    Xanımotu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst