Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Covanni di Nikolao Arnolfini (1400, Lukka, Toskana – 11 sentyabr 1472, Brügge) — İtaliyanın Toskana bölgəsinin Lukka şəhərindən olan tacir. O, həyatının çox his

Covanni Arnolfini

  • Ana Səhifə
  • Vikipediya
  • Covanni Arnolfini

Covanni di Nikolao Arnolfini (1400, Lukka, Toskana – 11 sentyabr 1472, Brügge) — İtaliyanın Toskana bölgəsinin Lukka şəhərindən olan tacir. O, həyatının çox hissəsini, o zamanlar Burqundiya hersoqluğunun bir hissəsi olan Flandriyada keçirdi, çox güman ki onun daimi yaşayış yeri zəngin ticarət şəhəri və Burqundiya sarayının əsas qəsəbələrindən biri olan Brügge idi. Arnolfinilər Lukkada kiçik lakin zəngin şəhərin siyasi və ticari həyatında aktiv iştirak edirdilər, Florensiya kimi bu şəhərin də əsas gəlir sahəsi bahalı parçaların toxuculuğu idi.

Covanni Arnolfini
Doğum tarixi 1400(1400)
Doğum yeri
  • Lukka, Lukka əyaləti[d], Toskana, İtaliya
Vəfat tarixi 11 sentyabr 1472(1472-09-11) (71–72 yaşında)
Vəfat yeri
  • Brügge
Fəaliyyəti tacir, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Onu əmisi oğlu Covanni di Arriqo Arnolfinidən fərqləndirmək üçün "di Nikolao" və ya "Nikolaonun oğlu" kimi tanınan Covanni, ailə biznesində işləmək üçün erkən yaşlarında Flandriyadakı Brüggeyə köçdü və ömrünün qalan hissəsini orada yaşadı. O, ipək və digər parçalar, qobelenlər və digər qiymətli əşyaların ticarəti ilə zənginləşdi, baxmayaraq ki, sonrakı illərdə o, biznesində uğursuzluqlar yaşadı və ticarətdən uzaqlaşdı. Ona şöhrət qazandıran amil odur ki, məşhur Flamand rəssamı Yan van Eyk iki portretində Arnolfini ailəsinin bir çox kişiləri arasında məhz onu çəkmişdir. Şəkillərdən biri "Arnolfini cütlüyünün portreti" 1434-cü ilə aid olunur və London şəhərində saxlanılır, digəri isə Berlində saxlanan onu tək təsvir olunduğu portretdir.

Yan van Eykin müəllif olduğu "Arnolfini cütlüyünün portreti", 1434-cü il

Ehtimal var ki, o, valideynlərinin yaşadığı Lukka şəhərində anadan olub, lakin nə yer, nə də tarix sənədləşdirilməyib. O, hələ texniki olaraq uşaq yaşlarında Brüggeyə göndərilmişdir, bu məlumatın mənbəsi onun adı ilk dəfə çəkildiyi 1419-cu ilə aid atasının Lukkadan Brüggeyə göndərdiyi məktubdur. Məktubda atası onu yetkin elan edir. Məktubda yaş qeyd edilmədiyi üçün onun dəqiq doğum tarixi bəlli deyil.

Sonrakı bir neçə il ərzində Covanni di Nikolao Lukkadan olan uğurlu italyan taciri Marko Qvidiçoni ilə işlədi. Onun Burqundiya sarayı ilə bəzi sövdələşmələrinin qeydləri saxlanılıb, lakin bu, yəqin ki, onun biznes fəaliyyətinin yalnız bir hissəsi idi. 1422-ci ildə o, İngiltərə kralı V Henriyə qiymətli qızıl yaxasını satmağa çalışdı və 1423-cü ildə o, hersoq III Filippə Məryəmin (xristianlıq) həyatından səhnələrin təsvir olunduğu altı qobelenini satdı, hersoq sonradan onu Roma Papasına bağışladı. Onun adı qeyd olunduğu digər satış sənədləri mövcud olsa da, onlardan bəziləri Qvidiçoninin adından edilmiş ola bilər.

1426-cı ildə o, Konstanza Trenta ilə evləndi, həmin qadın ilk baxışdan o məşhur şəkillərdə qeyd olunduğu şəxs deyil, çünki onun anasının 26 fevral 1433-cü il tarixli məktubunda Konstanzanın öldüyü qeyd olunur. Konstanza da Lukka şəhərindən idi və bibisi Jinevra Ginevra Kavalkanti Kozimo de Mediçinin qardaşı Lorenso de Mediçi ilə evli idi. Digər tərəfdən, Marqaret Kosterin yeni ehtimalına görə, qoşa portretdə Konstanza təsvir olunub və portret xatirə məqsədi daşıyır və Konstanzanın vəfatından bir il sonra çəkilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Covanni Arnolfini haqqında məlumat. Covanni Arnolfini nədir? Covanni Arnolfini nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Udmurtlar

  • Fevral 27, 2026

    Kontakt

  • Mart 01, 2026

    Abdi İpəkçi

  • Mart 01, 2026

    Hiloba

  • Fevral 27, 2026

    Lobopodlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst