Yens Stoltenberq (norv. Jens Stoltenberg; 16 mart 1959[…], Oslo, Norveç) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri, 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi.
| Yens Stoltenberq | |
|---|---|
| norv. Jens Stoltenberg | |
![]() Yens Stoltenberq, 3 iyun 2009 | |
Vəzifədədir | |
| 1 oktyabr 2014-dən | |
| Əvvəlki | Anders Foq Rasmussen |
| 17 oktyabr 2005 – 16 oktyabr 2013 | |
| Monarx | V Harald |
| Əvvəlki | Kyel Maqne Bondevik |
| Sonrakı | Erna Solberq |
| 3 mart 2000 – 19 oktyabr 2001 | |
| Monarx | V Harald |
| Əvvəlki | Kyel Maqne Bondevik |
| Sonrakı | Kyel Maqne Bondevik |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 mart 1959[…] (66 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili | Oslo Universiteti |
| Fəaliyyəti | iqtisadçı, siyasətçi |
| Atası | Turvald Stoltenberq |
| Uşağı | 2 (Catharina Stoltenberg daxil olmaqla) |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət, Beynəlxalq təhlükəsizlik |
| | |
| Təltifləri | |
| | |
Həyatı
Yens Stoltenberq Norveçdə tanınmış siyasətçi ailəsində dünyaya gəlmişdir. Onun atası, Turvald Stoltenberq 1979–1981-ci illərdə Norveçin müdafiə naziri, 1987–1989 və 1990–1993-cü illərdə isə xarici işlər naziri olmuşdur.
Yens karyerasına Norveçdə solçuların əsas mətbuat orqanı olan "Arbeiderbladet" qəzetində jurnalist kimi başlamışdır. 1985–1989-cu illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatına rəhbərlik etmişdir. 1993–1996-cı illərdə Qru Harlem Brundtland hökumətində ticarət və energetika naziri, 1996–1997-ci illərdə Turbyorn Yaqland hökumətində maliyyə naziri olmuşdur.
2000-ci ilin martında baş nazir vəzifəsini tutmuş, 10 sentyabr 2001-ci ildə keçirilən seçkilərdə onun partiyası 24% səslə öz tarixinin ən zəif nəticəsini göstərərək məğlub olmuşdur.
2002-ci ildə Norveç Fəhlə Partiyasının rəhbərliyində Turbyorn Yaqlandı əvəz etmiş və 12 sentyabr 2005-ci il seçkilərində qalib gələrək 17 oktyabr 2005-ci ildə yeni hökumətə rəhbərlik etməyə başlamışdır. 2009-cu il seçkilərində də yüksək nəticə göstərərək növbəti 4 il müddətində hakimiyyətdə qalmışdır. 2013-cü il seçkilərində Stoltenberqin partiyası parlamentdə üstünlüyü itirdi və onun hökuməti istefaya getdi.
28 mart 2014-cü ildə vəzifələrinin icrasına 1 oktyabr 2014-cü ildən başlamaqla NATO-nun növbəti baş katibi seçilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yens Stoltenberq haqqında məlumat. Yens Stoltenberq nədir? Yens Stoltenberq nə deməkdir?
