Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vard

Qaraiman

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraiman

Qaraiman — Ermənistanın indiki Geğarkunik mərzində kənd. Çarlıq dövründə keçmiş İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sovet dövründə isə Basarkeçər (Vardenis) rayonuna aid idi.

Qaraiman
40°17′ şm. e. 45°47′ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.110 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 375 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Qaraiman xəritədə
Qaraiman
Qaraiman
Qaraiman xəritədə
Qaraiman
Qaraiman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ərazisi

Kəndin eni 3 km, uzunluğu isə 2,5 km-dir. Kənd Basarkeçər şəhərindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən 3 km Kəsəmən kəndi ilə, cənub qərb tərəfdən 6 km Bala Məzrə (Kiçik Məzrə) kəndi ilə, cənub tərəfdən 6 km Böyük Məzrə kəndi ilə, şərq tərəfdən isə 4 km Canəhməd kəndi ilə həmsərhəddir.

Kəndin 1800 hektardan çox torpağı olmuşdur. Ondan 1200–1300 hektarı əkənək, 500 hektarı isə otaraq və biçənək sahələridir.

Kənd ərazisində çox mənzərəli və gəzməli yurd yerləri vardır. Onlardan kəndin Kilsəlidərə deyilən alban kilsəsini və həmin ərazinin yaxında tarixi III–V əsrlərə təsadüf edən, üzərində qrabar əlifbası ilə yazı olan xaç daşları tarixi abidələr, Gödək Vəli sərnəsindəki "Ocaq təpəsi" adlanan müqəddəs pirə qonşu kəndlərin də əhalisi niyyət edər nəzir verərdilər. Kəndin ərazisindəki, qədim yurd yerləri aşağıdakılardır:

Gödək Vəlinin sərnəsi və həmin sərnədəki Gödək Vəlinin çayı, Gödək Vəlinin otaraq yerləri, Gödək Vəlinin komları, Böyük Güney, Qıvla Güney, Ayılı dərə, Köç bulağı, Çölmək bulağı, Qarasu bulağı, İlanlı bulağı, Şırnöyux bulağı, Südlü bulağı, Camışölən suyu, Məşədi İsa bulağı, və yaxud Sədaqət bulağı, Qaragözlü bulağı, Noyçalı bulağı, Çoban bulağı, Sarılığın bulağı, Bollu yurd, Göy taxta, Şimşək dərə, Ayı düşən yurdu, Çənli yurd, Lalalı yurd, Zilfər ölən yurd, Ayvas vurulan yurd, Şəmilin ağılı, Cəbrayılın əkənəyi, Rzanın dəmgəsi, Balamolğunun dəmgəsi, Qamışlı əkənəyi, Hortunoy əkənəyi, Selaparan sərnə, Cərgələn əkənəyi, Höyuxlu sərnəsi, Qırmızı qayanın döşü, Bala və Böyük məzrələr sərnəsi, Taxtanın ayağı əkənəyi, Arxacın dalı, Kərbəlayı Sadığın dəmiyəsi, Dardərə sərnəsi, Yanıq komu, Kilsəli komu, Böyük dəhnələr komu, və Sarılıq komu.

Tarixi

Kəndin yaranma tarixi XIV əsrin axırları (1387–1388) XV əsrin əvvəlinə (1410) təsadüf edir. Qaraiman kəndinin himi Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlardan biri olan Qara İman tərəfindən salınmışdır. Qardaşlardan Hüseynqulu ağa (Nərimanlı), Qulu ağa (Böyük Məzrə), Vəli ağa (Zod), Qara İman isə (Oğruca) kəndlərinin bünövrəsini salmışlar. Qaraiman kəndinin ərazisi mahaldakı bütün ərazilər kimi Qazax mahalının ərazisi olmuşdur. Qaraiman kəndinin adı yarandığı ilk gündən yəni XIII əsrin başlanğıcından (1210) 1988-ci ilin dekabrına qədər üç dəfə dəyişdirilmişdir.

Kəndin ilk adı XIII əsrin əvvəlinə (1410) kimi Oğruca, ikinci adı XIV əsrin axırları (1387–1388), XV əsrin əvvəlindən (1410) 1975-ci ilin yanvarın 25-nə kimi Qaraiman, üçüncü adı 1975-ci ilin yanvarın 25-dən 1988-ci ilin dekabrına qədər Sovetkənd olmuşdur. Kəndin ərazisi iki böyük arasında dərələr arasında Dardərə və qədim albanların tarixindən bəhs edən, kilsənin qalıqları yerləşən Kilsəli dərə arasında yerləşir.

Kəndin ilk himini salan Oğruca Qazax mahalından Göyçə mahalına gələrkən yerin münbit torpağa, yaşamaq üçün bol suya malik olduğunu görüb, həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. O, kəndin himini salarkən ərazidəki tarixi XII əsrdə albanların yaşamasından bəhs edən alban kilsəsini özlərinə qorunmaq üçün yaşayış yeri seçmişdir. Kəndin ilk adı Oğruca sözünün mənası oradan yaranmışdır.

Kəndin ikinci dəfə himini salan Qara İman, Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələrkən yerin yaşamaq üçün münbit torpağa, bol suya, dövlətini saxlamaq üçün hər cür şəraitə malik olduğunu görərək özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Kəndin ikinci adı Qaraiman sözünün mənası oradan yaranmışdır.

Kəndin adı sovet dövründə Sovetkənd şəklində dəyişdirilib. Bu adın qoyulmasının səbəbi sovet hakimiyyətinin apardığı sovetləşdirmə, habelə antitürk siyasəti idi.

Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Kaxakn qoyulmuşdur.

Elm və din

1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktub açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilərdi.1930–1932-ci illərdən 1936–1937-ci illərə qədər ibtidai (I–V), 1936–1937-ci illərdən 1970–1971-ci illərə qədər yeddiillik (VII), 1970–1971-ci illərdən 1988-ci ilin dekabrına qədər orta (X) məktəb olmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 207 nəfər, 1873-cü ildə 418 nəfər, 1886-cı ildə 569 nəfər, 1897-ci ildə 775 nəfər, 1908-ci ildə 1033 nəfər, 1914-cü ildə 1079 nəfər, 1916-cı ildə 650 nəfər yalnız azərbaycanlı yaşamışdır.

Kəndin sakinləri 1919-cu ilin aprel ayının 13–20-də azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən öz doğma kəndlərindən qovulmuşlar.

İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları yenidən Qaraiman kəndinə qayıda bilmişlər. Burada 1922-ci ildə 478 nəfər, 1926-cı ildə 527 nəfər, 1931-ci ildə 652 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi ermənilər yaşayır.

İlSayı
1831 207
1873 418
1897 775
İlSayı
1926 535
1939 819
1959 564
İlSayı
1979 823
1989 115
2001 432
İlSayı
2011 375

Qaçqınlıq

1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından qaçqın düşmüş, Kəlbəcər, Daşkəsən, Gədəbəy və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1907-ci ilin yazında yenidən doğma kəndinə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 100–120 evi, 500–550 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi tamamilə çıxarılaraq doğma yirdlarından qaçqın düşmüş, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Samux, Şəmkir və başqa yerlərdə məskunlaşmışdır.

Kənd əhalisi 1921-ci ilin yazında yenidən doğma kəndinə qayıtmış, az bir hissəsi isə məskunlaşdıqları ərazilərdə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 150–170 evi, 600–650 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kəndin 170 evi, 580 nəfər yaxın əhalisi yenidən doğma kəndinə qayıtmışdır. Qaçqınlıq zamanı kəndin 230 evi, 820 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından zorla çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Tərtər, Goranboy, Göygöl (keçmiş Xanlar), Tovuz və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayırlar. Qaçqınlaq zamanı kəndin 215 evi, 1500 nəfərə yaxın əhalisi olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraiman haqqında məlumat. Qaraiman nədir? Qaraiman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    GNU

  • Fevral 27, 2026

    Ultrabənövşəyi spektroskopiya

  • Fevral 28, 2026

    Gənclik

  • Fevral 27, 2026

    Sistem

  • Fevral 27, 2026

    Kösedağ döyüşü

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst