Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəlbəcər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhər inzibati ərazi dairəsində şəhər, Kəlbəcər rayonunun inzibati mərkəzi.

Kəlbəcər

  • Ana Səhifə
  • Vikipediya
  • Kəlbəcər

Kəlbəcər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kəlbəcər şəhər inzibati ərazi dairəsində şəhər, Kəlbəcər rayonunun inzibati mərkəzi.

Şəhər
Kəlbəcər şəhəri
40°06′24″ şm. e. 46°02′18″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Kəlbəcər rayonu
Başçı Azər Qocayev
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.584 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 450 nəf. (2025)
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi Şiə müsəlmanlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ 3200
Nəqliyyat kodu 32
Digər
İSO 3166-2: AZ-KAL
Statistika kodu: 60112018
Kəlbəcər xəritədə
Kəlbəcər
Kəlbəcər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiyası

Şəhərin adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Versiyalardan birinə görə, şəhər ilkin olaraq qədim türkcə "çayların yuxarı axarında qala" (kevli – "çayın yuxarı axarları", çər – "qala") mənasını verən "Kevliçer" adlanırdı.

Tarixi

XVIII əsrin ortalarında Kəlbəcər Qarabağ xanlığının tərkibində idi. XIX əsrin ortalarında ərazi kürdlər tərəfindən məskunlaşmışdır. Yevgeniya Pçelina tərəfindən lentə alınan bölgədən kürd xalq nağılları kürdlərin bölgəyə gəlişindən bəhs edir. Şəhər 7 iyul 1923-cü ildən 23 iyul 1930-cu ilə qədər Azərbaycan SSR-in Kürdüstan mahalı (sonralar Kürdüstan qəzası) tərkibində olmuşdur. 1930-cu ildə Azərbaycan SSR-in tərkibində 1936 km2 ərazisi olan Kəlbəcər rayonu təşkil edilmiş, onun inzibati mərkəzi 1980-ci ildə şəhər statusu almış Kəlbəcər şəhəri olmuşdur.

İşğalı

Şəhər 3 aprel 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin sonuna yaxın Ermənistan Silahlı Qüvvələri zamanı işğal edilmişdir. Kəlbəcər rayonunun bütün azərbaycanlı və kürd əhalisi qovulmuşdur. Mülki sakinlər hələ də qarla örtülmüş dağların arasından qaçmağa məcbur olmuş, nəticədə yüzlərlə insanın donaraq həlak olmuşdur. "Human Rights Watch"ın hesabatında belə nəticəyə gəlinmişdir ki, Kəlbəcərə hücumu zamanı Ermənistan Silahlı Qüvvələri çoxsaylı müharibə qaydalarını pozmuşdur. Bunlara mülki əhalinin məcburi köçürülmüş, ayrı–seçkilik edilmədən atəş açılması və girov götürülüməsi daxildir. 1993-cü ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan, o cümlədən Kəlbəcər şəhərindən çıxarılmasını tələb edən 822 saylı qətnaməni qəbul etmişdir.

2000-ci illərin əvvəllərindən başlayaraq, şəhərə yavaş–yavaş əslən Aşağı Ağcakənd və Gülüstan kəndlərindən olan etnik ermənilər köçürülmüşdür. Bu dövrdə infrastrukturun yenidən qurulmasına cəhd edilmişdir. Şəhərin yaxınlıqlarında onu Ermənistanla birləşdirən avtomobil yolu çəkilmişdir.

İndiki dövr

İkinci Qarabağ müharibəsinə son qoyan atəşkəs bəyanatının bir hissəsi olaraq, şəhər və ətraf rayon ilkin olaraq 2020-ci il noyabrın 15-dək Azərbaycanın nəzarətinə qaytarılmalı idi, lakin sonradan bu müddət 25 noyabr 2020-ci ilə qədər uzadılmışdır. Şəhər və rayon 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdır.

Şəhərin Azərbaycanın nəzarətinə verilməsinə hazırlıq məqsədilə Ermənistan Silahlı Qüvvələri və mülki əhali Kəlbəcər rayonunu tərk etməyə başlamışdı. Onlar bu müddətə qədər evləri, məktəbləri və meşələri yandırır, meyvə ağaclarını və elektrik xətlərini kəsirdilər.

Kəlbəcər Azərbaycanın nəzarətinə qaytarıldıqdan qısa müddət sonra Kəlbəcərə səfər edən "Amnesty International" təşkilatının böhran məsələləri üzrə müşaviri Donatella Roveranın sözlərinə görə, "27 illik işğal zamanı hər şey talan edilib – 1993-cü ildə qaçmağa məcbur olan azərbaycanlıların evlərində nə bir qapı, nə bir pəncərə, nə də bir dənə də olsun kirəmit qalıb". O, həmçinin Kəlbəcər qəbiristanlığında "1993-cü il erməni işğalından əvvəl burada basdırılmış azərbaycanlıların dağıdılmış məzarları"nı müşahidə etdiyini bildirmi.dir. Rovera əlavə etmişdir: "Bəzi qəbirlər, görünür, 27 illik işğaldan sonra keçən həftə ərazini tərk edən ermənilər tərəfindən təzəcə dağıdılıb".

16 avqust 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev şəhərə gələrək Azərbaycan bayrağını şəhərdə dalğalandırmışdır. Həmin ilin sentyabrında Kəlbəcərdə hərbi prokurorluğun binası, o cümlədən çörək sexi istifadəyə verilmişdir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə İstisu mineral su zavodunun təməli qoyulmuşdur.

21 avqust 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində görülmüş işlərlə tanış olub, şəhərə köçən sakinlərlə görüşümüşdülər.

Əhali

1989-cu ildə Kəlbəcərdə 7246 nəfər yaşayırdı.

2025-ci ilin iyun ayında Kəlbəcərə sakinlərin köçürülməsinə başlanılıb. İlk mərhələdə şəhərə 81 ailə köçürülür.

26 noyabr 2025-ci il tarixi üçün, Kəlbəcər şəhərinə ümumi olaraq 108 ailə (450 nəfər) köçürülmüşdü.

Qalereya

  • Kəlbəcər şəhərinə giriş, 2021-ci ilin avqust ayı
    Kəlbəcər şəhərinə giriş, 2021-ci ilin avqust ayı
  • Kəlbəcər şəhərinin dağıntıları, 2021-ci ilin avqust ayı
    Kəlbəcər şəhərinin dağıntıları, 2021-ci ilin avqust ayı
  • Kəlbəcər şəhəri 2021-ci ilin avqust ayında
    Kəlbəcər şəhəri 2021-ci ilin avqust ayında
  • Kəlbəcər şəhəri 2021-ci ilin avqust ayında
    Kəlbəcər şəhəri 2021-ci ilin avqust ayında
  • Kəlbəcər şəhərinin yerləşdiyi təpə, 2021-ci ilin avqust ayı
    Kəlbəcər şəhərinin yerləşdiyi təpə, 2021-ci ilin avqust ayı
  • Kəlbəcər şəhərinin yaxınlığında Tərtər çayı, 2021-ci ilin avqust ayı
    Kəlbəcər şəhərinin yaxınlığında Tərtər çayı, 2021-ci ilin avqust ayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəlbəcər haqqında məlumat. Kəlbəcər nədir? Kəlbəcər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Pəri

  • Fevral 13, 2026

    Cihaz

  • Fevral 23, 2026

    Kaori İço

  • Fevral 24, 2026

    Konkistador

  • Fevral 24, 2026

    Xristofor Kolumb

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst