Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.
| Kiçik Məzrə | |
|---|---|
| |
| 40°15′29″ şm. e. 45°43′21″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Basarkeçər rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.930 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Kiçik Məzrə | |
Tarixi
Bala Məzrə rayon mərkəzindən 9km şimalda, Məzrə çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir.
Kəndin əfazisində X–XII əsrlərə aid alban kilsəsi, IV–VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. "Bala" fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Əhalisi
Kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
1988-ci ildə azərbaycanlıların məcburən Ermənistandan köçürülməsi zamanı qətlə yetirilən kənd sakinləri:
- Nəsibov Qurban Bəxtiyar oğlu (1926)
- Nigar Cibi qızı (1944)
- Sadıqov Qurban Həsən oğlu (1945)
- Musayev Şamo Qaraca oğlu (1928)
Tanınmışları
- Məlahət Həsənova — millət vəkili.
- Hüseyn Cahangirov — polkovnik-leytenant.
- Aydın Rəsulov — fizika -riyaziyyat elmləri namizədi, dosent
- Akif Rəsulov — əməkdar müəllim, məktəb direktoru
- Məcnun Göyçəli — şair.
- Füzuli Sabiroğlu — rejissor.
- Nizami Novruzov — fəlsəfə doktoru, Bakı məktəblərində direktor.
- Rasim Musayev — polis general-mayoru, Daxili Təhqiqatlar İdarəsinin rəisi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kiçik Məzrə haqqında məlumat. Kiçik Məzrə nədir? Kiçik Məzrə nə deməkdir?

