Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kisəlilərin 260 növündən çoxu Avstraliyada və Yeni Zelandiyada yaşayır. Onların 80 növünə Cənubi Amerikada rast gəlmək olar, bir növ Şimali Amerikada yaşayır. A

Kisəlilər

  • Ana Səhifə
  • Vikipediya
  • Kisəlilər

Kisəlilər (lat. Marsupialia) — məməlilər sinfinin vəhşi heyvanlar yarımsinfinə aid infrasinif.

Kisəlilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Metatheria
Klad:
Marsupialiformes
İnfrasinif:
Kisəlilər
Beynəlxalq elmi adı
  • Marsupialia İohann Karl Vilhelm İlliger, 1811
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  179918
EOL  42415193
FW  

Kisəlilərin 260 növündən çoxu Avstraliyada və Yeni Zelandiyada yaşayır. Onların 80 növünə Cənubi Amerikada rast gəlmək olar, bir növ Şimali Amerikada yaşayır. Avstraliyada yaşayan oposumlar kisəlilərin ən kiçikləridir, uzunluğu 5 sm olur. Əksər erkək kisəlilərin çantası var. Ancaq bəzi cırtdan kisəlilərdə bu yoxdur. Məsələn, Cənubi Amerikada torpaqeşənində. Belə vəhşiciklərdə kisəni məmələrinin kənarındakı dəri qatları əvəz edir. Təzə doğulmuş kenquru balası çox kiçik olur, cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının çantasına özü çıxır və onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Çantalar vacib rol oynadığına görə belə heyvanları kisəlilər adlandırırlar. Marallar və qəzəllər kimi, Şimal yarımkürəsində yaşayan kenqurular da otla və qısaboylu bitkilərin yarpaqları ilə qidalanırlar. Güclü arxa pəncələrinin hesabına kenquru 65 km / s sürətlə qaça bilir.Yerindən 12 metr uzunluğuna tullana bilir.

Mündəricat

Növləri

Kenqurunun 60-a qədər növü məlumdur. Avstraliyada və Yeni Zelandiyada onların hamısına rast gəlmək olur. Kenquru növlərinin ən böyüyü Kurən ( sarı) kenqurudur. Onun çəkisi 90 kiloqrama yaxındır. Ən balacası isə muskus kenqurusudur, çəkisi cəmi yarım kiloqramdır.

Kisəli şeytanlar

Ətyeyən, yaxud yırtıcı kisəlilərin ən böyüyüdür. Uzunluğu 90 sm (quyruqla birlikdə). Bu heyvanın iti dişləri və güclü dırnaqları var. Kisəli, yaxud Tasman şeytanı əsasən leşlə qidalanır. Həm də qoyun və quşları ovlayır.

Ördəkburunlar

Bu qeyri-adi heyvan Avstraliyada yaşayır. Əksər məməlilərdən fərqli olaraq ördəkburun bala doğmur, yumurta qoyur. Ana ördəkburun iki həftə yuvada özünün iki-üç yumurtasının üstündə kürt yatır. Çıxan balalar ananın dəri məsamələrindən axan südlə qidalanırlar.

Bandikutlar

Onlar Avstraliyada və Yeni Qvineyada yaşayan xırda kisəli heyvanlardır. Demək olar ki, hamısının qısa pəncələri, yumru gövdəsi, iti burnu var. Bandikutlar güclü dırnaqları ilə torpaqdan qurd qazırlar.

Vombatlar

Vombatlar ayıya oxşayan, enli bədənləri, güclü qısa pəncələri olan, o qədər də böyük olmayan kisəli heyvanlardır. Dal pəncələri ilə qazdığı yuvada yaşayır, otla qidalanır.

Koalalar

Koala ayıya bənzəsə də onunla qohumluğu yoxdur. O, kenquru kimi kisəli heyvandır. Avstaliyada evkalipt meşələrində yaşayır.Yalnız bu ağacın yarpaqları ilə qidalanır. Bala ilk altı-yeddi ayı kisədə, sonra isə müstəqil qidalanana kimi anasının belində gəzir. Balanın çəkisi 6 qr, yaşlı heyvanın çəkisi 11 kq, uzunluğu 78 sm olur. Koala gün ərzində 500 qr, evkalipt yarpağı yeyir.

Təsnifat

  • Ameridelphia (Amerika) dəstəüstü
    • Opposumlar (Didelphimorphia) dəstəsi
    • Azqabarıqlılar (Paucituberculata) dəstəsi
  • Australidelphia (Avstraliya) dəstəüstü
    • Mikrobioteridlər (Microbiotheria) dəstəsi
    • Kisəli köstəbəklər (Notoryctemorphia) dəstəsi
    • Yırtıcı kisəlilər (Dasyuromorphia) dəstəsi
    • Bandikutlar (Peramelemorphia) dəstəsi
    • İkikəsicidişlilər (Diprotodontia) dəstəsi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kisəlilər haqqında məlumat. Kisəlilər nədir? Kisəlilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Siyasi partiya

  • Fevral 24, 2026

    Sulavesi

  • Fevral 23, 2026

    Şərəfə (Masallı)

  • Fevral 25, 2026

    Apelyasiya

  • Fevral 25, 2026

    Nobel mükafatı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst