Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin

Zəhra Cəfərova

  • Ana Səhifə
  • Vikipediya
  • Zəhra Cəfərova

Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır.

Zəhra Cəfərova
Doğum tarixi 1924
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2005 (80–81 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Musiqi
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Konservatoriyası, Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyası

Həyatı və elmi fəaliyyəti

Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir.

Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Uzun müddət bu təhsil müəssisəsində professor olaraq çalışmışdır. Tədris fəaliyyəti ilə yanaşı, elmi axtarışlarla da məşğul olmuşdur. Onlarla elmi məqalə, metodik tövsiyələr hazırlayıb nəşr etdirmişdir. "Azərbaycanda orqan sənətinin təşəkkülü", "Orqan və orqan sənəti", "Azərbaycan bastəkarlarının əsərlərinin orqan üçün intersetasiyalan məsələlərinə dair" əsərləri vardır. Orqan və başqa musiqi alətləri üçün çoxlu not köçürmələri olmuşdur.

Əməkdar incəsənət xadimi olmuşdur. 2005-ci ildə Bakıda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəhra Cəfərova haqqında məlumat. Zəhra Cəfərova nədir? Zəhra Cəfərova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Su-25

  • Fevral 27, 2026

    Abstraktlaşdırma

  • Mart 01, 2026

    Çəhrayı susüpürən

  • Fevral 27, 2026

    Majino xətti

  • Mart 01, 2026

    M240 pulemyot

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst