Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türk-Fransa müharibəsi və ya Türkiyə İstiqlaliyyət müharibəsinin Cənub Cəbhəsi, həmçinin Kilikya kampaniyası və Fransızların Kilikiyaya müdaxiləsi — 1918-ci ili

Fransa–Türkiyə müharibəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Fransa–Türkiyə müharibəsi

Türk-Fransa müharibəsi və ya Türkiyə İstiqlaliyyət müharibəsinin Cənub Cəbhəsi, həmçinin Kilikya kampaniyası və Fransızların Kilikiyaya müdaxiləsi — 1918-ci ilin dekabrından 1921-ci ilin oktyabrına qədər Türkiyə İstiqlaliyyət müharibəsi çərçivəsində Fransa ekspedisiya qüvvələri ilə 1920-ci ilə qədər nizamsız türk hərbi birləşmələri arasında, sonradan Türkiyə Böyük Millət Məclisi hökuməti rəhbərliyi ilə gedən döyüşlər.

Türk-Fransa müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Fransız Erməni Legionu
Fransız Erməni Legionu
Tarix dekabr 1918 - oktyabr 1921
Yeri Kilikiya, Cəzirə
Səbəbi Fransanın Cənub-Şərqi Anadolunu işğal cəhdi
Nəticəsi Türkiyənin qələbəsi:
Kilikiya müqaviləsi,
Ankara müqaviləsi,
Lozanna müqaviləsi
Ərazi dəyişikliyi Türkiyə
Münaqişə tərəfləri

 Türkiyə Böyük Millət Məclisi hökuməti
Türk Milli Hərəkatı
Milli qüvvəllər

 Fransa
Fransız Erməni Legionu

Komandan(lar)

Türkiyə Əli Fuad Cəbəsoy
Türkiyə Əli Sahib Ursavaş
Türkiyə Əli Qılınc
Türkiyə Şefik Özdemir bəy

Fransa Anri Quron

Tərəflərin qüvvəsi

Türkiyə
18 min nəfər (münaqişənin əvvəlində)
25 min nəfər (cəmi)

Fransa
25-30 min nəfər, (Mart 1920)
təxminən 40 min nəfər (May 1920)
70 min nəfər (Fevral 1921)
Fransa erməni legionu 10150 nəfər

İtkilər

məlum deyil

5 min nəfərdən artıq

Ümumi itkilər
10 min nəfərə yaxın
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Tarixi

    Mudros müqaviləsindən sonra Fransa ordusu 1916-cı il gizli Says-Piko sazişinə uyğun olaraq Çukurovaya hərəkət etdi. Müharibədən sonra Osmanlı imperiyasının bölünməsi haqqında olan sazişdə Livan, Suriya, Şimali İraq və Türkiyənin cənub-şərqi Fransanın maraq zonası kimi tanınırdı. Fransızlar İskəndərun (Alexandretta) və Erganidəki mis mədənlərini ələ keçirdi. Digər tərəfdən, Mesopotamiyanın münbit torpaqları və Mosul vilayəti (burada iri neft yataqlarının olması ehtimal olunurdu) ingilislər üçün prioritet idi. Razılaşmaya görə, fransızlar Anadolunun özlərinə ayrılan cənub bölgələrinə gələnə qədər Antep, Maraş və Urfa şəhərlərinə ingilislər nəzarət edəcəkdi.

    Elə həmin il Fransa-Erməni müqaviləsi bağlandı, ona əsasən Fransa erməni legionu yaradıldı. General Edmund Allenbinin komandanlığı altında Fransa erməni legionu erməni könüllülərdən ibarət idi.

    Hadisələrin gedişi

    Osmanlı imperiyası ilə Antanta ölkələri arasında 1918-ci ildə Mudros müqaviləsinin imzalanmasından dərhal sonra Fransa qoşunları noyabrın 12-də fransız briqadasının daxil olduğu İstanbulun işğalında iştirak etdi.

    1919-cu il martın 18-də fransız qoşunları Zonquldak və Ereğliyə desant endirdilər. Əsas döyüş meydanı fransızların maraq zonası hesab etdikləri Kilikiya idi. 1918-ci il noyabrın 17-də 15 minə yaxın fransız əsgəri (150 fransız zabitinin komandanlığı altında Fransa erməni legionunun əsgərləri) Mersinə daxil oldu. Fransa ordusu noyabrın 19-da Tarsusu işğal etdi. Fransa qoşununun qərargahının Adanada yerləşdirmək üçün hazırlıqlar başladı. 1918-ci ilin sonunda bütün Kilikiya Fransanın işğalı altında idi. 1919-cu ildə fransızlar Anadoluda Antep, Maraş və Urfa vilayətlərini işğal edərək oradakı ingilisləri əvəzlədilər. Fransızlar bölgəni yaxşı tanımadıqları üçün erməni birləşmələrindən fəal istifadə edirdilər ki, bu da oradakı türklərlə ermənilərin düşmənçiliyi səbəbindən gərginliyin sürətlə artmasına səbəb oldu.

    1919-cu il oktyabrın 31-də Sütçu İmamla baş verən hadisə Maraş uğrunda döyüşün başlanğıcı oldu. 1920-ci ilin fevralında fransızlar Maraşdan çıxmağa məcbur oldular. Onların getməsi Maraşda qalan erməni əhalisinin yerli türklər tərəfindən qovulmasına səbəb oldu.

    Urfa bölgəsində Əli Sahib Ursavaş bəy öz tabeliyinə üç minə yaxın adam topladı. Beləliklə Urfa döyüşü başladı. 1920-ci ilin fevralında onlar Urfa fransız qarnizonuna ultimatum təqdim etdilər və 1920-ci ilin aprelində fransız qarnizonu boşaldıldı.

    Döyüşlərin getdiyi bölgənin ərazisi

    1920-ci ilin aprelində Antep fransızlara və ermənilərə qarşı üsyan qaldırdı. Ancaq Suriyadan təzə qoşunlar gətirən fransızlar Antepi mühasirəyə aldılar. Onlar mühasirəyə alınmış şəhəri artilleriya atəşi ilə məhv etməyə başladılar. 11 aylıq mühasirə zamanı bir neçə on minlərlə bina dağıdıldı və 6 mindən çox insan (əsasən dinc sakinlər) həlak oldu.

    Maraş və Urfanı tərk edən fransızlar buna baxmayaraq Kilikiyanı tərk etmək fikrində deyildilər. Türk millətçilərinin növbəti vəzifəsi Tavr dağlarındakı aşırımlara nəzarəti ələ keçirmək idi. 1920-ci ilin mayında Kilikiya qapılarının (Gülək dərəsi) şimalında yerləşən Pozantı dəmir yolu stansiyasında fransız qarnizonunun yolu kəsildi. Fransanın blokadanı qaldırmaq üçün iki cəhdi uğursuz olduqdan sonra 500 nəfərlik qarnizon şəhəri tərk edərək cənubdakı dağları keçərək mühasirədən çıxmağa çalışdı. Mayın 28-də fransız hərbi kolonu 40 türk partizanının pusqusuna düşdü. Fransız komandiri mayor Mesnil təslim oldu. O, komandanlığa verdiyi hesabatda 15 min türkün əhatəsində olduqlarını iddia etmişdi. Bundan sonra yerli türk və fransız birləşmələri arasında 20 günlük atəşkəs sazişi bağlandı. Fransızlar Pozantı və ətraf əraziləri tərk etməyə razı oldular.

    Mustafa Kamal Paşa avqustun 5-də Fevzi Paşa ilə birlikdə nizamsız qüvvələrin hərəkətlərini şəxsən əlaqələndirmək üçün Pozantıya gəldi. Döyüş Sevr müqaviləsi ilə fransızlara təslim olan şərqi Kilikiyaya keçdi. Oktyabrın 15-16-da türk nizamsız qüvvələri Tavr dağlarında ermənilərin qalası olan Hacın şəhərinə basqın etdilər.

    9 fevral 1921-ci ildə mühasirəyə alınan Antep fransızlara təslim oldu. Müdafiəçilərin qəhrəmanlığının xatirəsinə Türkiyə Böyük Millət Məclisi şəhərin adına “Qazi” fəxri prefiksini əlavə edərək, adını dəyişdirərək Qaziantep qoydu. Bununla, cənub cəbhəsində əsas hərbi əməliyyatlar sona çatdı. Fransızlar qərb cəbhəsində türklərlə yunanlar arasında gedən döyüşlərin necə bitəcəyini gözləməyə başladılar.

    Nəticə və yekun

    Ankara sülh müqaviləsi

    1921-ci il fevralın 21-də Türkiyə ilə bağlı məsələlərin həlli üçün London konfransı başladı. Martın 9-da keçirilən bu konfransda Türkiyə Böyük Millət Məclisi hökumətinin nümayəndəsi Bəkir Sami Kunduh Fransa tərəfi ilə hərbi əməliyyatların dayandırılması və fransız qoşunlarının Türkiyənin cənubundan cəbhə xəttindən kənara 1918-ci ildə atəşkəs vaxtı olan cəbhə xətinə çıxarılması barədə razılığa gəldi. Bunun müqabilində fransızlar Türkiyənin cənubunda və şərqində iqtisadi imtiyazlar aldılar. Lakin Mustafa Kamal Paşa cəbhələrdə daha əlverişli vəziyyətin yaranmasını gözləmək qərarına gələrək bu müqaviləni Məclisin təsdiqinə təqdim etmədi.

    Türklər yunanları İkinci İnönü döyüşündə məğlub etdikdən sonra Mustafa Kamal danışıqları davam etdirməyin vaxtının gəldiyinə qərar verdi. İyunun 8-də Fransa Milli Assambleyasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Henri Franklin-Builyon Ankaraya gəldi (formal olaraq şəxsi səfərlə, əslində Fransa xarici işlər naziri Artistide Brianın nümayəndəsi kimi). Türkiyəyə böyük fransa kapitalı yatırıldı, Fransa normal münasibətlər qurmaqda maraqlı idi, lakin türk millətçiləri kapitulyasiya sisteminin ləğvini tələb edirdilər, Fransa isə o anda bunu etməyə hazır deyildi. Franklin-Buillon heç bir razılaşma əldə etmədən Parisə getdi, ancaq xoşməramlılıq əlaməti olaraq fransız qoşunları 8 iyun 1921-ci ildə Qaradəniz Ereğlini, 18 iyunda isə Zonquldağı tərk etdilər.

    Sentyabrın 3-də Sakarya döyüşü yunan ordusunun geri çəkilməsi ilə başa çatdı və sentyabrın 20-də Franklin-Bulyon bu dəfə iki fransız zabitinin müşayiəti ilə yenidən Ankaraya gəldi. Uzun və çətin danışıqlardan sonra 20 oktyabr 1921-ci ildə müqavilə imzalandı (fransızlar “müqavilə” sözünü işlətmək istəmədilər, çünki ingilislərlə müqaviləyə əsasən, onlar ayrıca sülh bağlamalı deyildilər). Hərbi əməliyyatlar dayandırıldı, əsirlərin dəyişdirilməsi qərara alındı. Türkiyə ilə sərhəd Fransanın mandat Suriyası arasında təyin olundu.

    Yeni sərhəd xətti əsasən türklərin məskunlaşdığı İskəndərun bölgəsini Fransa tərəfində qaldığı üçün müqavilənin ratifikasiyası Türkiyə Böyük Millət Məclisində çətinliklər yaratdı. Bununla belə, Franklin-Buillon söz vermişdi ki, Fransa tərəfi Türkiyəyə ehtiyacı olmayan silahları zavod qiymətinə satacaq və onların geri çəkilmə zamanı fransız birlikləri tərəfindən onlara veriləcək. Beləliklə, türk qoşunları Yunan cəbhəsindən bu ərazilərə əlavə silah gətirmək məcburiyyətində qalmayacaq. Fransız qoşunları ilə birlikdə Kilikiyaya gələn ermənilər onlarla birlikdə getməyə üstünlük verdilər.

    1921-ci il dekabrın 21-də türk qoşunları Adanaya, dekabrın 25-də isə Qaziantepə daxil oldular.

    Ankara müqaviləsi ilə Antanta dövlətlərinin siyasi birliyi pozulmuş və yeni türk dövləti Fransa tərəfindən tanındı. Müqavilə imzalandıqdan sonra iki ölkə də bir-birinə nümayəndə göndərmişdir. Bu müqavilə nəticəsində Cənub cəbhəsindəki müharibə rəsmən sona çatdı və Türkiyənin cənub sərhədi müəyyənləşdi. İsgəndərun sancağı Suriyanın tərkibində qalırdı, lakin bu sancaqlığa xüsusi imtiyazlar və muxtariyyət verilirdi. Türklər ən böyük etnik qrup olduqlarından vilayətin idarə olunmasında üstün qəbul edilirdilər. Osmanlının qurucusu I Osmanın atası Süleyman şahın Suriyada olan məzar-türbəsi Türkiyə torpağı hesab edildi.

    Ədəbiyyat

    • И. Г. Дроговоз «Турецкий марш: Турция в огне сражений», — Минск: «Харвест», 2007. ISBN 978-985-16-2075-9
    • Финкель Кэролайн. История Османской империи. Видение Османа (3000 nüs.). М.: АСТ, Мидгард. 2010. ISBN 978-5-17-043651-4.
    • Andrew Mango «Ataturk», — London: John Murray, 2004. ISBN 978-0-7195-6592-2.
    • Саакян Р. Г. Франко-турецкие отношения и Киликия в 1918-1923 гг. — Ереван, из-во АН АрмССР, 1986. 283 с., 3000 экз.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransa–Türkiyə müharibəsi haqqında məlumat. Fransa–Türkiyə müharibəsi nədir? Fransa–Türkiyə müharibəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      Fatihə surəsi

    • Fevral 27, 2026

      Karib böhranı

    • Mart 01, 2026

      Avurğazı rayonu

    • Fevral 27, 2026

      Utilər

    • Fevral 23, 2026

      30 oktyabr

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst