Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya müharibəsində mə

Maraş döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Maraş döyüşü

Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı Fransa–Türkiyə müharibəsi zamanı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş. 

Maraş döyüşü
Türkiyə Qurtuluş Savaşı
Tarix 21 yanvar 1920 — 12 fevral 1920
Yeri Qəhrəmanmərəş ili
Səbəbi Türk torpaqlarının azadlığı
Nəticəsi Türkiyə qələbəsi
Ərazi dəyişikliyi Maraşın Türkiyə tərəfindən azad edilməsi
Münaqişə tərəfləri

Qüvayi-milliyə

Fransa
Erməni Legionu

Komandan(lar)

Arslan Bəy
Qılınc Əli Bəy

General Xuerette
Podpolkovnik Robert Normand
Mayor Korneloup
Kapitan Piyerre-Jan Daniel Andre

Tərəflərin qüvvəsi

30.000 (mülki milislər də daxil olmaqla)

45.000

İtkilər

4.000 ölü

6.500 ölü
280 yaralı
170 itkin
300 ağır yaralı

    Mündəricat

    Südçü İmam hadisəsi

    Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam hadisəsi idi. Erməni və fransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərə və fransızlara hücum etməyə çalışsalar da erməni və fransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar. Südçü İmamın cavabı, erməni və fransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı.

    Bayraq hadisəsi

    1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir. Komandirin rəqsə dəvət etdiyi erməni qızın "Sizinlə rəqs edə bilmərəm, çünki özümü əsarətdə hiss edirəm. Qalada türk Bayrağı dalğalandığı müddətcə, sizinlə rəqs edə bilmərəm" deyərək təklifini qəbul etməmişdir. Bu hadisədən sonra qaladakı türk bayrağı endirilmişdir. Maraş döyüşü fransızların şəhərin qalasındakı türk bayrağını endirmələri, günahsız insanları öldürmələri və həbs etmələri narahatçılığı artırdı. Ulu Məscid İmamı Rıdvan Müəllimin "Qalasında bayrağı dalğalanmayan ölkədə cümə namazı qılınmaz!" cümləsi, əhalidəki fransızlara və erməni işğalçılarına qarşı olan nifrəti oyandırdı və üsyana çağırdı. Qalaya hücum edən Maraş əhalisi, içəridəki fransız əsgərlərini təsirsiz hala gətirib türk bayrağını yenidən qaldırdılar. Bundan sonra 72 gün ərzində şəhərin hər yanında qarşıdurmalar baş verdi. Döyüş əsnasında yaşanan ən böyük toqquşma Türkoğlu müdafiəsi idi. Afşin və Əlbistandan da əhəmiyyətli dərəcədə kömək göndərilmişdir. Daha sonra fransızlar 1920-ci ilin Fevral ayının 11-də şəhəri tərk etdilər. Fransızlar İslahiyə yolunda Kuva-yi Milliyə (Milli Qüvvələr) hücumlarına məruz qaldı. Bu hücumlarda Fransa əsgərləri 200-ə yaxın itki verdi.

    Nəticəsi

    • Fransa əsgərləri, İslahiyə yaxınlıqlarına geri çəkildilər. Çox müddət keçməmiş Mustafa Kamal Atatürk ve Kazım Qarabəkir teleqraf göndərək Milli Qüvvələrin qalibiyyətini qeyd etdilər.
    • Maraşdakı əsgərlər Şanlıurfaya göndərildilər.
    • Türkiyə Qurtuluş Savaşından sonra 1925-ci ilin Aprel ayının 5-də Maraşa İstiqlaliyyət Medalı və 1973-cü ilin Fevral ayının 7-də Qəhrəman Şəhər titulu verildi.

    Həmçinin Bax

    • Türkiyə Qurtuluş Savaşı
    • Fransa–Türkiyə müharibəsi
    • İzmirin işğalı
    • Qars döyüşü (1920)
    • Sarıqamış döyüşü (1920)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maraş döyüşü haqqında məlumat. Maraş döyüşü nədir? Maraş döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Hektor

    • Fevral 27, 2026

      Ferbanks

    • Fevral 27, 2026

      Brend

    • Fevral 27, 2026

      Dəqiqə

    • Fevral 27, 2026

      Cil (Lənkəran)

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst