Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — şair, yazıçı, publisist, ictimai-siyasi xadim, mürəttib. Yazdığı “Səyahətnamə” əsəri Çar Rus

Salman Nərimanov

  • Ana Səhifə
  • Vikipediya
  • Salman Nərimanov

Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — şair, yazıçı, publisist, ictimai-siyasi xadim, mürəttib. Yazdığı “Səyahətnamə” əsəri Çar Rusiyası dövründə senzuradan keçməyib deyə çapına icazə verməyiblər. Bu əsəri ilk dəfə ölümündən 116 il sonra Bakıda çap olunub.

Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov
Təxəllüsü Səyyarə, Qoca Salman, Səyyareyi-Həqqi
Doğum tarixi 1847(1847)
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1907(1907) (59–60 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Həyat yoldaşı Səltənət xanım
Uşaqları Asya
İsmayıl
İltifat
Xanım
Atası Kərbəlayi Nəcəf
Anası Həlimə xanım
Fəaliyyəti yazıçı, şair, publisist, mürəttib[d]
Əsərlərinin dili Azərbaycan dili
Janrlar lirika, satira
Tanınmış əsəri Səyahətnamə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəriman Nərimanovun böyük qardaşıdır.

Mündəricat

Həyatı

Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1847-ci ildə Tiflisdə anadan olub. 7 yaşında ikən atası onu təhsil alması üçün Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyub. Üç il burada "Quran"dan və Sədi Şirazinin "Gülüstan" kitabından dərs keçib. Daha sonra ruhani idarəsinin açdığı məktəbə qəbul olub. Lakin atasının tez-tez xəstələnməsi, ailə vəziyyətinin ağırlığı ona öz təhsilini davam etdirməyə imkan vermir. Buna görə də ana babası Hacı Məmmədqasım onu bir peşə sahibi etmək üçün tacir Hacı Sadığın yanına şagird göndərir. Sonrakı dövrlərdə Salman Nərimanov dükançı, fəhlə xırdavatçı kimi müxtəlif işlərdə işləyib.

Bakıya gəldikdən sonra mürəttibliyi öyrənib. Qafqazda ilk azərbaycanlı mürəttib kimi də tanınıb. 1905–1907-ci illərdə Bakıda "Kaspi", "İrşad", "Tazə həyat" və "Füyuzat" qəzet və jurnalların mətbəələrində baş mürəttiblik edib.

Mətbuatda şeirləri və məqalələri ilə çıxış edib. "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər, "Qoca Salman" imzası ilə məqalələr yazıb. "Həyat" qəzetinin 1906-cı il nömrələrində "Nəmrudlar və Şəddatlar", "Hami-niku", "Ağacı içindən qurd yeyər", "Filankəsə məktub", "Qissədən hissə", "Danışmalı ya danışmamalı", "Açıq məktub", "Hüriyyətdən haqq ilə istifadə lazımdır" adlı məqalələr ilə çıxış edib.

Yazdığı “Səyahətnamə” əsəri Çar Rusiyası dövründə senzuradan keçməyib deyə çapına icazə verməyiblər. Əsərin əlyazması AMEA-nın M.Füzuli adına Əlyazamalar İnstitunda saxlanılır. Kitab 2023-cü ildə ərəb əlifbasından Arif Ramazanov tərəfindən transliterasiya edilərək ilk dəfə 116 il sonra Bakıda çap olunub.

Ölümü

1907-ci ildə Bakıda vəfat edib. Bir il sonra da həyat yoldaşı Səltənət xanım dünyasını dəyişib. Dörd övladı – Asya, İsmayıl, İltifat və Xanım əmiləri Nəriman Nərimanovun himayəsi altında böyüyüblər. Oğlu İsmayıl on altı yaşında Həştərxanda vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salman Nərimanov haqqında məlumat. Salman Nərimanov nədir? Salman Nərimanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zahirur-Rəvayə

  • Fevral 27, 2026

    .do

  • Fevral 27, 2026

    Sığın

  • Fevral 27, 2026

    Karbon monoksid

  • Mart 01, 2026

    Sarıca

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst