Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zahirur-Rəvayə (ərəb. ظاهر الرواية‎) — Hənəfi məzhəbinin quruluş dövründə məzhəbin fundamental görüşlərini özündə ehtiva edən əsərlərin ortaq adı. Bu əsərlər Hə

Zahirur-Rəvayə

  • Ana Səhifə
  • Vikipediya
  • Zahirur-Rəvayə

Zahirur-Rəvayə (ərəb. ظاهر الرواية‎) — Hənəfi məzhəbinin quruluş dövründə məzhəbin fundamental görüşlərini özündə ehtiva edən əsərlərin ortaq adı. Bu əsərlər Hənəfi alimlər tərəfindən fiqhdə "əl-Kütub əs-Sittə" (altı kitab) adlandırılırlar.

Zahirur-Rəvayə
ərəb. ظاهر الرواية‎
Müəllif Məhəmməd ibn Həsən əş-Şeybani
Mövzu fiqh
Orijinalın dili ərəb dili

Mündəricat

Müəllif

"Zahirur-Rəvayə"nin müəllifi Əbu Hənifənin tələbəsi Məhəmməd ibn Həsən əş-Şeybanidir.

Zahirur-Rəvayə

Bu altı əsərin "Zahirur-Rəvayə" adlanmasının səbəbi əsərlərin rəvayət nöqtəyi-nəzərindən qüvvətli olmalarıdır. Əsərlər həmçinin "məsailül-üsu" da adlandırılır. Bunun da səbəbi əsərlərin Hənəfi fiqhinin bünövrəsini təşkil etmələridir. Həmin altı əsərin bunlardır:

  1. əl-Əsl və ya əl-Məbsut. Bu əsər "Zahirur-Rəvayə"nin ilki olub, Hənəfiliyin yalnız Kufədən ibarət olduğu dövrü əhatə edir. Bu əsər digər əsərlərlə müqayisə də Əbu Hənifənin fiqh dəsti-xəttini ən çox nümayiş etdirən əsərdir.
  2. əz-Ziyadat. Əsərin dövrümüzə qədər gəlib çatmış müstəqil bir əlyazması olmasa da, Fəxrül-İslam Pəzdəvinin "əz-Ziyadat" şərhi dövrümüzə qədər gəlib çatmışdır. Bu da əsərin mətninin original tərtibinin də bilinməsi nöqtəyi-nəzərindən əhəmiyyətlidir.
  3. əl-Cəmius-Sağir. Mənbələrin bildirdiyinə görə, Məhəmməd ibn Həsən əş-Şeybani bu əsəri Əbu Yusifin istəyi ilə qələmə almışdır. "əl-Cəmius-Sağir" füru sahəsinə aid olub, özündə 1532 fiqhi məsələ ehtiva edir. Əsəri Məhəmməd ibn Həsən əş-Şeybanidən İsa ibn Əbən ilə İbn Səmaa rəvayət etmişlər."əl-Cəmius-Sağir" Ləknəv, Bulaq (Əbu Yusifin "Kitabul-Xərac"ının kənarında) və Beyrutda (1986) nəşr olunmuşdur. İ. Dimitrov tərəfindən alman dilinə tərcümə olunmuşdur.
  4. əl-Cəmiul-Kəbir. Əsəri şəxsən Məhəmməd ibn Həsən əş-Şeybani özü qələmə almışdır. O, əsəri qələmə aldıqdan sonra əsəri yenidən gözdən keçirərək əlavələr etmişdir. Əsər Heydərabad və Beyrutda nəşr olunmuşdur.
  5. əs-Siyǝrus-Sağir. İbn Abidin kimi gec klassik dövr fəqihlərinin bəzi əsərlərində və müasir dövrdə yazılmış bir çox tədqiqatlarda "əs-Siyərüs-Sağir" adlı bir əsərin "Zahirür-Rəvayə"nin altıncı mətni kimi qəbul edildiyi görünür. Güman ki, bu qəbul "əs-Siyərul-Kəbir" əsərinin daha erkən dövrdə qələmə alınmış və "əs-Siyər" başlığını daşıyan başqa bir kitabdan fərqləndirilməsi üçün bu adla adlandırıldığı zənninə əsaslanır. Lakin Məhəmməd ibn Həsən əş-Şeybaninin "əs-Siyərüs-Sağir" başlığı ilə müstəqil bir əsər yazdığı məlum olmadığı kimi, "Zahirür-Rəvayə" anlayışının formalaşmasında rol oynayan müxtəsər və şərh müəllifləri də belə bir əsərin mövcudluğuna işarə etməmişlər.
  6. əs-Siyərul-Kəbir. Bu əsər İslam dövlətlər hüququ haqqındadır və sahəsinin ilki hesab olunur. "əs-Siyərul-Kəbir" Məhəmməd ibn Həsən əş-Şeybaniyə dövlətlər hüququnun banisi titulunu qazandırmışdır.

"Zahirur-Rəvayə" kitabları, Hakimi-Şəhid tərəfindən xülasə edilərək bir yerə cəmlənmiş və "əl-Kafi" adlanmışdır. Bu əsər, öz dövrünün Hənəfi məzhəbinin görüşlərini və füru məsələlərini öyrənmək istəyənlər üçün yetərli hesab olunmuşdur. "əl-Kafi", daha sonra, Səraxsi tərəfindən şərh edilmişdir. "əl-Məbsut" adlanan bu əsər otuz cild halında nəşr olunmuşdur. Səraxsi, "əl-Məbsut"un bir hissəsini həbsdə olanda öz tələbələrinə yazdırmışdır. Hənəfi məzhəbində "əl-Məbsut" adlı başqa əsərlərdə mövcuddur və bu məbsutlar öz müəlliflərinin adları ilə xatırlanırlar. Bunlar Məhəmməd ibn Həsən əş-Şeybanin "əl-Məbsut" (əl-Əsl) adlı əsərinin şərhləridir. Səraxsinin "əl-Məbsut" Hənəfi fiqhinin ən mötəbər kitablarından biri olub, əsərdə məsələlərin söykəndiyi dəlillər qeyd edilmişdir.

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zahirur-Rəvayə haqqında məlumat. Zahirur-Rəvayə nədir? Zahirur-Rəvayə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əlincə zərbxanası

  • Fevral 25, 2026

    Qayana

  • Fevral 28, 2026

    Səməndər Rzayev

  • Fevral 27, 2026

    Süleyman Mirzə

  • Fevral 27, 2026

    Siena Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst