İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928, Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976).
| İsa Muğanna | |
|---|---|
| İsa Mustafa oğlu Hüseynov | |
| |
| Doğum adı | İsa Hüseynov |
| Təxəllüsü | Muğanna |
| Doğum tarixi | |
| Doğum yeri | Muğanlı, Qazax qəzası, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vəfat səbəbi | Xroniki ürək çatışmazlığı |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Uşağı | Sevinc Muğanna |
| Təhsili | Azərbaycan Dövlət Universiteti Maksim Qorki adına Ədəbiyyat İnstitutu |
| Fəaliyyəti | yazıçı, ssenarist, baş redaktor |
| Fəaliyyət illəri | 1949-cu ildən |
| Mükafatları | |
Həyatı
İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
Yaradıcılığı
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
- "Qırğızıstan Yazıçılar İttifaqı" diplom və prizi — 1976
- "Şərəf nişanı" ordeni — 1978
- Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 23 iyun 1988
- "İstiqlal" ordeni — 11 iyun 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
- "Nəsimi" mükafatı — 2012
Kitabları
- "Bizim qızlar" pyesi - 1953
- "Dan ulduzu" pyesi - 1955
- "Hekayələr" - 1957
- "Yanar ürək" pyes - 1960.
- "Doğma və yad adamlar" roman -1962.
- "Teleqram" povest - 1963.
- "Yanar ürək" roman - 1965.
- "Tütək səsi" (pyes və hekayələr) - 1965.
- "Pyeslər" 1967.
- "Kollu koxa" - (pyes və hekayələr) - 1969.
- "Ömrümdə izlər" - 1971.
- "Saz" povest - 1971.
- Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
- "Yanar ürək", "Doğma və yad adamla" - 1979.
- "Məhşər" roman - 1979.
- "İdeal" roman - 1985.
- "Türfə" roman - 2009
- "Qəbiristan" roman - 2013
- "Cəhənnəm" roman - 2013
- "GurÜn" roman - 2013
- "İsahəq-Musahəq" roman - 2013
- "İlan dərəsi" (povestlər)
Filmoqrafiya
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Dəli Kür (film, 1969)
- İyirmialtılar (film, 1966)
- Qərib cinlər diyarında (film, 1977)
- Liderlik missiyası. 1-ci hissə (film, 2008)
- Nəsimi (film, 1973)
- Nizami (film, 1982)
- Od içində (film, 1978)
- Tütək səsi (film, 1975)
- Ulduzlar sönmür (film, 1971)
- Zəlimxan dastanı (film, 2007)
Müsahibə
- "Xalq yazıçısı İsa Hüseynov: "80 yaşdan yekun iyi gəlir" - FOTOSESSİYA" (az.). apa.az. 11 iyun 2008. 18 mart 2020 tarixində . İstifadə tarixi: 21 mart 2020.
- Ağa Cəfərli. "İsa Hüseynov "Kulis"ə danışır" (az.). kulis.az. 27 avqust 2012. 10 sentyabr 2014 tarixində . İstifadə tarixi: 22 mart 2020.
- Ağa Cəfərli. ""Yoldaş Qorki, məndən yazıçı olacaqmı?"" (az.). kulis.az. 28 avqust 2012. 10 sentyabr 2014 tarixində . İstifadə tarixi: 22 mart 2020.
- Ağa Cəfərli. "İsa Hüseynov: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 30 avqust 2012. 18 sentyabr 2014 tarixində . İstifadə tarixi: 22 mart 2020.
- Ağa Cəfərli. "İsa Hüseynovun Kulis.az-a müsahibəsi: "Düşmənlərim üçün də darıxıram"" (az.). kulis.az. 1 aprel 2014. 6 iyul 2014 tarixində . İstifadə tarixi: 22 mart 2020.
Ölümü
Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəksə də heç vaxt yataq xəstəsi olmayıb. 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.
Xatirəsi
31 may 2018-ci ildə Azərbaycan prezidenti İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsa Muğanna haqqında məlumat. İsa Muğanna nədir? İsa Muğanna nə deməkdir?
