Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sevil Hacıyeva (3 oktyabr 1968, Bakı – 12 sentyabr 2000, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti.

Sevil Hacıyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Sevil Hacıyeva

Sevil Hacıyeva (3 oktyabr 1968, Bakı – 12 sentyabr 2000, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti.

Sevil Hacıyeva
Ümumi məlumatlar
Doğum tarixi 3 oktyabr 1968(1968-10-03)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 sentyabr 2000(2000-09-12) (31 yaşında)
Vəfat yeri
  • Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1985–2000
Üzvlüyü
  • Karvan

Mündəricat

Həyatı

Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilmiş və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlamışdır.

90-cı illərin əvvəllərində Sevil Hacıyeva dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür. Ağır xəstəlik və ailəsi ilə problemlər yaşayan musiqiçi təsadüfən tanış olduğu ABŞ vətəndaşının köməyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir. ABŞ-da Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır və Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Təhsil aldığı müddətdə səhnədə çıxış edib pul qazanmaq üçün şəhərin prestijli klublarının birində işə düzəlir. Belə ki, Sevil Hacıyeva rəsmi olaraq məhdud iş imkanı üçün icazə verilən xarici tələbə statusunda olmuşdur.

Müğənni 12 oktyabr 2000-ci ildə tanışı ilə Qərbi Hollivudda yerləşən Şimali Robertson Bulvarının 470-ci məhəlləsində gəzərkən soyğunçu onların qarşısını kəsərək pul tələb edir və müğənninin pul kisəsini oğurlamağa çalışır. Oğrudan qaçarkən 31 yaşlı Sevil Hacıyeva arxadan güllələnərək qətlə yetirilir. Müğənninin yanındakı şəxs isə oğru ilə mübarizə aparan zaman sifətindən bir güllə ilə yaralanır. Sevil Hacıyeva Hollivud-Hills (Forest-Loun) qəbiristanlığında dəfn olunmşdur.

Yaradıcılığı

Sevil Hacıyeva 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilirdi. O, "Yanğı", "Köhnə tramvay", "De, kim eşitsin" kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov idi.

"Bakı Payızı-88", "Yurmala-89" mahnı müsabiqələrinin laureatlarından olmuşdu. Yurmalada gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Daha sonra "Qaya" qrupunun bədii rəhbəri Teymur Mirzəyevin təklifi ilə qrupda çıxış etməyə başladı. Eyni zamanda bəstəkar Eldar Mansurovla çalışıb və onun yazdığı mahnıları ifa edib. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sevil Hacıyeva haqqında məlumat. Sevil Hacıyeva nədir? Sevil Hacıyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Akustik dalğalar

  • Fevral 27, 2026

    Etol

  • Fevral 25, 2026

    Burak Özçivit

  • Fevral 27, 2026

    Tula vilayəti

  • Fevral 25, 2026

    Professor

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst