Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasınd

Karvan (qrup)

  • Ana Səhifə
  • Vikipediya
  • Karvan (qrup)

Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu.

Karvan
Əsas məlumatlar
Üslub pop
Fəaliyyət illəri 1984 — 1993
Ölkə Azərbaycan
Şəhər Bakı
Heyət Sevinc Kərimova (direktor, rejissor)
Sevil Hacıyeva (solist)
Şahriza Mehtiyev (solist)
İlqar Xəyal (solist)
Gülağa Cəbrayılov (zərb alətləri)
Gennadi Yuqay (bas-gitara)
Mikayıl Vəkilov (bədii rəhbər, bəstəkar)
Firuz İsmayılov (musiqi rəhbəri)
Samir Muradov (səs rejissoru) Yevgeni Baxtin ( vokal)
Keçmiş üzvlər Tamilla Ağamiyeva
Əlaqəli layihələr Bakı Payızı-88
Əməkdaşlıq Malik Fərrux
Xana Qalsanova

Mündəricat

Tarixi

Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər.

Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir. Karvan qrupunu ilk dəfə Azərbaycan Televiziyasında təqdim edən Nərgiz Cəlilova olmuşdur.

Bakı Payızı-88

Bakı Payızı-83 və Bakı Payızı-85 müsabiqələrindən ilhamlanaraq dağılmış Karvan qrupuna yeni üzvlər seçmək məqsədilə Sevinc Kərimova Bakı Payızı-88 müsabiqəsini təşkil edir. Konsert günü Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələri ilk dəfə iştirakçılar tərəfindən səslənir. Müsabiqənin ən yadda qalan çıxışı isə şair Malik Fərruxun sözlərinə bəstəkar Mikayıl Vəkilovun bəstələdiyi "Azərbaycanım" mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olur.

Müsabiqədə "Yadelli durnalar" mahnısıyla çıxış edən İlqar Xəyal I dərəcəli diploma layiq görülür. Sevil Hacıyeva isə Samir Bağırovla olan dueti ilə III dərəcəli mükafatın laureatı olur. Final konsertinin sonunda "Azərbaycan Komsomolu", "Бакинский Рабочи" qəzetinin xüsusi mükafatı İlqar Xəyala, Bakı Şəhəri Mədəniyyət İdarəsinin xüsusi mükafatı Samir Bağırov və Sevil Hacıyevaya təqdim olunur.

Qrupun dağılması

Azərbaycandakı siyasi vəziyyət və Qarabağ müharibəsi musiqi sahəsinə də öz təsirini göstərir. Eyni zamanda Vəkilovlar ailəsinin, daha sonra Firuz İsmayılovun Azərbaycandan köçməsi qrupun 1993-cü ildə rəsmi olaraq dağılmasına gətirib çıxarır. Bu hadisələr qrupun digər üzvlərinə də öz təsirini göstərir. İlqar Xəyal qrup dağıldıqdan sonra 4 il səhnəyə çıxmır, digər üzvlər də uzun müddət işsiz qalır. Firuz İsmayılov və Mikayıl Vəkilov fəaliyyətini Türkiyə və ABŞ-də davam etdirir.

Sevil Hacıyevanın ölümü

Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür. Ağır xəstəlik və ailəsi ilə problemlər yaşayan musiqiçi təsadüfən tanış olduğu ABŞ vətəndaşının köməyi ilə Los-Ancelesə köçür.

Müğənni 12 oktyabr 2000-ci ildə bir şəxslə Qərbi Hollivudda yerləşən Şimali Robertson Bulvarının 470-ci blokunda gəzərkən soyğunçu onların qarşısını kəsərək pul tələb edir və müğənninin pul kisəsini oğurlamağa çalışır. Oğrudan qaçarkən 31 yaşlı Sevil Hacıyeva arxadan güllələnərək qətlə yetirilir. Müğənninin yanındakı şəxs isə oğru ilə mübarizə aparan zaman sifətindən bir güllə ilə yaralanır. Karvan qrupunun solisti Sevil Hacıyeva Hollivud-Hills (Forest-Loun) qəbiristanlığında dəfn olunmşdur.

"Karvan — 30 il"

2022-ci ilin mart ayında İlqar Xəyal qrupun 30 illiyi münasibətilə yenidən bir araya gələcəyini açıqlamışdır. "Karvan — 30 il" konserti 24 may 2022-ci ildə Heydər Əliyev Sarayında baş tutdu.

Üzvləri

  • Sevinc Kərimova — direktor, rejissor
  • Sevil Hacıyeva — solist
  • Yevgeniy Baxtin — solist
  • İlqar Xəyal — solist
  • Gülağa Cəbrayılov — zərb alətləri
  • Gennadi Yuqay — bas-gitara
  • Mikayıl Vəkilov — bədii rəhbər, bəstəkar
  • Firuz İsmayılov — musiqi rəhbəri
  • Samir Muradov — səs rejissoru

Keçmiş üzvləri

  • Tamilla Ağamiyeva — solist

Əməkdaşlıq

  • Malik Fərrux
  • Xana Qalsanova

Diskoqrafiya

  • "Qara gözlər"
  • "Dostum"
  • "Polismen"
  • "Bilərsən
  • "Xatirədir"
  • "Qatarlar"
  • "Sənə qurban"
  • "Şahzadə"
  • "Səni görəndə"
  • "Durnalar"
  • "Demədin mənə"
  • "Gəmi"
  • "Niyə"
  • "Gözləmə"
  • "Sevgilim"
  • "Vətənim mənim, anam"
  • "Sarı güllər"
  • "Ömür karvanı"
  • "Tufanla oynama"
  • "Azərbaycanım"
  • "Bilərsən"
  • "Şəhərim"
  • "Xəyalda"
  • "Həyat nəğməsi"
  • "Sən gəldin ömrümə"

Videoqrafiya

01)   Tufanla Oynama

02)   Bilərsən

03)   Sənə Qurban

04)   Gözləyirsən, Yar

05)   Qara Gözlər

06)   Dostum

07)   Polismen

08)   Xatirədir

09)   Qatarlar

10)   Şahzadə (Gəl, Yarım)

11)   Durnalar

12)   Gəmi

13)   Sevgilim

14)   Vətənim Mənim, Anam

15)   Sarı Güllər

16)   Azərbaycanım

17)   Ver Əlini

18)   Rafiq Babayevin Xatirəsinə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karvan (qrup) haqqında məlumat. Karvan (qrup) nədir? Karvan (qrup) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Səfəvilər sülaləsi

  • Mart 01, 2026

    Vyenna

  • Fevral 27, 2026

    WebKit

  • Fevral 27, 2026

    Durğu işarəsi

  • Fevral 27, 2026

    Monumental sənət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst