Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi.

Vasili Barnov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasili Barnov

Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi.

Vasili Barnov
gürc. ვასილ ბარნოვი
Doğum tarixi 22 may (3 iyun) 1856(1856-06-03), 3 aprel 1856(1856-04-03) və ya 3 iyun 1856(1856-06-03)
Vəfat tarixi 4 noyabr 1934(1934-11-04) (78 yaşında)
Vəfat yeri
  • Tiflis, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Təhsili
  • Tbilisi İlahiyyat Seminariyası[d]
Fəaliyyəti yazıçı, pedaqoq, ictimai xadim
Əsərlərinin dili gürcü dili
İstiqamət tarixi roman
Janr povest[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vasili Koda (indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli)) kəndində, feodal ənənələrinin hakim olduğu zəngin keşiş ailəsində anadan olmuşdur. Tiflis və Moskvadakı ilahiyyat seminariyalarında təhsil almışdır. 1882-ci ildə vətəninə qayıdaraq Senaki, Telavi və Tiflisdə gürcü dili və ədəbiyyatından dərslər verir.

Tbilisi İlahiyyat Seminariyasında ədəbiyyat müəllimi olaraq həm folklordan, həm də gürcü ədəbiyyatının öyrənilməsi üçün xüsusi dərslər verir. Xüsusilə bunun üçün "Gürcü ədəbiyyatı tarixinin dərsləri" dərsliyini yazır(1919). Bu dərslik ilə məktəbli gürcü gəncləri milli folklor nümunələri ilə tanış olurlar və doğma ədəbiyyat tarixinə yiyələnirlər.

Vasili Barnov Tiflis kursant məktəbində gürcü ədəbiyyatı kursundan dərs demişdir.

O, həmçinin jurnalistika ilə məşğul idi, gürcü folklorunu öyrənirdi.

Yaradıcılığı

Vasili Barnov gürcü ədəbiyyatında tarixi roman janrını canlandırır.

O, gürcü bədii ədəbiyyatına əhəmiyyətli töhfələr verən Gürcüstan tarixi ilə bağlı bir çox psixoloji tarixi romanın müəllifidir. Vasili Barnov gürcü dilində yazıb.

V asili Barnov əsərlərində xalq arasında çar rejimi tərəfindən Gürcüstanın milli və mədəni zülmünə etiraz hissini qabardırdı, qəhrəmanlıq dastanlarını, orta əsr gürcü qəhrəmanlarını və keçmişin romantikasını ideallaşdırmağı qarşısına məqsəd qoymuşdu.

Sənət forması şablonlarını inkar edən müəllif, povest nitqinin özünəməxsus versiyalarınaa əsaslanan yeni üsullardan istifadə etməyə çalışıb.

Yazıçının dili, baxmayaraq ki, arxaizmlərlə zəngin olub, geniş oxucu kütləsi üçün çətin və əlçatmaz olsa da zəngin lüğət ehtiyatı və ritmik nəsri xatırladan özünəməxsus üslubu ilə seçilir. dır.

Yazıçının tarixi romanları "İsaninin şəfəqi" (ისნის ცისკარი, 1901), "Şəhidin sevgisi" (ტრფობა წამებული, 1918), "Solğun qartal", "Günəşli", "Böyük Mouravi" (1925), "Armazinin düşüşü" "(1926), "İntiqam" (1938-ci ildə nəşr olunmuş) dərin vətənpərvərlik və ülvi sevgi ilə zəngindir.

Müasir Gürcüstan haqqında realist və avtobioqrafik hekayə və esselərin müəllifidir.

Xatirəsi

Vasili bornovun məzarı

Vasili Barnov Tiflisdəki Mtatsminda panteonunda dəfn edilib. Tiflisdə Barnovun adını daşıyan küçə var (bu küçədə vaxtı ilə özü yaşayıb).

Seçilmiş əsərləri

  • Davi Ladin meşəsi;
  • Teber gəlini;
  • Əyri armud;
  • İlanın zəfəri;
  • Turner;
  • Səni itirənin vay halına!;
  • Buruq ağac;
  • Arxeoloji tapıntı;
  • Ana;
  • Cəngavərin ruhu;
  • Seçilmiş əsərləri (1961).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasili Barnov haqqında məlumat. Vasili Barnov nədir? Vasili Barnov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Topika

  • Fevral 27, 2026

    Əhsən ət-təvarix

  • Fevral 27, 2026

    Fəza-zaman

  • Fevral 27, 2026

    Tenis

  • Mart 01, 2026

    E.ə. 376

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst