Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm x

Vüsət Əfəndiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Vüsət Əfəndiyev

Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor.

Vüsət Əfəndiyev
Vüsət Əfəndiyev Əmir oğlu
Doğum tarixi 2 iyul 1953 (72 yaş)
Doğum yeri
  • Tovuz rayonu, Azərbaycan
Vəfat tarixi 11 yanvar 2019(2019-01-11) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Əmir Əfəndiyev
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru
İş yeri
  • Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20092009 Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi — 2005
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V. Ə. Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. V. Ə. Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür. V. Ə. Əfəndiyev Respublikada elm və təhsilin inkişafında fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Elmi fəaliyyəti

1977–1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Tədqiqat işi ilə əlaqədar olaraq V. Ə. Əfəndiyev 1978–1979-cu illərdə keçmiş SSRİ EA Coğrafiya İnstitutuna tədqiqatçı kimi elmi ezamiyyətə göndərilmişdir. 1979–1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin "SSRİ-nin iqtisadi coğrafiya" kafedrasında asissent, baş müəllim, dosent, vəzifələrində işləmişdir. V. Ə. Əfəndiyev "Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Sosial-iqtisadi və siyasi coğrafiya" ixtisası üzrə "Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri" mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur. Prof. V. Ə. Əfəndiyev 1987–1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991–1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999–2004-cü illərdə BDU-nun qiyabivə axşam təhsili üzrə prorektor, 2004–2011-ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. Prof. V. Ə. Əfəndiyev 2007-ci ildə yeni yaradılan "Azərbaycan coğrafiyası" kafedrasının müdiri seçilmişdir..

Elmi əsərləri

Prof. V. Ə. Əfəndiyev 160-dan çox elmi əsərlərin, o cümlədən 7 monoqrafiyanın və kitabların, 11 dərslik və dərs vəsaitinin, 4 xəritənin, 3 metodik göstərişin və 15 proqramın müəllifidir.

  1. 2008, Bakı, Государственная программа социально-экономического развития регионов и ее роль в развитии региональных центров Шеки, Шамахы и Хачмаз.
  2. 2008, Bakı, Azərbaycanın sosial-iqtisadi coğrafiyası XXI əsrin inkişafı sistemində Təbriz şəhərinin inkişafının təbii-iqtisadi potensialı.
  3. 2004, Баку, Рекреационный потенциал Апшерона и его использование. // Вестник Бакинского Университета: Тябият елмляри серийасы.
  4. 2005, Bakı, BDU Coğrafiya fakültəsinin Altıağac təcrübə bazasında "Tələbələrin çöl tədris təcrübələrinin təşkili"nə dair metodik vəsait.
  5. 2005, Bakı, "Coğrafiya — 60".
  6. 2007, Bakı, "Əhali coğrafiyası demoqrafik əsaslarla". // Coğrafiyaçı- bakalavr pilləsi üçün proqramm toplusu.
  7. 2007, Bakı, "Geourbanistika". //Coğrafiyaçı- bakalavr pilləsi üçün proqramm toplusu.
  8. 2007, Bakı, Elm və təhsil fədaisi. // Prof. M. A. Müseyibovun 80 illiyinə həsr olunur.
  9. 2007, Astrakhan, THE INTEGRATION OF URBAN AND RURAL AREARS’ POTENTIALS // The Caspian Sea Humanities and sports //
  10. 2007, Bakı, magistr hazırlığı üçün fənlərin proqramlar toplusu.
  11. 2007, Bakı, magistr hazırlığı üçün fənlərin proqramlar toplusu.Əfəndiyev Vüsət

Kitabları

  • 2015, Bakı, Geourbanistika, Dərslik
  • 2015, Bakı, Pedaqoji təcrübə və onun təşkili, Metodik vəsait
  • 2014, Coğrafiya (Türk dünyası). Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün (azərbaycan və rus bölməsi), Dərslik
  • 2013, Azərbaycanda qəsəbə, Dərslik
  • 2013, Azərbaycan Respublikasının coğrafiyası, Dərslik
  • 2010, Azərbaycan şəhərlərinin sosial-iqtisadi coğrafiyası, magistr hazırlığı üçün proqramlar toplusu
  • 2010, Qafqazın iqtisadi, sosial və siyasi coğrafiyası, magistr hazırlığı üçün proqramlar toplusu
  • 2010, Azərbaycanın iqtisadi və sosial coğrafiyası, Dərslik.
  • 2009, Bakı, Əhali coğrafiyasından praktiki məşğələ.
  • 2008, Bakı, Географие населения, Практикум.
  • 2007, Elm və təhsil fədaisi. Monoqrafiya.
  • 2007, Баку, География Тюркского Мира.
  • 2007, Bakı, "Əhali coğrafiyası demoqrafik əsaslarla". Coğrafiyaçı- bakalavr pilləsi üçün proqram toplusu.
  • 2007, Bakı, "Geourbanistika". Coğrafiyaçı- bakalavr pilləsi üçün proqramm toplusu
  • 2007, Баку, "География населения". Учебное пособие.
  • 2006, Baku, "Əhali coğrafiyası" . Dərslik
  • 2006, Baku, "Türk dünyası coğrafiyası" .11-ci sinif üçün dərslik.
  • 2004, Constanta, Urbanization and urban settlements of Azerbaijan.
  • 2004, Баку, География Тюркского Мира. Учебник для 11 класса.
  • 2002, Baku, Urbanizasiya və Azərbaycanın şəhər yaşayış məskənləri

Mükafatları

  • 1994, Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı
  • 1998, Akad. H. Ə. Əliyev adına müsabiqənin laureatı
  • 2000, Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı
  • 2005, Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" fəxri adı
  • 2009, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı

Həmçinin bax

  • Tapdıq Həsənov
  • Zaur İmrani
  • Umayra Tağıyeva

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüsət Əfəndiyev haqqında məlumat. Vüsət Əfəndiyev nədir? Vüsət Əfəndiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Odisseya

  • Fevral 27, 2026

    Crocus

  • Mart 01, 2026

    Aleksandr Samoyloviç

  • Fevral 27, 2026

    Türk millətçiliyi

  • Fevral 27, 2026

    İberiya çarlığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst