Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyini

Fərman Kərimzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Fərman Kərimzadə

Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Fərman Kərimzadə
Doğum tarixi 3 mart 1937(1937-03-03)
Doğum yeri
  • Vedi, Vedi rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1989(1989-03-17) (52 yaşında)
Vəfat yeri
  • Bakı, SSRİ
Uşaqları Əziz Kərimzadə
Yeganə Kərimzadə
Fəaliyyəti kinorejissor, yazıçı, ssenarist
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Fərman Kərimzadə Vikimənbədə

Mündəricat

Həyatı

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir.

F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F. Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.

Kitabları

  • Sonuncu eksponat. Bakı: 1961,
  • Ömrümüz-günümüz. Bakı: 1963,
  • Heykəl dilə gəlir. Bakı: 1965,
  • Qarlı aşırım. Bakı: 1971,
  • Xudafərin körpüsü. Bakı: 1982,
  • Çaldıran döyüşü. Bakı: 1988,
  • Təbriz namusu
  • Qoca qartalın ölümü. Bakı: 1991.

Filmoqrafiya

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-əsər müəllifi, ssenari müəllifi
  3. Bizim küçənin oğlanları (film, 1973)
  4. Camışçılıq (film, 1966)
  5. Çətirimiz buludlardır (film, 1976)
  6. Daş dözür (film, 1973)
  7. Dərviş Parisi partladır (film, 1976)
  8. Dörd bazar günü (film, 1975)
  9. Mükafat, yoxsa… (film, 1980)
  10. Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  11. Şah və xidmətçi (film, 1976)
  12. Tütək səsi (film, 1975)
  13. Tütünün becərilməsi (film, 1967)
  14. Ver verim (film, 1974)
  15. Yağışlı havalarda (film, 1982)

Ədəbiyyat

  • Onu KQB öldürdü – Tanınmış yazıçıdan maraqlı faktlar
  • "Qarlı aşırım"dan "Axırıncı aşırım"a doğru
  • Aydın Dadaşov. "Bizim kino". Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında 2017-07-21 at the Wayback Machine
  • 75 yaşlı Fərman Kərimzadə unudulub…
  • KQB atamın o əsərini evdən apardı – Kərimzadə
  • Fərman Kərimzadənin 80 illik yubileyi keçirildi — FOTO
  • Yazıçı Fərman Kərimzadənin həyat yoldaşı vəfat edib
  • "Xudafərin körpüsü", “Çaldıran döyüşü”, "Qarlı aşırım"ı yazan, Qəmloya görə hədələnən Fərman Kərimzadənin ömür yolu... - FOTOLAR

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərman Kərimzadə haqqında məlumat. Fərman Kərimzadə nədir? Fərman Kərimzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nickelodeon (Rusiya)

  • Mart 01, 2026

    Uilyam Kelvin

  • Fevral 27, 2026

    Piqment

  • Fevral 27, 2026

    Trento

  • Fevral 24, 2026

    Arazboyu əməliyyatlar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst