Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İqor Emmanuiloviç Qrabar (rus. Игорь Эммануилович Грабарь) (25 mart 1871, Buda və ya Peşt[d] – 16 may 1960[…], Moskva[…]) — rus postimpressionist rəssam, sənətş

İqor Qrabar

  • Ana Səhifə
  • Vikipediya
  • İqor Qrabar

İqor Emmanuiloviç Qrabar (rus. Игорь Эммануилович Грабарь) (25 mart 1871, Buda və ya Peşt[d] – 16 may 1960[…], Moskva[…]) — rus postimpressionist rəssam, sənətşünas, maarifçi, incəsənət tarixçisi. SSRİ xalq rəssamı (1956).

İqor Qrabar
rusin. Iгор Iмануϊлович Грабарь
İqor Qrabar (Boris Kustodiyev) (1916).
İqor Qrabar (Boris Kustodiyev) (1916).
Doğum tarixi 25 mart 1871(1871-03-25)
Doğum yeri
  • Buda, Avstriya-Macarıstan və ya
  • Peşt[d]
Vəfat tarixi 16 may 1960(1960-05-16)[…] (89 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ[…]
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Fəaliyyəti rəssam, sənətşünas, memar
Təhsili
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • İmperator Rəssamlıq Akademiyası,
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Janrlar Mədəni irsin qorunması və bərpası, rəssamlıq, incəsənət tarixi[d], peyzaj, janr rəssamlığı, portret
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1943)
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
SSRİ xalq rəssamı — 1956 RSFSR xalq rəssamı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İqor Qrabar 25 mart 1871-ci ildə Avstriya-Macarıstan İmperiyasının sərhədləri içində olan Macarıstan Krallığının paytaxtı Budapeştdə doğulmuşdur. Ailəsi Slavyan qurtuluş hərəkatının aktiv iştirakçıları arasında idi. Dövlət tərəfindən təzyiq gördüklərindən atası 1876-cı ildə Rusiyaya qaçmaq məcburiyyətində qaldı, 1880-ci ildə həyat yoldaşı və uşaqları da Rusiyaya qaçdılar.

İqor Qrabar Moskva kollecinde oxudu. Rəsim təhsilinə burada başladı. 1889-cu ildə girdiyi Sankt-Peterburq Universitetində Hüquq və Filoloji təhsillərini tamamlayaraq 1894-cü ildə məzun oldu. Üniversitet illərində müxtəlif jurnallarda yumoristik qısa hekayələr yazaraq şəkillər çəkdi. Universitetdən məzun olduqdan sonra, Sankt-Peterburq İncəsənət Akademiyasına girdi. 1895-ci ilin yazında Berlin, Paris, Venesiya, Florensiya, Roma və Neapola səfər etdi. Bu gəzintisində intibah, impressionists və postimpressionist əsərləri araşdırdı.

Qrabar xaricə getməyə qərar verdi. 1896–1901 illərini Münhendə yaşadı. Onun ikinci peşəsi memarlıq idi. 1901-ci ildə Qrabar Münhen politexnikumunun da memar təhsili aldı, lakin son imtahanlarını verə bilmədi. Bu dövrdəki əsərlərini Parisə gedərək, müasir Parisli sənətçilərin əsərlərini araşdırdı. "Fortepiano və Qadın", "İtli Lady" (1899) bu dövrə aid əsərlərindəndir.

1901-ci ildə Rusiyaya dönən Qrabar peyzaj əsərlər üzərində çalışmağa başladı. Çox vaxt şəkillərini açıq havada boyamışdır. September Snow (1903), Winter, Rook nests (1904), February Day (1904), Chrisanthemums (1905) kimi məşhur əsərlərini çəkdi.

1913-cü ildə o, Tretyakov qalereyasının icraçı direktoru təyin edildi. 1910–1923-cü illər arasında çox az rəsim çəkdi. Bu dövrdə Qrabar, memarlıq, incəsənət tarixi, muzey işləri, tarixi əsərlərin qorunması kimi işlərdə işlədi. Rus İncəsənət Tarixi, Valentin Serov və İsaak Levitan monoqrafiyalarını nəşr etdirdi.

1921-ci ildə Qrabar Moskva Dövlət Universitetinin İncəsənət Əşyalarının Bərpasının ilk professoru oldu. 1924-cü ildə o, rəsmə geri döndü. Bu dəfə, əsasən portretlər çəkməyə başladı. 1924–1950-ci illərdə ən çox tanınan rəsmlərindən Anasının Portreti (1924), Svetlana (1933), Qızının Portreti (1934), Oğlunun Portreti (1935), Öz portretləri (1934) kimi əsərlər çəkdi.

Qrabar 16 may 1960-cı ildə Moskvada vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqor Qrabar haqqında məlumat. İqor Qrabar nədir? İqor Qrabar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arxanqay vilayəti

  • Fevral 27, 2026

    Lenqli (Virciniya)

  • Fevral 27, 2026

    Assimilyasiya (sosiologiya)

  • Fevral 27, 2026

    General-feldmarşal (Rusiya)

  • Fevral 27, 2026

    Məcmu təklif

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst