Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmı

Foks körfəzi

  • Ana Səhifə
  • Vikipediya
  • Foks körfəzi

Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir.

Foks körfəzi
ing. Foxe Basin
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi
  • 112.800 km²
Yerləşməsi
65°55′ şm. e. 77°52′ q. u.HGYO
Ölkə  Kanada
Akvatoriyası
  • Şimal Buzlu okean
Foks körfəzi xəritədə
Foks körfəzi
Foks körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Foks körfəzinin xəritəsi
Foxs körfəzində buz üzərində morj. iyul, 1999
Foxs körfəzində üzən balina quyruğu. iyul, 1999

Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır. Körfəzdə çoxsaylı adalar vardır. Onlardan ən böyüyü: Şahzadə-Çarlz, Er-Fors, Brey, Rouli, Yens Munk, Kox, Foli, Vinter, Vansittart, Vayt və Spayser adaları qrupu.

Baffin Torpağı adasının buzlaq suları çoxsaylı qısa çaylar və göllər vasitəsilə buxtaya axır. Bu su tutarlarından ən böyüyü Nettillinq gölüdür (Kukcuak çayı boyunca).

Buz parçaları şimalda yayılmışdır və cənuba doğru hərəkət edir. Şimalda və mərkəzdə dərinlik 110 m, cənubda isə 400 m-ə çatır.

Sahillər cənubda qayalı, şimalda isə alçaqdır. Dəniz quşları hündür qayalarda yuva qurur. Sahil bataqlıqları Baffin Torpağı və Southampton adalarında geniş yayılmışdır.

Körfəzin sahillərində yerləşən yaşayış məntəqələri: İqlulik, Foley, Nabukyuak.

Körfəzin sərin suyu onun fitoplanktonla zəginliyini təmin edir. Buna görə də saysız-hesabsız kiçik adalarda dəniz quşlarının bir çox növü yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Foks körfəzi haqqında məlumat. Foks körfəzi nədir? Foks körfəzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Məqalə

  • Fevral 27, 2026

    Tozağacı

  • Mart 01, 2026

    Bravo

  • Mart 01, 2026

    Atarqatis

  • Fevral 27, 2026

    Əli Zeynalov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst