Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 s

Şiləvar

  • Ana Səhifə
  • Vikipediya
  • Şiləvar

Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır.

Şiləvar
38°45′11″ şm. e. 48°49′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.285 nəf.
Xəritəni göstər/gizlə
Şiləvar xəritədə
Şiləvar
Şiləvar

Mündəricat

Toponimikası

Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir.

Tarixi

Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur.

Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir.

Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır.

Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır. Ağa Məhəmməd şah Qacarın Lənkərana hücumu zamanı şilavarlılar Mir Mustafa xanın tərəfindən vuruşmuş və torpaqlarını qəhrəmanlıqla müdafiə etmişlər. Qacarlar gedəndən sonra Mir Mustafa xan onun tərəfindən vuruşan kəndin nüfuzlu adamlarından olmuş və Nəcəfdə dini təhsil almış Şeyx İbrahim Şiləvariyə kəndin şimal hissəsini bağışlamışdır. Kəndin bu hissəsi bu gün də yerli əhali tərəfindən "İbrahimməzə" adlandırılır.

Coğrafiyası və iqlimi

Kənd Lənkəran ovalığında, rayon mərkəzindən 2 kilometr cənub-şərqdə yerləşir.

Əhalisi

Şilavar kəndinin əhalisinin tərkibində talışlar üstünlük təşkil edir. Əhalisi təqribən 2500 nəfərdir.

Tanınmış şəxsiyyətləri

  • Şeyx İbrahim Şiləvari — islam din xadimi, alim.
  • Həşim Kəlbiyev — tarixçi-etnoqraf.
  • Elnur Kəlbizadə — tarix üzrə fəlsəfə doktoru.

İqtisadiyyatı

Əhalisinin əsas məşğuliyyəti əkinçilikdir.

Mədəniyyəti

Kənddə 1 klub var.

Təhsil

Şilavar sovetləşmədən sonra Lənkəranda ilk məktəb yaradılan yaşayış məntəqələrindən biridir. 1921-ci ildə kənddə məktəb yaradılmışdır. Kənddə 1 məktəb fəaliyyət göstərir.

Din

Kənddə 1 məscid mövcuddur. Kənd məscidi XIX əsrə aid tarixi abidə kimi bu gün də qurulur. XX əsrin 90-cı illərində yenidən restavrasiya edilmişdir. Dindarları İslamın şiə məzhəbinə mənsubdurlar.

Səhiyyə

Kənddə həkim ambulatoriyası var.

Şəkilləri

  • Sığni ərazisindən tapılmış son tunc və dəmir dövrünə aid silahlar
    Sığni ərazisindən tapılmış son tunc və dəmir dövrünə aid silahlar

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şiləvar haqqında məlumat. Şiləvar nədir? Şiləvar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Xınıs

  • Fevral 27, 2026

    İşıq sürəti

  • Fevral 18, 2026

    Futbol

  • Fevral 27, 2026

    Mandayizm

  • Fevral 27, 2026

    Çuxur Qəbələ

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst